Sülh sazişinin elementləri...
05.10.2022 [09:54]
Rəsmi İrəvan bu elementləri qeyd-şərtsiz qəbul etməlidir
Nardar BAYRAMLI
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə keçirilən görüşündə iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunub. Oktyabrın 3-də isə Cenevrədə xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Livia Leu arasında görüş olub. Görüş zamanı nazir Ceyhun Bayramov İsveçrə tərəfinə Ermənistan xarici işlər naziri ilə görüşə ev sahibliyi etdiklərinə görə minnətdarlığını bildirib. Nazir görüşün nəticələri ilə bağlı öz təəssüratlarını İsveçrə tərəfi ilə bölüşüb. Səylərin postmünaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə tərəfimizdən müqavilənin elementlərinin Ermənistan tərəfinə təqdim olunduğu qeyd edilib. Bununla yanaşı, normallaşma prosesində mövcud çətinliklər, delimitasiya və kommunikasiya xətlərinin açılması məsələləri, habelə Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsi barədə qarşı tərəf məlumatlandırılıb.
Dövlət katibi Livia Leu bölgədə normallaşma prosesinin davam etməsinin, hərbi toqquşmalardan çəkinməyin vacib olduğunu bildirib. İsveçrə tərəfinin neytrallıq prinsiplərinə əsaslanaraq Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə verməyə daim hazır olduğunu diqqətə çatdırıb.
Ermənistan tərəfinə təqdim olunan müqavilənin elementləri nədən ibarətdir? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, hazırda Cənubi Qafqazda sülh, sabitlik-təhlükəsizlik və əməkdaşlıq mühitinin təmin olunması diqqət mərkəzindədir. Xüsusilə də, Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə əlaqədar məsələlər müxtəlif səviyyələrdə müzakirə olunur. Şübhəsiz ki, sülh müqaviləsinin imzalanması vacibdir. Onun sözlərinə görə, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təklifləri təqdim edib: “Beş bənddən ibarət olan baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Beləliklə, rəsmi Bakının sülhün imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır”.
Millət vəkili qeyd edib ki, rəsmi İrəvan bu təklifləri qəbul etdiklərini deyir, amma əməldə sülhə maraqlı görünmür. Lakin erməni tərəfinin sülh müqaviləsinə qeyd-şərtsiz imza atmaqdan başqa yolu yoxdur. Ona görə ki, haqlı və qalib Azərbaycanın irəli sürdüyü təkliflər konstruktiv məzmuna malikdir. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların bəyanatları da yeni mərhələdə müzakirə predmetinin müharibəsonrası gerçəkliklər və çağırışlar olduğunu təsdiqləyir. Digər tərəfdən, Ermənistanın hər hansı pozucu fəaliyyət göstərmək şansı və imkanı yoxdur. Bu ölkə regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil. Eləcə də, lüzumsuz bəyanatlar səsləndirmək və ya ön şərt irəli sürmək, prosesə üçüncü qüvvələrin daxil olması barədə danışmaq rəsmi İrəvana siyasi və iqtisadi itkilər bahasına başa gəlir. İrəvan vaxtı uzatmağa, yaxud zaman qazanmağa çalışır. Lakin “zaman qazanmağa çalışmaq”, əslində, onlar üçün itki deməkdir. Çünki iqtisadi tənəzzül sürətlənir, geosiyasi təcrid dərinləşir, siyasi xaos mühiti formalaşır.
Ermənistanın ATƏT-in Minsk qrupunu prosesə cəlb etmək niyyətində olduğunu deyən həmsöhbətimiz söyləyib ki, 30 ilə yaxın müddət ərzində vasitəçilik missiyası daşıyan, amma vəzifəsini yerinə yetirə bilməyən bu təsisatın fəaliyyəti etimad və səmimiyyətdən uzaq olub, sülhə, təhlükəsizliyə xidmət etməyib. Münaqişə isə artıq həll edilib, ona görə də ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətinə heç bir əsas və ehtiyac yoxdur. “Bu gün Ermənistan hər hansı şərtlər irəli sürəcək vəziyyətdə deyil. Bu yol da dalana dirənir. Əgər ilkin şərtlər qoyulsa, deməli irəliləyiş olmayacaq, regionda sülhün bərpası yaxınlaşmayacaq. Bunun nə ilə nəticələnəcəyini isə erməni cəmiyyəti yaxşı bilir. Sülh yalnız o halda mümkündür ki, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Erməni hərbçilərinin qalan hissələri Qarabağdan çıxarılmalı, kommunikasiyalar açılmalı, sərhədlərin delimitasiyası aparılmalı və iki ölkənin ərazi bütövlüyünün tanınmasına əsaslanan sülh müqaviləsi imzalanmalıdır. Bu elementlərin heç biri kənarda qalmamalıdır”, - deyən deputat qeyd edib ki, Ermənistan bu reallığı anlamalı, Azərbaycanın təqdim etdiyi elementlər üzrə sülh müqaviləsini imzalamalıdır.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

