20 Yanvar eyni zamanda, xalqımızın qəhrəmanlıq nümunəsidir
18.01.2011 [09:38]
20 Yanvar müasir Azərbaycan tarixinin həm kədərli, həm də qəhrəmanlıq səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının azadlıq və istiqlal mübarizəsini boğmaq məqsədilə Sovet imperiyası Bakı şəhərinə böyük hərbi qüvvə yeritdi, günahsız insanlar qanına qəltan edildi, misli görünməmiş vəhşiliklər törədildi. Əslində, həmin faciə imperiyanın tək Azərbaycan xalqına qarşı yox, həm də bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş soyqırımı siyasəti idi.
Həmin müdhiş gecə xalqımız böyük bir faciə ilə üzləşsə də, özünün vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini, sarsılmazlığını bir daha nümayiş etdirdi. Rəsmi məlumata görə, həmin vaxt təkcə Bakı şəhərində 131 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər isə həbs olunub. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar da vardı. Tərkibində ermənilərin də olduğu Sovet hərbçiləri tərəfindən 200 ev və mənzil talan edilərək yandırıldı, 80 avtomaşın, o cümlədən, təcili yardım maşını, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edildi.
Bu faciəyə ilk olaraq öz etirazını bildirən isə Ulu öndər Heydər Əliyev oldu. Həmin dövrdə Sovet imperiyasının rəhbərliyi tərəfindən təqiblərə məruz qalan ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Moskvada yerləşən Azərbaycan nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və baş verənlərlə bağlı açıqlama verdi, xalqımıza qarşı törədilən cinayəti ifşa etdi. ümummilli lider Heydər Əliyev sonralar o prosesləri belə xatırlayırdı: “Mən Moskvada olarkən Azərbaycana edilən bu cinayətə qarşı etiraz səsimi qaldırdım, xalqımla, millətimlə həmrəy olduğumu bildirdim...”.
Əslində, həmin müdhiş gecədə həyata keçirilən qanlı aksiyanın əsas məqsədi Azərbaycan xalqının inam və iradəsini qırmaq, həmçinin, Sovet hərb maşınının gücünü nümayiş etdirmək idi. 21 il əvvəl həyata keçirilən bu dəhşətli faciə totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti kimi tarixə düşdü və həmin cinayətin üstünü ört-basdır etmək mümkün olmadı. Moskvanın, imperiyapərəst respublika rəhbərlərinin hədə-qorxularına, təzyiq və təqiblərinə baxmayaraq, xalqının mərd, qorxmaz və uzaqgörən oğlu, Ulu öndər Heydər Əliyevin istər Moskvada fərdi təqaüdçü kimi yaşayarkən, istər Azərbaycan Ali Sovetinin deputatı, istər Naxçıvanda Ali Məclisin Sədri olarkən, istərsə də yenidən Azərbaycanda hakimiyyətə qayıdışından sonra nümayiş etdirdiyi qətiyyət və cəsarət sayəsində bu faciəyə əsl hüquqi-siyasi qiymət verildi. Milli azadlıq, müstəqillik uğrunda mübarizənin yeni, həlledici mərhələsi isə məhz o gündən başlandı.
Yuxarıda da vurğuladığımız kimi, Ulu öndər hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək buradakı mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törəmə səbəblərini də açıqladı, hadisənin təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi: “...19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır”.
Mətbuat konfransında kəskin bəyanatı ilə kifayətlənməyən ümummilli lider elə həmin gün Azərbaycan KP Mərkəzi Komitəsinə, Ali Sovetə, Nazirlər Kabinetinə, Azərbaycan xalqına ünvanladığı teleqramda: “Mən bu düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanuna zidd hesab edirəm” deməklə bu ağır gündə xalqın dərdinə şərik olduğunu bildirməklə yanaşı, onu təmkinli olmağa, həmrəyliyə və birliyə çağırırdı.
1990-cı ilin noyabr ayında dahi şəxsiyyətin böyük siyasi nüfuzu sayəsində 20 Yanvar faciəsinə prinsipial hüquqi-siyasi qiymət verilməsi məsələsi yenidən gündəmə gəldi. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının noyabrın 21-də keçirilən iclası tarixə düşdü. Həmin sessiyada Ulu öndər Heydər Əliyev xalq deputatı kimi, “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar layihəsini işləyib Ali Məclisin müzakirəsinə təqdim etdi.
Sessiyadakı çıxışında xalqımızın hərbi, siyasi, mənəvi təcavüzə məruz qalmasından narahatlıqla danışan Ulu öndər Heydər Əliyev deyirdi: “...Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində, - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qırğın olmamışdı. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedərdi, ancaq görün bu hərbi əməliyyatlara bunlar nə qədər böyük fikir veriblər. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir. Azərbaycan xalqının qarşısında cinayətdir...”
Amma təəssüflər olsun ki, Ulu öndər Heydər Əliyevin Naxçıvanda yaşayıb-işlədiyi dövrdə Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində dövlətçiliyimizin bərpası, müstəqilliyimizlə, eləcə də, digər taleyüklü məsələlərlə bağlı uzaqgörənliklə qəbul olunan tarixi və siyasi əhəmiyyətli qərarlara o zamankı respublika rəhbərləri qısqanclıqla yanaşdığından Muxtar Respublika parlamentinin Azərbaycan Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü ilə qaldırdığı məsələlərə baxılmırdı.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. İlk əvvəl “20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 5 yanvar 1994-cü il tarixdə Fərman imzalandı. Həmin Fərmanda da qeyd olundu ki: “Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.
ümummilli liderimizin rəhbərliyi altında 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi milli dövlətçiliyimizin bərpası istiqamətində də mühüm rol oynadı. Həmin gün tariximizə faciə kimi daxil olsa da, ümummilli liderimizin sözləri ilə desək, həm də xalqımızın həyatında dönüş mərhələsi, dönüş nöqtəsi oldu.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35

