Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Radikal dindarların və onların xarici havadarlarının bəd niyyətləri puç olacaq

Radikal dindarların və onların xarici havadarlarının bəd niyyətləri puç olacaq

19.01.2011 [09:09]

Azərbaycan cəmiyyəti həmin qüvvələrin kimliyini detallı şəkildə bilir və onların bu əməllərini ən kəskin formada pisləyir
Din insana yaradılışdan xasdır, insanın daxili aləmindən, mənəvi tələbatından, təbiətindən doğan, Allaha inamdır, insanın Allaha ibadət yoludur. Din, eyni zamanda, dünya və axirət həyatı barədə əzəli həqiqətlərin insan-Allah münasibətləri hüdudlarında axtarılmasına olan tələbatından doğan bir hadisədir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil edib. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. Bu gün xüsusilə də, “Sivilizasiyalar toqquşması”nın hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də, demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir.
Hazırda, Azərbaycan müxtəlif dinlərin və etniklərin mehriban şəraitdə yaşadığı tarixi məkan olaraq, dünyanın tolerant ölkəsi kimi tanınır. Tarix boyu baş vermiş müharibələrdə, mürəkkəb siyasi situasiyalarda ölkəmizdə yaşayan müxtəlif dinin daşıyıcıları və etnosların nümayəndələri bir-birinə dəstək verib, ümumi düşmənə qarşı vuruşublar. Azərbaycan, məhz, bu özəlliyilə sözün həqiqi mənasında dünyanın digər çoxkonfessiyalı və polietnik ölkələri üçün nümunə təşkil edir. Dinin dövlətdən ayrı olduğu ölkəmizdə, eyni zamanda, müxtəlif dinlərin nümayəndələrinin normal şəraitdə özünü inkişaf etdirməsinə əlverişli şərait yaradılıb. Bunu qanunvericilik səviyyəsində təsbit edən Azərbaycan dövləti cəmiyyətimizdə konfessiyaların və etnosların milli barış atmosferində yaşamasını təmin etməyi bacarıb. Bir sözlə, ölkəmizdə vicdan və dini etiqad  azadlığı tam təmin olunub, hər bir vətəndaşın hüquq və azadlıqları dövlət tərəfindən təmin olunur və qorunur.
Lakin hər zaman olduğu kimi, yaradılmış əlverişli şəraitdən sui-istifadə edən bəzi yerli radikal dindarlar xarici dairələrin dəstəyi və təhriki ilə dini sabitliyi pozmaq, ölkəni dinlərarası ziddiyyətlər meydanına  çevirmək istəyir. Bu qüvvələr Azərbaycanı sivil, demokratik inkişaf yolundan döndərmək məqsədilə bəzi tədbirlər həyata keçirməyə cəhd göstərirlər. Təəssüf ki, qloballaşma əsri adlandırılan XXI əsrdə, elm və texnikanın inkişaf etdiyi müasir dövrdə bəzi yerli və xarici qüvvələr hələ də müxtəlif vasitələrdən, o cümlədən, din amilindən istifadə etməklə, ölkəmizi dini cəhalətə sürükləməyə çalışırlar.
Radikal dindarların əsas məqsədi Azərbaycanı sivil, demokratik inkişaf yolundan döndərmək, şəriət qanunlarını tətbiq etmək, bəzi digər ölkələr kimi, Azərbaycanda dindar, teokratik cəmiyyət qurmaq, ölkəmizi qeyri-stabillik nümunəsinə çevirməkdir. Onlar dini ekstremizm fəaliyyətindən çəkinmir, açıq radikal çıxışlar edir, özlərinə “tərəfdar” toplamağa çalışır, dindar, mömin pərdəsi altında dünyagörüşü hələ tam formalaşmamış gənclərdən, sıravi vətəndaşlardan sui-istifadə edir, onları dövlətə qarşı yönəltmək istəyirlər. Məhz, bu yaxınlarda baş örtüyü məsələsilə bağlı bəzi dindarların xarici dairələr tərəfindən təşkil olunmuş, maliyyələşdirilmiş və dəstəklənmiş etirazı deyilənlərə əyani sübutdur. Lakin xarici qüvvələr daha irəli gedərək, Azərbaycanda demokratik inkişafı sapdırmaq üçün, hətta, silahlı hadisələr də törətməyi planlaşdırırdılar.
Xatırladaq ki, yanvarın 8-də rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədri Mövsum Səmədov, onun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədov iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Dəyanət Səmədovun evində və işlədiyi elektrik malları mağazasına baxış zamanı mağazadakı seyfin altından 3 əl qumbarası, habelə, yaşadığı evdən 7 avtomat patronu və içərisində dini radikalizmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanıb götürülüb. Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılıb, faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə və saxlama) maddəsi ilə cinayət işi açılıb və istintaqa başlanıb. Yanvarın 11-də isə Dəyanət Səmədovun və onun qaynı Firdovsi Məmmədrzayevin Quba şəhərində yaşadıqları ünvanlarda axtarış keçirilib. Dəyanət Səmədovun yaşadığı mənzildə və həyətindəki yardımçı tikililərdə 2 ədəd “Kalaşnikov” avtomatı, 60 ədəd avtomat patronu, 20 ədəd “F-1” əl qumbarası və onlar üçün alışdırıcılar, avtomat silah üçün 4 ədəd daraq tapılıb. Firdovsi Məmmədrzayevin evindən və həyətindəki istixanadan isə 10 ədəd “F-1” əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silah üçün 1 ədəd daraq aşkar edilib götürülüb. Göründüyü kimi, radikal dini qüvvələr təkcə zorakılıq və qarşıdurma çağırışları etmir, həm də silahlanaraq öz niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Amma Azərbaycan hüquq-mühafizə orqanları sayıqlıq nümayiş etdirib, radikal dindarların və onların xarici havadarlarının cinayətkar əməllərini ifşa edib və müvafiq tədbirlər həyata keçiriblər.
ümumiyyətlə, Azərbaycan hüquqi, demokratik inkişaf yolu ilə sürətlə irəliləyən ölkədir və hər hansı dini qrupların, onların xarici havadarlarının sabitliyi pozmaq, əhali arasında çaxnaşma yaratmaq, din adından istifadə edib öz bəd niyyətlərini həyata keçirmək cəhdləri heç bir səmərə verməyəcək. çünki, Azərbaycan cəmiyyəti həmin qüvvələrin kimliyini detallı şəkildə bilir və onların bu əməllərini ən kəskin formada pisləyir.
RAMİL

Paylaş:
Baxılıb: 914 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30