/ / Əli Əhmədov: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun fərqli hesabat səsləndirməsi ən başlıcası qərəzlilik və qeyri-obyektivlikdir
Əli Əhmədov: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun fərqli hesabat səsləndirməsi ən başlıcası qərəzlilik və qeyri-obyektivlikdir
28.01.2011 [10:02]
“ölkəmizdə keçirilən istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində həmişə Azərbaycan xalqı öz siyasi iradəsini ifadə etmək imkanı əldə edib. O cümlədən də, 2010-cu ilin noyabr ayında keçirilən parlament seçkilərində xalq öz iradəsini ifadə etmək imkanı qazandı, bundan bəhrələndi və öz iradəsini ifadə edərək Milli Məclisdə təmsil olunmaq üçün layiq hesab etdiyi insanlara səs verdi. O insanlar da Azərbaycan xalqını Milli Məclisdə təmsil edirlər. Biz hesab edirik ki, xalqın iradəsinin ifadə olunması hər hansı bir siyasi partiyanın parlamentdə təmsil olunması və yaxud təmsil olunmamasından daha yüksək dəyərdir. Biz xalqın iradəsinin ifadə olunması dedikdə, heç də onu nəzərdə tutmuruq ki, hansısa partiyanın namizədləri qanunverici orqanda təmsil olunmaq imkanı əldə ediblər. önəmli olan xalqın öz iradəsini ifadə etmək hüququnu reallaşdırmasıdır”, - deyə o əlavə edib.
Ə.Əhmədov təəssüf hissi ilə qeyd edib ki, bəzi hallarda bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu kimlərinsə, hansısa siyasi təşkilatların seçkidə uğur qazanmamasını, parlamentdə təmsil olunmaq hüququnu əldə etməməsini seçkilərin demokratikliyi, insanların öz iradəsini ifadə etməsi ilə əlaqələndirməyə çalışırlar. Seçki prosesinə qoşulmuş insanların heç də hamısının uğur qazana bilmədiyini deyən Əli Əhmədov qeyd edib ki, uğur qazananlara insanların rəğbət bəsləməsi prizmasından yanaşmaq lazımdır. Onun sözlərinə görə, Azərbaycanda ötən ilin noyabr ayında keçirilən parlament seçkiləri bütün parametrləri ilə demokratik normalara uyğun olub. Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan xalqı kimə rəğbət bəsləyib, kimin parlamentdə təmsil olunmasını layiq bilibsə, onlara da səs verib.
“ölkədə keçirilən parlament seçkilərini 1000-dən çox beynəlxalq müşahidəçi izləyib. Onların böyük əksəriyyəti ölkədə keçirilən seçkilərin obyektivliyini xüsusi olaraq vurğulayıblar. Belə olan halda yalnız bir qurumun digərlərindən kəskin şəkildə fərqlənən rəy verməsi ən azından yumşaq desək, qeyri-obyektivlikdir, qərəzliliyin ifadəsidir. Biz bütün müşahidəçilərə eyni gözlə baxırıq və həm də arzu edirik ki, seçkiləri izləmiş bütün müşahidəçilər seçkilərə eyni gözlə qiymət verməyə çalışsınlar. Beynəlxalq müşahidəçilərin əksəriyyətinin Azərbaycanda keçirilən seçkilərin nəticələrini obyektiv qiymətləndirməsi və bunu xalqın iradəsinin düzgün ifadəsi kimi səciyyələndirməsi fonunda bir qurum nümayəndələrinin, həm də tərkibində fikir birliyi olmayan qurumun fərqli bir hesabat səsləndirməsi digər beynəlxalq müşahidəçilərin fikirlərinə hörmətsizlik, ən başlıcası isə qərəzlilik və qeyri-obyektivlikdir. Seçkilərin nəticələrinə obyektivlikdən uzaq qiymət verilməsini pisləyirəm. Beynəlxalq müşahidəçilərin məqsədi ondan ibarət olmamalıdır ki, onların nəzərdə tutduğu kimlərsə seçilmədikdə seçkiləri pisləmək kimi xoşagəlməyən addım atsınlar. Seçkiyə qatılan insanlar xalqın rəğbətinə ilk növbədə güvənməli və xalqın səsini qazanmalıdır. Hər bir seçkidə iştirak edən qüvvələr üçün ən başlıca meyar xalqın münasibəti, rəğbəti və dəstəyi olmalı, müşahidəçi isə ilk növbədə xalqın rəyinə, iradəsinə hörmətlə yanaşmağı bacarmalıdır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun hazırladığı hesabatda məhz xalqın iradəsinə hörmət elementini görmək mümkün deyil”, - deyə o əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

