Avropa Şurasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iş aparmaq prioritet vəzifəmizdir
01.02.2011 [10:49]
“Azərbaycan tərəfi Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Dağlıq Qarabağ üzrə Alt Komitənin bərpa olunması üçün ciddi səylər göstərirdi və qurumun qış sessiyası çərçivəsində bu səylər öz nəticəsini verdi. Fikrimcə, Alt Komitənin fəaliyyətinin bərpa olunmasıyla Avropa Şurası bu məsələ ilə ardıcıl məşğul olduğunu və özünün bəyan etdiyi prinsiplərin həyata keçirilməsi istiqamətində mövcud mexanizmi işə saldığını göstərdi”. Bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
B.Muradova bildirib ki, Azərbaycan tərəfi üçün Avropa Şurası və onun müvafiq qurumları ilə bütün istiqamətlərdə, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində iş aparmaq prioritet vəzifədir. Onun sözlərinə görə, Azərbaycan tərəfi çalışacaq ki, AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsi üzərinə düşən vəzifəni yerinə yetirsin: “Dövlətimiz Dağlıq Qarabağ prorbleminin vacib məsələlərdən biri kimi Avropa Şurasının gündəliyində qalması üçün bu komitənin yarada biləcəyi imkanlardan maksimum istifadə etməkdə davam edəcək. Amma Ermənistanın nümayəndə heyəti bu komitənin əleyhinə çıxaraq onun işindən boyun qaçırmaq istəyir. Ermənistan tərəfindən verilən bəyanatlar göstərir ki, işğalçı dövlət növbəti dəfə qeyri-konstruktiv mövqeyini davam etdirir və bu komitənin görəcəyi işlərə indidən kölgə salmağa çalışır”.
B.Muradova qeyd edib ki, sözügedən komitənin fəaliyyəti ermənilərə sərf etmir. Ona görə də, onlar bu məsələyə Avropa Şurasının deyil, ATƏT-in cavabdeh olduğunu bəhanə gətirərək Alt Komitənin yaradılmasının guya münaqişənin həllinin Madrid prinsipləri əsasında həllinə mane olduğunu iddia edirlər. Vitse-spikerin fikrincə, əslində, ermənilər bununla özlərinin qeyri-konstruktiv mövqeyini ört-basdır etməyə çalışırlar: “Amma həm Avropa Şurasında, həm də bütün dünyada bu prosesi izləyənlər həqiqətin heç də ermənilərin dedikləri kimi olmadığını bilir və erməni nümayəndə heyətinin mövqeyini Ermənistanın hər vəchlə bu prosesi diqqətdən kənarda saxlamaq cəhdi kimi qəbul edirlər”.
B.Muradova deyib ki, Ermənistan tərəfi Alt Komitənin bərpa olunmasına Türkiyənin səbəbkar olduğu qənaətini daha çox qabartmağa çalışır. Lakin Alt Komitənin bərpasının AŞ PA-ya milliyyətcə türkün rəhbərlik etməsi ilə əlaqələndirilməsi düzgün deyil: “O, Avropa Şurası Parlament Assambleyası kimi mötəbər beynəlxalq qurumun rəhbəridir və orada Türkiyənin yox, bir təşkilat olaraq Avropa Şurasının iradəsini ifadə edir. Doğrudur, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin gündəmdə saxlanmasında rolu çox böyük ola bilər. Amma hər halda qərarların qəbulunu həyata keçirən Avropa Şurasının Parlament Assambleyası kimi mötəbər qurumdur”.
Sonda ötən 10 il ərzində Azərbaycan - Avropa Şurası münasibətləri haqqında da fikirlərini bildirən B.Muradova deyib ki, 10 il tarix baxımdan qısa olsa da, Azərbaycanın Avropaya inteqrasiyası və Avropa Şurası-Azərbaycan münasibətlərinin inkişafı üçün çox əhəmiyyətli bir dövr olub. Onun sözlərinə görə, 10 il ərzində biz üzv olduğumuz təşkilatın bütün prinsiplərinə və üzərimizə götürdüyümüz öhdəliklərə sadiqliymizi nümayiş etdirmişik, çox fəal əməkdaşlıq çərçivəsində birgə işləmişik. “Bu mənada hesab edirəm ki, ötən dövr həm Avropa Şurası, həm də Azərbaycan üçün yaddaqalan illər olub. Əlbəttə, bu bir demokratik prosesdir və bu prosesdə bir-birimizdən razı, yaxud da narazı qaldığımız vaxtlar da olub. Amma hər iki tərəf birgə əməkdaşlıq prosesinə sadiqliyini göstərib. Hesab edirəm ki, 10 il ərzində Avropa Şurası Azərbaycan həqiqətlərinin, ölkəmizin əldə etdiyi uğurların, bölgədə və dünyada gedən proseslərdə iştirakçı kimi üzərinə götürdüyü vəzifələrin icrasında qazandığı nailiyyətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mötəbər beynəlxalq tribuna olub. Eyni zamanda, ölkəmiz Avropa Şurası çərçivəsində Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması istiqamətində səmərəli fəaliyyət göstərib. Aparılan məqsədyönlü fəaliyyət nəticəsində Avropa ictimaiyyəti Azərbaycanın haqq işini daha çox dəstəkləməkdədir. Bu gün bu istiqamətdə uğurlarımız daha da artmaqdadır” deyə vitse-spiker vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

