Diplomatik korpuslar necə mühafizə edilməlidir?
21.09.2022 [11:13]
Son günlər bir sıra ölkələrdə ermənilər Azərbaycan səfirliyinin qarşısında təxribatlar törətməyə çalışırlar. Buna səbəb 12-14 sentyabr tarixlərində Azərbaycan ordusunun dövlət sərhədində Ermənistan hərbi birləşmələrinin təxribatının qarşısını qətiyyətlə almasıdır.
Xeyli itki verən erməni tərəfi xarici ölkələrdə bu cür qanunsuz aksiyalar keçirməklə ölkəmiz haqqında mənfi rəy yaratmağa çalışırlar. Amma belə halların baş verməsi ilk dəfə deyil. 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi zamanı da analoji hallar baş vermişdi. Eləcə də, bu il avqustun əvvəlində Londondakı səfirliyimizə radikal dini qrupun üzvləri hücum etmişdilər.
Bu dəfə isə Azərbaycanın Livan, Fransa, ABŞ və digər ölkələrdə səfirlikləri qarşısında erməni təxribatları törədildi. Məsələn, Livanın paytaxtı Beyrutda bu ölkənin erməni vətəndaşları Azərbaycan səfirliyinin önünə toplaşmaq və təxribat törətmək istəyərkən yerli polislə toqquşma baş verib. Əvvəlcədən planlaşdırılmış və 1000-dən çox erməninin iştirak etdiyi təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş verib. Azərbaycan əleyhinə şüarlar səsləndirən və səfirliyin binasına daxil olmaq istəyən ermənilər onların qarşısında sədd çəkmiş Beyrut polisinə hücumlar ediblər. Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə müəyyən tədbirlər görüb.
Fransada da erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın etməyə çalışıblar. Amma Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər. Bundan istifadə edən ermənilər əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.
Bu kimi hallar bir daha xarici ölkələrdəki səfirliklərimizin təhlükəsizliyini gündəmə gətirir. Bəs səfirliklərin təhlükəsizliyinə görə cavabdeh kimdir? Azərbaycanın Xarici İşlər Nazirliyi xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə qarşı erməni icmalarının hücumları ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, son günlərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumlar törədilməsi ciddi narahatlıq doğurur: “Özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir. Radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik. Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir”.
Xarici İşlər Nazirliyi xatırladıb ki, Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.
İnsan hüquqlari üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva da xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə edilən hücumlara münasibət bildirib. O bildirib ki, səfirliklərimizin binasının lazımi səviyyədə qorunmaması həmin dövlətlərin beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəliklərin pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə edilmiş bu hücumlar beynəlxalq hüququn, xüsusilə də BMT tərəfindən qəbul edilmiş “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasının, “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 1973-cü il tarixli Konvensiyasının kobud pozuntusudur.
S.Əliyeva qeyd edib ki, Ermənistanda və onun sərhədlərindən kənarda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin formalaşmasına səbəb olan belə xoşagəlməz hadisələri, eyni zamanda, erməni əsilli şəxslər tərəfindən açıq çıxışlarda, sosial mediada düşmənçiliyi təşviq edən nifrət və kin dolu ifadələrin işlənməsini kəskin şəkildə pisləyirik: “Bu cür hücumların digər ölkələrdə də baş verə biləcəyini nəzərə almaqla beynəlxalq ictimaiyyətə və azərbaycanlı diplomatların fəaliyyət göstərdiyi dövlətlərə müraciət ünvanlayaraq, Ermənistanın siyasi-hərbi rəhbərliyinin təhriki ilə törədilən və tərəflər arasında etnik zəmində düşmənçiliyi təşviq edən, insanların həyat və sağlamlığına qəsd edən təxribatların qarşısının alınmasında, o cümlədən səfirliklərin, diplomatik nümayəndəliklərin mühafizəsinin təmin olunmasında beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn tədbirlərin görülməsinə çağırıram”.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev də bildirib ki, Vyana Konvensiyasında diplomatik korpusların imtiyazları, toxunulmazlıqları müəyyən edilib. Onun sözlərinə görə, səfirliklərin ərazisi dövlətlərin ərazisi hesab olunur. Bu halda səfirliklərin fəaliyyət göstərdiyi ölkələrin beynəlxalq və daxili hüquqla məsuliyyəti yaranır. “Lakin biz müşahidə edirik ki, bəzi ölkələr ermənilərin səfirliklərimizə hücum etmələrinə göz yumurlar, Vyana Konvensiyasının tələblərinə əməl etmirlər. 2020-ci ildə də bənzər hücumlar olub. Bu gün də eyni təcrübəni tətbiq etməyə davam edirlər. Bu, beynəlxalq cinayətdir, beynəlxalq diplomatiya hüququnun pozulmasıdır. Bütün bunlar bəzi dövlətlərin Azərbaycana qarşı yol verdiyi kobud səhvdir”.
R.Alıyev Azərbaycanın Vyana Konvensiyasının tələblərinə tam şəkildə əməl etdiyini, ölkəmizdə fəaliyyət göstərən bütün səfirliklərin təhlükəsizliyi yüksək səviyyədə qorunur: “İndiyə qədər ölkəmizdə bu yöndə hər hansı insident baş verməyib. Bu da Azərbaycanın beynəlxalq qaydalara tam əməl etdiyini təsdiqləyir”.
Qeyd edək ki, Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına radikal erməni qrup üzvlərinin hücum etməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Faktla bağlı dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan, qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək və müharibəyə təhrikçilik məqsədilə “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın tələblərinə zidd olaraq 18 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Fransadakı səfirliyinin inzibati binasına zorla daxil olmağa cəhd etmələrinə, əllərindəki silah qismində istifadə etdikləri əşyalarla inzibati binaya və ətraf əraziyə maddi ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı baş prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.2, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib. Baş Prokurorluq tərəfindən həmin cinayət işi üzrə istintaqın Fransanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib. Cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

