Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP İcra katibinin müavini: "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi üzərində işləmirik

YAP İcra katibinin müavini: "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi üzərində işləmirik

12.02.2011 [09:33]

Hakim Yeni Azərbaycan Partiyası (YAP) “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üzərində işləmir. Bunu APA-ya açıqlamasında YAP İcra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib. O bildirib ki, “Siyasi partiyalar haqqında” qanunla bağlı müxtəlif partiya nümayəndələrinin, o cümlədən YAP funksionerlərinin təklifləri, çağırışları səsləndirilsə də, bu, Milli Məclisin səlahiyyətinə aid məsələdir: “Əgər bu mövzuya qayıdılarsa, biz də həmin müzakirələrdə iştirak edərik. Ancaq mən hesab edirəm ki, hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanun Azərbaycanda siyasi prosesləri lazımi səviyyədə tənzimləməyə qadir olan qanundur. Bir daha deyirəm ki, bizim tərəfimizdən belə bir qanun layihəsi hazırlanmır”.

Paylaş:
Baxılıb: 969 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30