Ermənipərəst Milonovun uğursuz “erməni oyunu”
21.09.2022 [10:44]
Rusiyalı deputat mənsub olduğu dövlətin və xalqın maraqlarını erməni mənafeyinə qurban verir
Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Vitali Milonov yenidən öz ampluasındadır. Yenidən erməniləri uğursuz şəkildə dəstəkləyən Milonov bir sıra sayıqlamalar səsləndirib. Bu, bütün karyerası boyu təmsil etdiyi Rusiyadan daha çox Ermənistanın maraqlarının keşikçisi rolunda çıxış edən Milonovun ilk belə cəhdi deyil. Hələ 2021-ci ilin dekabrının son günlərində Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər etmişdi və bir sıra görüşlər keçirmişdi. Milonovun bu addımı Azərbaycanın dövlət rəhbərliyinin kəskin etirazına səbəb olmuşdu və Azərbaycan Prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirmişdi. Ümumiyyətlə, adı Azərbaycanın “arzuedilməzləri” siyahısına düşmüş Milonov məlum anti-Azərbaycan bəyanatları ilə həm də Azərbaycan-Rusiya əlaqələrinə kölgə salmağa çalışır. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Rusiya Dövlət Dumasının üzvü Vitali Milonovun Ermənistanın təcavüzkar siyasətinə dəstək, Azərbaycana qarşı isə ittiham xarakterli çıxışına münasibət bildirərkən deyib ki, bu, Milonovun ilk qərəzli, qeyri-obyektiv çıxışı və təxribatçı hərəkəti deyil: “Siyasi karyerasına ermənipərəst siyasətçi Qalina Starovoytovanın köməkçisi kimi başlayan Vitali Milonov uzun illərdir ki, Ermənistanın işğalçı siyasətinə, separatizmə haqq qazandırmağa çalışır, Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq hüquq normalarına zidd davranışlar sərgiləyir. Təsadüfi deyil ki, ötən il Xankəndiyə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib. Karyerası erməni lobbisinin təlimatlarını yerinə yetirməkdən ibarət olan Vitali Milonovun yenidən Azərbaycana qarşı ittiham və nifrət xarakterli fikirlər səsləndirməsi yolverilməz və qəbuledilməzdir”.
Təbii ki, Milonovun bu kimi bəyanatları birmənalı şəkildə beynəlxalq konvensiyalara, insan hüquq kodeksinə, eləcə də təmsil etdiyi ölkə ilə Azərbaycan arasındakı strateji əlaqələrə ziddir. Təcavüzkar Ermənistana haqq qazandırmaq insan haqlarını görməzdən gəlməkdir. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu gün də davamlı və dayanıqlı sülhün təmin olunmasına əngəl yaradır. Eləcə də, bu ölkə üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdən boyun qaçırır. Son təxribatlar da bunun nəticəsi və göstərcisidir. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da Milonovun Azərbaycana qarşı çıxışlarını siyasi məsuliyyətsizlik və beynəlxalq hüquq normalarına sayğısızlıq kimi qiymətləndirib, eləcə də dövlətlərarası münasibətlərin ruhuna zidd olduğunu söyləyib: “Həm Azərbaycan, həm Rusiya, həm də bütövlükdə dünya ictimaiyyətinə məlumdur ki, təcavüzkar Ermənistan növbəti dəfə genişmiqyaslı təxribatlar törədərək sülh prosesinə zərbə vurmağa, regionda vəziyyəti gərginləşdirməyə və siyasi-hüquqi məsuliyyətdən, 10 noyabr tarixli üçtərəfli Bəyanat əsasında üzərinə götürdüyü öhdəliklərdən yayınmağa cəhd göstərib. Azərbaycan isə öz ərazi bütövlüyünü və suverenliyini qorumaq, sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün adekvat addım atıb, qarşı tərəfə layiqli cavab verib. Görünən odur ki, bu, həm də erməni lobbisinin siyasi xidmətçisinə çevrilmiş, Rusiyanın dövlət maraqlarını siyasi hərraca çıxaran Milonov kimilərə sərt və layiqli cavabdır”.
Bütün “düşüncələrinin” və “qayğılarının” Ermənistanla birgə olduğunu yazan Milonov bununla bir daha təmsil etdiyi ölkənin, mənsub olduğu xalqın maraqlarını deyil, erməni maraqlarını qoruduğunu sübuta yetirir. Bu, birmənalı şəkildə Ermənistanın təcavüzkar siyasətinə haqq qazandırmaq, törədilən hərbi təxribatları dəstəkləməkdir. Eləcə də, məsələyə “dini münaqişə” donu geyindirməyə çalışanların da arzuları fiaskoya uğrayıb. Milonovun da cəhdləri bundan uzağa gedə bilməz. Öz açıqlamasında YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da qeyd edib ki, Milonovun Ermənistanın hərbi-siyasi təxribatları nəticəsində meydana çıxmış gərginliyi din kontekstində münaqişə kimi təqdim etməsi isə absurd və gülüncdür: “Öz aləmində “səlib yürüşü”nə çağırış edən Milonovun “dini münaqişə” tezisindən tez-tez istifadə etməsi onun siyasi dünyagörüşünün primitivliyini, reallıq hissini tamamilə itirdiyini və dünya ictimaiyyətini aldatmağa çalışdığını göstərir. Çünki heç kimə sirr deyil ki, monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan çoxkonfessiyalı, multikultural dövlətdir və onun ərazi bütövlüyünün təmin olunması uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız arasında azərbaycanlılarla yanaşı, müxtəlif dini və etnik mənsubiyyətə malik çoxsaylı həmvətənlərimiz də vardır. Onu da yaddan çıxarmaq lazım deyil ki, Rusiyada milyonlarla müsəlman yaşayır və Milonovun bu cür bəyanatları öz ölkəsində də dini tolerantlığa təhdiddir”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50

