Türkiyə Prezidenti Praqadan səsləndi...
08.10.2022 [10:34]
Ermənistan Azərbaycan ilə dərhal sülh müqaviləsi bağlasın
Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqa şəhərində baş tutan “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı gündəmin əsas müzakirə mövzularındaddır. Bir sıra xarici ekspertlər bu toplantının yeni dönəmdə siyasi mənzərənin formalaşmasına əhəmiyyətli dərəcədə təsir edəcəyini düşünür. Belə ki, hazırki geosiyasi situasiyada belə bir toplantının keçirilməsi siyasi münasibətlərin daha da aydınlaşması ilə yanaşı, bir sıra qlobal xarakterli problemlərin həllində də əsaslı rol oynaya bilər. Zirvə toplantısının ən yaddaqalan məqamlarından biri isə Türkiyənin yeni dönəmdə siyasi güc mərkəzinə çevrilməsi faktının real isbatı oldu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu toplantıdakı parlaq iştirakı bunu deməyə əsas verir.
Türkiyə lideri ikitərəfli görüşlərdə
Qeyd edək ki, Zirvə Toplantısı çərçivəsində Fransa prezidenti Emmanuel Makron, Rumen Radev, İspaniyanın baş naziri Pedro Sançes, İsveç baş naziri Maqdalena Andresson, İsveçrə Konfederasiyasının prezidenti İqnazio Kassis ilə ikitərəfli görüşlər keçirən Prezident Ərdoğan ölkəsinin beynəlxalq aləmi maraqlandıran bir sıra məqamlardakı aktiv rolunu isbat etmiş oldu. Başqa sözlə, Türkiyə müasir beynəlxalq münasibətlər sistemində Avropa və Asiyada baş verən proseslərin tənzimlənməsində, axarında əsas iştirakçılardandır. Yeri gəlmişkən, ikitərəfli görüşlərdən sonra mətbuat konfransı keçirən Türkiyə lideri jurnalistləri maraqlandıran suallara da cavab verib.
Ermənistan bunu edərsə, heç bir problem olmayacaq
Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən bəhs edən Türkiyə lideri regionda mehriban qonşuluq münasibətləri əsasında tam normallaşmaya nail ola biləcəklərinə səmimi qəlbdən inandığını bildirib. Ərdoğan Ermənistan ilə Türkiyə arasında danışıqların xüsusi nümayəndələr vasitəsilə qarşılıqlı şəkildə davam etdiyini vurğulayıb: “Bu gün onunla (Paşinyanla) səmimi bir atmosferdə görüşümüz oldu. Bu görüşdə bəzi məsələlər müzakirə mövzusu oldu. Həmin məsələlərlə bağlı həm xüsusi nümayəndələrimizə, həm də xarici işlər nazirlərimizə bəzi tapşırıqlar verdik. Türkiyənin bu məsələdə bir şərti var ki, Ermənistan Azərbaycan ilə münasibətləri normallaşdırsın, dərhal sülh müqaviləsi bağlasın. Ermənistan bunu edərsə, bizimlə bağlı heç bir problem olmayacaq, qapılar açılacaq”.
Göründüyü kimi, Türkiyə növbəti dəfə həm Ermənistana, həm də bütün dünyaya - o cümlədən Türkiyəni Ermənistanla “barışmağa” tələsdirən ermənipərəst dövlətlərə və dairələrə öz mesajını verdi. Regionda stabilliyin, təhlükəsizliyin formalaşması üçün Ermənistan Azərbaycanla olan problemini həll etməlidir. Bunun üçün isə bir yol var - sülh müqaviləsini imzalamaq, sərhədləri tanımaq. Atılacaq bu addımlar bütövlükdə regionun yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirəcək. Türkiyə isə öz növbəsində regionun ən fəal siyasi aktorlarından biri kimi prosesdə öz mühüm rolunu növbəti dəfə oynamış olacaq.
Türkiyə problemlərin həllində açar rolunu oynayacaq ölkədir
Prezident Ərdoğan öz çıxışında Aİ-yə üzvlüklə bağlı prosesə də toxunub. Türkiyə lideri bildirib ki, ölkəsi Aİ-nin beynəlxalq rolunun yenidən identifikasiya edilməsində mühüm yer alır. Onun fikrincə, Avropa Siyasi Birliyi Aİ-yə alternativ deyil, fərqli bir qurum kimi meydana çıxıb. “Türkiyənin Aİ üzvlüyü üçün qarşısına qoyulan maneələrin ədalətli olmadığını bildirdim. Bu vəziyyətin Avropa Birliyinin də maraqlarına zərər vurduğunu vurğuladım. Türkiyə problemlərin həllində açar rolunu oynayacaq bir ölkədir. Bu məsələ sammitdəki həmsöhbətlərimiz tərəfindən də təsdiqləndi”, -deyə Ərdoğan bildirib.
Həqiqətən də bu gün Türkiyə hazırki qarışıq geosiyasi vəziyyətdə tərəflər arasında vasitəçilik edə bilən yeganə qüvvədir. Avroasiya regionunda yaşanan istər iqtisadi, istər siyasi, istərsə də hərbi kataklizmlərdən çıxış yolunun tapılması üçün Türkiyənin proseslərdə iştirakı vacib şərt kimi ortaya çıxır. Bu, bütün hallarda özünü sübut edir. Türkiyənin neytral qalacağı hər hansı bir siyasi-hərbi prosesin birtərəfli şəkildə inkişaf edəcəyinə şübhə yoxdur. Bu isə prosesin həllini ləngidən amil kimi çıxış edir. O baxımdan da, Türkiyənin fəal siyasi oyunçu kimi bütün hallarda regional, hətta qlobal hadisələrin həllində “arbitr” rolunda çıxış etməsi dünya tərəfindən normal qarşılanmalıdır və qarşılanır da.
Ən pis sülh belə müharibədən daha yaxşıdır
Yeri gəlmişkən, Rusiya-Ukrayna müharibəsinə də toxunan Prezident Ərdoğan bildirib ki, Türkiyə müharibənin ilk günündən qan tökülməsini dayandırmaq üçün çox səy göstərib: “Ölkəmizin Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu yüksək qiymətləndirilir. Biz taxıl dəhlizinin açılmasını və əsirlərin mübadiləsini mühüm diplomatik uğur kimi qiymətləndiririk. Ən pis sülhün belə müharibədən daha yaxşı olacağına inanaraq müharibəni bitirmək üçün əlimizdən gələni edirik”.
Hazırda bütün dünyanın diqqət mərkəzində olan bu hərbi qarşıdurma nəinki region üçün, bütövlükdə bəşəriyyət üçün mühüm problemə çevrilməkdədir. Ara-sıra “nüvə ritorikası”na müraciət edilməsi isə bu təhlükənin miqyasını daha da artırır. O baxımdan, münaqişənin ilk günlərindən hər iki tərəflə danışıqlar aparan, hətta Rusiya və Ukraynanın eyni masa arxasında müzakirəsinə nail olan ilk dövlət kimi şöhrət qazanan Türkiyə məsələnin həllində əsaslı rol oynaya bilər. Hətta BMT baş katibi Quterreş belə Türkiyənin bu rolunu yüksək qiymətləndirmişdi. Bu mənada, Türkiyə hazırda Avropa üçün münaqişənin dinc yolla həllində həqiqətən də “açar” rolunu oynayır.
Yeri gəlmişkən, dünən Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələrlə yanaşı, Türkiyə ilə Rusiya arasında münasibətləri yaxşılaşdıracaq məsələlərin də müzakirə edildiyi vurğulanıb. Bununla bağlı verilən açıqlamada o da bildirilib ki, ölkə liderləri Türkiyə-Rusiya münasibətlərinin inkişafı ilə yanaşı, Rusiya-Ukrayna müharibəsindəki son hadisələri də müzakirə ediblər.
“Bir gecə qəfil gələ bilərik”...
R.T.Ərdoğan mətbuat konfransında Kipr və Şərqi Aralıq dənizi məsələsinə də toxunub. Bildirib ki, Türkiyənin heç bir ölkənin torpağında, suverenliyində gözü yoxdur. “Kipr adasındakı reallığı qəbul etmək lazımdır. Şərqi Aralıq dənizi və Egey problemlərini beynəlxalq hüquq çərçivəsində həll etmək istəyimizi ifadə etmişik”, - deyən Ərdoğan ilə yunan jurnalist arasında maraqlı dialoq olub. Belə ki, Ərdoğanın məşhur “Bir gecə qəfil gələ bilərik”, mesajını xatırladan yunan jurnalistin “bu frazada Yunanıstana hücumu nəzərdə tutursunuz?” sualını Türkiyə prezidenti belə cavablandırıb: “Bu, təkcə Yunanıstana aid deyil. Hansı ölkə bizi narahat edirsə, hansı ölkə bizə hücum edirsə etsin, onlara cavabımız “bir gecə qəfil gələcəyik” şəklindədir. Onlar bunu belə bilməlidirlər, belə başa düşməlidirlər. Siz anladığınıza görə, onlar da başa düşüblər”.
Prezident Ərdoğan bildirib ki, axşam naharındakı çıxışı Yunanıstan lideri Mitsotakisi çox narahat etdi. Narahat olduğu üçün çıxıb nitq söylədi. “Dedi ki, biz ona qarşı sərt ifadələr işlətmişik. Əslində sərt bir ifadə tərzi olmayıb. Onlar olmaları gərəkən yerdə deyillər. Bütün siyasətləri hələ də yalan üzərində qurulub. Türkiyə bütün sahil ölkələrini bir araya gətirmək istəyir. Bununla razılaşmırlar. Mən onlara bir yerdən icazə almalı olduqlarını dedim, cavabında “yox, icazə almıram” dedi. Bizim Yunanıstanla müzakirə edəcəyimiz heç nə yoxdur, ümid edirəm ki, zamanla görüşmək imkanımız olacaq”, -deyə Türkiyə lideri əlavə edib.
550 min suriyalı öz torpaqlarına qayıtdı
Prezident Ərdoğan Suriya ilə bağlı məsələyə də münasibət bildirərək deyib ki, Suriya prezidenti ilə görüşdən söhbət belə gedə bilməz. Amma mümkün deyil kimi bir ifadə də işlətmərəm: “Ona görə də zamanı gələndə Suriya prezidenti ilə görüşə bilərik. Hazırda müəyyən səviyyədə danışıqlar gedir. Suriyadakı terror qruplaşmalarından xilas olmağı arzulayırıq. Biz orada “briket” evlər tikərək qayıdışı sürətləndirmək üçün addımlar atırıq. 550 min suriyalı öz torpaqlarına qayıtdı. Rusiya-Ukrayna müharibəsi bölgədə atılacaq addımlara öz təsirini göstərdi. Rusiya və İranın, digər tərəfdən koalisiya qüvvələrinin regiona təsirləri var. Başda ABŞ olmaqla terror təşkilatına silah və texnika verilir. Vaxtı yetişəndə biz bunları Amerika səlahiyyətliləri ilə də müzakirə edəcəyik. Suriyanın şimalını terrorçulardan təmizləmək istəyirik”.
Finlandiyaya “hə”, İsveçə “yox”...
NATO-nun yayda keçirilən Madrid sammitindən sonra İsveç və Finlandiyanın Alyansda təmsil olunması ilə bağlı məsələ isə hələ də açıq qalır. Bu məsələyə toxunan R.T.Ərdoğan qeyd edib ki, Finlandiyanın baş naziri Sanna Marin ilə görüşü yaxşı keçib: “Mən baş nazirə də bildirdim ki, Finlandiya ilə münasibətlərimiz İsveçdən fərqlidir. Finlandiya terrorçulara himayədarlıq etmir. Amma bunu İsveç haqda deyə bilməyəcəyəm. Əgər NATO Finlandiyanın xeyrinə qərar verərsə, biz əlimizdən gələni edəcəyik. İsveçdə terror təşkilatlarının yürüşləri davam etdikcə və bu terrorçular parlamentin fəaliyyətində iştirak etdikcə, bu ölkə ilə bağlı baxışlarımız müsbət olmayacaq”.
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

