Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Rumıniyaya səfəri uğurla başa çatıb
19.02.2011 [09:20]
Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin Rumıniyaya səfəri uğurla başa çatıb. www.yap.org.az saytının məlumatına görə, səfər çərçivəsində YAP nümayəndə heyətinin Rumıniyanın hakim Demokrat Liberal Partiyasının (PDL) qərargahında görüşü olub. Milli Məclisin deputatları, YAP Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov, İcra katibinin müavini Mübariz Qurbanlı və deputat Asəf Hacıyevin iştirak etdikləri görüşdə vurğulanıb ki, YAP ilə PDL arasında əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərə yeni təkan verəcək.
Ə.Əhmədov və PDL sədrinin birinci müavini Adriean Videanu YAP ilə Rumıniyanın hakim partiyası arasında “Əməkdaşlıq haqqında anlaşma memorandumu”nu imzalayıblar. Sənədə əsasən tərəflər öz ölkələrindəki siyasi vəziyyətə, ikitərəfli və çoxtərəfli əlaqələrə dair məsləhətləşmələr aparmalı, beynəlxalq münasibətlər, partiyaların inkişafı, eləcə də digər sahələrdə təcrübə mübadiləsini həyata keçirməli, müxtəlif səviyyələrdə partiya nümayəndələrinin səfərlərini reallaşdırmalı, partiyaların gənclər təşkilatları arasında əməkdaşlığı qurmalıdırlar.
Ə.Əhmədov imzalanmış sənədin əhəmiyyətindən danışıb, PDL nümayəndə heyətini Azərbaycana dəvət edib. Qarşı tərəf dəvəti qəbul edib.
Səfər çərçivəsində YAP nümayəndə heyəti Parlament Sarayında Rumıniya parlamentinin Deputatlar Palatasının sədri xanım Roberta Anastase ilə görüşüb. PDL ilə YAP arasında imzalanmış sənədin əhəmiyyətini qeyd edən R.Anastase hazırda Rumıniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən, parlamentlərarası münasibətlərdə yüksək inkişafdan danışıb.
Ə.Əhmədov Rumıniya və Azərbaycan parlamentlərində fəaliyyət göstərən dostluq qrupları arasında birbaşa təmasların gücləndirilməsinin zəruriliyini vurğulayıb, Rumıniya dövlətinə ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair ədalətli mövqeyini daim dəstəklədiklərinə görə təşəkkürünü bildirib.
Sonra nümayəndə heyəti Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyində bu ölkədə təhsil alan və yaşayan azərbaycanlılarla görüş keçirib.
Görüşdə Ə.Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətin uğurları haqqında məlumat verib, bütün bunların dünya ictimaiyyətinə çatdırılması və ölkəmizin xaricdə təmsil olunmasında diaspor təşkilatlarının qarşısında duran əsas vəzifələrdən danışıb. Bu ilin yayında keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayının əhəmiyyətinə toxunan Ə.Əhmədov görülən bütün işləri əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kursun məntiqi nəticəsi adlandırıb, gənclərə tövsiyələrini verib.
Fondun Rumıniyadakı nümayəndəliyinin direktoru İqbal Hacıyev təmsil etdiyi təşkilatın həyata keçirdiyi geniş xeyriyyə layihələrindən bəhs edib, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın tövsiyəsinə əsasən təkcə Rumıniyada deyil, bütün Balkan regionunda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində geniş fəaliyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, təkcə Rumıniyada bu istiqamətdə 50-dən çox kitab nəşr olunub.
YAP nümayəndə heyətinin üzvləri Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları ilə də görüşüblər. Görüşdə səfirliyin fəaliyyəti haqqında ətraflı məlumat verilib, Azərbaycanın xarici siyasət kursunun düzgün istiqamətdə həyata keçirildiyi qeyd olunub. Azərbaycan-Rumıniya münasibətlərinin ikitərəfli əlaqələrin ən yüksək həddi olan strateji tərəfdaşlıq səviyyəsinə çatdığı vurğulanıb.
Görüşlərdə Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov da iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

