ABŞ Dövlət Departamentindən “Edilli məzarlığı” açıqlaması
08.10.2022 [10:25]
Bu açıqlamanın verilməsi müsbət olsa da, qaneedici deyil
N.BAYRAMLI
Bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlığın aşkar edilməsi Ermənistanın xalqımıza qarşı hərbi cinayətlərinin növbəti bir nümunəsidir. Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanan kütləvi məzarlıqla bağlı məlumatlar artıq dünya mətbuatında yer alıb. Eyni zamanda, müxtəlif ölkələrin rəsmi şəxsləri ermənilərin bu cinayətinə reaksiya verirlər.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel də Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlığın aşkarlanmasına münasibət bildirib. “Bu onilliklərlə davam edən münaqişənin səbəb olduğu insan itkiləri bizi dəhşətə gətirir və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu münaqişə zamanı bir çox ailə yaxınlarını itirib”,-deyən Vedant Patel qeyd edib ki, təqsirkarlar cavab verməlidirlər. Onun sözlərinə görə, sülh əldə etmək, yaraları sağaltmaq üçün günahkarlar məsuliyyətə cəlb olunmalıdır: “Biz “həqiqət və barışığ”ın təşviqi istiqamətində beynəlxalq səyləri dəstəkləməkdə davam edirik, bu proseslərin Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi ilə paralel gedə biləcəyinə inanırıq”.
ABŞ Dövlət Departamentinin nümayəndəsinin açıqlamasını qəzetimizə şərh edən politoloq Yeganə Hacıyeva bildirib ki, Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi Ermənistanın işğalçı ordusunun hərbi cinayətlərinin növbəti göstəricisidir. 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırımı, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır. Onun sözlərinə görə, müasir beynəlxalq hüququn xüsusi sahəsi olan beynəlxalq münaqişələr hüququ və ya beynəlxalq humanitar hüquq müharibələr, yaxud hər hansı silahlı münaqişələrdə davranış qaydalarını tənzimləyir. Bu qaydalar döyüş aparılmasının müəyyən üsulları və vasitələrini məhdudlaşdırır və ya qadağan edir, mülki əhalinin, münaqişədə olan tərəflərin silahlı qüvvələrinə daxil olan yaralıların, hərbi əsirlərin hüquqlarını təmin edir. Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərir. “Əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda basdırılması ən ağır beynəlxalq cinayətdir. Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqla bağlı hazırda hüquq-mühafizə orqanları araşdırmalar aparır”, - deyən politoloq əlavə edib ki, Üçüncü Cenevrə Konvensiyası - “Hərbi əsirlərlə rəftara dair” Konvensiya, hərbi əsirlərin hüquqlarını, onlarla davranış qaydalarını, əsirlikdən azad olunma qaydasını müəyyən edərək, belə şəxslərin hərtərəfli müdafiəsini təmin edir. Hərbi əsirlərə münasibətdə əsas beynəlxalq normalardan biri onlarla hər zaman humanist rəftar edilməsidir. Bu normanın tam əksinə erməni tərəfi hərbi əsirlərlə qəddar, qeyri-insani rəftar etmişdir, onlara işgəncələr verərək, qətlə yetirib.
Həmsöhbətimiz deyib ki, ABŞ Dövlət Departamenti rəsmisinin məlum açıqlaması Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Praqa görüşlərindən və Baş Prokurorluqla Xarici İşlər Nazirliyinin erməni cinayətlərinə dair birgə təşkil etdiyi brifinqdən sonraya təsadüf edir: “Nəzərə alaq ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində keçirilən Praqa görüşündə 10 noyabr bəyanatının müəlliflərindən biri olan Rusiya yox, Fransa Prezidenti və Avropa İttifaqı Şurasının rəhbəri iştirak edib. Buna paralel olaraq ABŞ Dövlət Departamentinin nümayəndəsi Xocavənd rayonunun Edilli kəndi ərazisində tapılmış kütləvi məzarlığa münasibət bildirib. Bu məsələnin üzdə görünən tərəfidir. Bir neçə gün öncə Dövlət Departamenti yayılan videolarla bağlı guya Azərbaycan hərbçilərini erməni hərbi əsirlərinə qarşı qəddar davranışda ittiham etmişdi. Bu mövqe bizim tərəfimizdən qəbul olunmadı. Çünki həmin videoların saxta olması ilə bağlı kifayət qədər əsaslar var.
Bütün bunların fonunda Dövlət Departamenti tərəfindən Edilli hadisəsi ilə bağlı verilən açıqlamanı faydalı qiymətləndirə bilərik. Amma Vedant Patelin bu açıqlamasını tam obyektiv də hesab edə bilmərik. Çünki bu açıqlamada Ermənistanın adı çəkilmir, ümumi yanaşma var. Hansı ki, Birinci Qarabağ müharibəsində hərbi cinayətləri törədənlər sonradan Ermənistanda hakimiyyətə gəliblər. Burada Robert Koçaryan və Serj Sarkisyanı nəzərdə tuturam. Onların göstərişi ilə həmin dövrdə mülki şəxslərə qarşı qətliamların törədilib, əsir düşən azərbaycanlı hərbçilər işgəncələr verilərək öldürülüblər. Bu cinayətlərə görə onlar məsuliyyət daşıyırlar. Düşünürəm ki, Dövlət Departamentinin bəyanatında bu məqamlar vurğulanmalı idi”.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40

