Azərbaycanda "Turizm ili" start götürdü
20.01.2011 [09:19]
Turizm müasir dünyada iqtisadiyyatın ən gəlirli sahələrindən biridir. Əksər ölkələrdə turizm ölkə iqtisadiyyatının lokomotivi sayılır və dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayır. Məsələn, ABŞ, Böyük Britaniya, çin, İspaniya, Meksika, Turkiyə və Yunanıstan kimi ölkələrdə turizm sahəsinin gəlirləri milyardlarla dollarlarla ölçülür. Azərbaycanda da turizm sahəsinin inkişafı istiqamətində dövlət tərəfindən mühüm addımlar atılıb, lazımi infrastruktur yaradılıb. Hələ 2001-ci ildə ümummilli lider Heydər Əliyev ölkəmizin turizm potensialının iqtisadi-sosial inkişafdakı rolunu düzgün dəyərləndirərək bu sahədə əhəmiyyətli qərarlar vermişdi. ötən illər ərzində turizm sahəsinin inkişafı ilə əlaqədar qəbul olunmuş dövlət proqramı tam şəkildə yerinə yetirilib. Dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam isə bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcını qoydu və ölkədə turizm sektorunun dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə güclü təkan verdi.
Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda da səsləndirildi. Qeyd olundu ki, məhz dövlətin bu sahənin inkişafına ayırdığı diqqətin nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayı ilbəil artmaqdadır. Bu baxımdan, 2010-cu il Azərbaycanda turizm sənayesinin inkişafı üçün xüsusilə əlamətdar olub. Respublikada beynəlxalq standartlara uyğun onlarla yeni hotel, istirahət kompleksləri istifadəyə verilib.
Bu yaradılan turizm incilərindən biri - Qusar rayonunda, Şahdağın ətəklərində salınan qış-yay turizm kompleksini xüsusi ilə qeyd etmək lazımdır. Bu turizm mərkəzi həm təyinatına, həm də nadir layihə strukturuna görə xüsusi önəm daşıyır. Hazırda kompleksdə işlərin birinci mərhələsi 50 faizə qədər icra olunub, gündə 10 min turistə xidmət etmək imkanına malik kommunal, işıq, su, qaz, yol xətlərinin çəkilişi həyata keçirilib. Layihə Avstriya, İsveç, Türkiyə, ABŞ, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin ən qabaqcıl şirkətləri tərəfindən icra olunur. Bu ilin mart ayında ilk pilot xizək eniş xəttinin sınaqdan keçirilməsi, 2011-2012-ci ilin qış mövsümündə isə daha 4 xizək eniş xəttinin istismara verilməsi nəzərdə tutulub. Kompleksin istifadəyə verilməsi Azərbaycanda qış turizminin inkişafına öz töhfəsini verəcəkdir.
Bundan əlavə, Azərbaycanın turizm potensialının dünyada təbliğ istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də bir sıra işlər görülüb ki, bunlar da ölkəmizə turistlərin cəlb olunmasında müsbət addımlardır. ötən il nazirlik rəsmiləri respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə Vyana, İstanbul, Vilnüs, Berlin, Moskva, Kiyev, Pekin, Manama, Dubay, Əl-Küveyt, Paris və Tokio şəhərlərində keçirilən mühüm beynəlxalq turizm sərgilərinə qatılıb. Azərbaycanın zəngin turizm potensialının təbliğ edilməsi məqsədilə, həmçinin, dünyanın aparıcı televiziya kanallarında - “CNN”, “Euronews”, “Travel Channel”, “BBC”, “CNBC”, “National Geographic”də reklam çarxları yayımlanıb. Doqquz dildə müxtəlif nəşr, poliqrafiya məhsulları buraxılıb.
ölkəmizə turistlərin cəlb edilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da xüsusi xidmətləri olub. Belə ki, Fondun dəstəyi ilə ötən il ərzində respublikamızda bir sıra beynəlxalq tədbirlər - üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ II Beynəlxalq Musiqi Festivalı, Bakı Birinci Beynəlxalq Teatr Konfransı, Milli Teatr Festivalı, çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi, Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsi və IV Beynəlxalq Rostropoviç Festivalı keçirilib ki, bu tədbirlərdə yaxından iştirak etmək və izləmək üçün minlərlə xarici ölkə vətəndaşları Azərbaycana səfərlər ediblər.
Təbii ki, bütün bu işlər 2011-ci ildə Azərbaycanda turizm sahəsinin inkişafı üçün daha çox işlərin görüləcəyini söyləməyə əsas verir. Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev tərəfindən 2011-ci il “Turizm ili” elan olunub. Cənab Prezident yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bu il çərçivəsində görüləcək işlər haqqında məlumat verib: “2011-ci ildə Bakıda 5 beşulduzlu mehmanxana açılacaq, hesab edirəm, yəqin ki, bu, dünyada analoqu olmayan bir hadisədir. Bir ildə bir şəhərdə 5 beşulduzlu mehmanxana açılacaq, mən Bakını nəzərdə tuturam. Ancaq Bakıda dördulduzlu, üçulduzlu hotellər də tikilməkdədir. Bölgələrdə hotelçilik ilə bağlı çox böyük işlər görülür, artıq Azərbaycanda turizmin inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq üçün, əlbəttə ki, dövlət tərəfindən böyük vəsait tələb olunur. Ancaq bu, infrastruktur məsələlərinə yönəldilir. Hotellər isə özəl sektor tərəfindən tikilir. Deməli, Azərbaycanın inkişafına inam o qədər böyükdür ki, buraya, bu hotellərə milyonlarla, yüz milyonlarla vəsait qoyulur. İnvestorlarda inam var ki, bu vəsait onlara dividendlər gətirəcəkdir. Şəhərimizə isə bu, yenilik gətirir, müasirlik gətirir. Şəhərə gələn qonaqlar üçün gözəl şəraitin yaradılması, əlbəttə ki, vacib məsələdir”.
Dövlət başçısı Qusar rayonunda inşa edilən “Şahdağ” qış-yay xizək kurortu, xizək infrastrukturunu da yüksək qiymətləndirib. “Bu da sırf dövlət tərəfindən yaradılan layihədir. Mən o bölgələrdə dəfələrlə olmuşam. Mən oraya birinci dəfə gedəndə heç nə yox idi. Dağlar idi, heç yaşayış məntəqələri də yox idi. Yaşayış məntəqələrindən bir neçə kilometr uzaqlıqda yerləşən dağlar idi. Amma indi orada yollar, elektrik xətləri, qaz xətləri, su xətləri çəkilir, birinci mehmanxana dövlət tərəfindən tikilir. Əminəm ki, bundan sonra özəl sektor da bu təşəbbüsə qoşulacaq, çünki orada çoxlu mehmanxana tikilməlidir. Xizək bazası, qaldırıcılar, tibb məntəqələri, restoranlar, əyləncə yerləri olacaqdır. Bir sözlə, “Şahdağ” kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcəkdir. Dünyada hazırda mövcud olan ən qabaqcıl, ən populyar kurort yerlərindən geri qalmamalıdır və qalmayacaqdır. Beləliklə, bu, ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhali üçün əlavə şərait yaradacaq, minlərlə, bəlkə də, on minlərlə yeni iş yerləri açılacaqdır. Azərbaycana gələn turistlərin sayı daha da çox olacaq və Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcəkdir”.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01

