“ASALA” baş qaldırıb
19.10.2022 [12:33]
Səfirliklərimizə hücum, diplomatların xidməti avtomobilinin atəşə tutulması erməni terror təşkilatlarının diplomatlara qarşı terror siyasətinin davamıdır
N.BAYRAMLI
Son vaxtlar bir sıra ölkələrdə ermənilər Azərbaycan səfirliklərinə qarşı təxribatlar törətməyə çalışırlar. Buna səbəb Azərbaycanın öz milli maraqlarını qətiyyətlə qoruması və həm diplomatik, həm də hərb cəbhəsində Ermənistana sarsıdıcı zərbələr vurmasıdır. 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi zamanı da analoji hallar baş vermişdi. Bu ilin sentyabrında ermənilərin dövlət sərhədində hərbi təxribatlarının qarşısının alınmasından sonra Azərbaycanın Livan, Fransa, ABŞ və digər ölkələrdə səfirlikləri qarşısında erməni təxribatları törədildi. Məsələn, Livanın paytaxtı Beyrutda bu ölkənin erməni vətəndaşları Azərbaycan səfirliyinin önünə toplaşmaq və təxribat törətmək istəyərkən yerli polislə toqquşma baş verib. Azərbaycan əleyhinə şüarlar səsləndirən və səfirliyin binasına daxil olmaq istəyən ermənilər onların qarşısında sədd çəkmiş Beyrut polisinə hücumlar ediblər. Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə müəyyən tədbirlər görüb.
Fransada da erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın etməyə çalışıblar. Amma Beyrutdan fərqli olaraq, Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər. Bundan istifadə edən ermənilər əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıb, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.
Oktyabrın 11-dən 12-ə keçən gecə isə Vaşinqtondakı səfirliyimizin xidməti avtomobilinə atəş açılıb. Bütün bunlar göstərir ki, bu gün Azərbaycan səfirliklərinə basqın və ABŞ-dakı səfirliyimizə aid avtomobilin güllələnməsi erməni terror təşkilatlarının diplomatlara qarşı terror siyasətinin davamıdır. 1970-80-ci illərdə “ASALA” erməni terror təşkilatı tərəfindən türk diplomatlarına qarşı sui-qəsdlər bunu bir daha təsdiqləyir. “ASALA” 1975-1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatıdır. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınan “ASALA” “Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu” adlanır. Təşkilat müstəqil “böyük Ermənistan” dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən qondarma “erməni soyqırımının” dünya ölkələri tərəfindən tanınması üçün çalışıb. Bu terror təşkilatının yaradıcısı Akop Akopyan adlı erməni olub. 1973-cü ildə Türkiyənin Los-Ancelos şəhərindəki konsulu Mehmet Baydar və köməkçisi Bahadır Əmir “ASALA” tərəfindən qətlə yetirilib. “ASALA” bu hadisə ilə adını bütün dünyada tanıdır. İki il sonra isə təşkilat özünü rəsmi olaraq elan edib. Təşkilatın, uşaq, qadın, qoca demədən hər kəsi hədəfə alması onların ən qatı cinayətkarlar kimi tanınmasına səbəb olur. 1976-cı ildə isə erməni terrorçuları tərəfindən Türkiyənin Beyrutdakı səfirliyinin baş katibi Oktar Cirit öldürülüb. Bundan 2 il sonra Madriddə türk səfir Zəki Kuneralpın avtomobilinə hücum edilib. Bu hücum nəticəsində səfirin həyat yoldaşı Necla Kuneralp və keçmiş səfir Beşir Balcıoğlu həyatını itirib. Bütövlükdə, terror təşkilatı tərəfindən 48 türk diplomatı qətlə yetirilib. Eləcə də, Türkiyənin bir sıra şəhərlərində terror aktları törədilib.
Bundan başqa, “ASALA” Milan, Madrid, London, Paris, Sürix, Strasburq, Roma, Ottava və digər şəhərlərdə də partlayışlar törədib. 1983-cü ildə Parisdə Orli Hava Limanında törədilən partlayış nəticəsində 8 nəfər ölüb, 60 nəfər isə yaralanıb. Bu hadisədən sonra “ASALA” Qərb ölkələrinin təzyiqi ilə üzləşib, dünyada rəsmi olaraq terror təşkilatı kimi tanınıb. Təşkilatın ən fəal üzvlərindən biri isə Monte Melkumyan olub. O, Fransada terror əməllərinə görə həbs olunub. “ASALA”-nın yaradıcısı A.Akopyan 1988-ci ildə öldürüldükdən sonra təşkilat parçalanıb. 1989-cu ildə Fransada həbsdən azad olunan M.Melkumyan isə Ermənistana gələrək Birinci Qarabağ müharibəsində iştirak edib. Terrorçu 1993-cü ildə Azərbaycan hərbçiləri tərəfindən Qarabağda öldürülüb.
Beləliklə, son zamanlar törədilən hadisələr göstərir ki, erməni terror təşkilatları yenidən baş qaldırmaqdadır. Belə ki, “ASALA”-nın Yunanıstanın Eqina adasında gizli təlim düşərgələrinin olduğu bil. Burada PKK terrorçularına da təlim keçirildiyi məlumdur. Bundan əlavə, “ASALA”-nın Cənubi Kipr ordusunun nəzarəti altındakı Eyanapa bölgəsində də bir düşərgəsi var. Eləcə də, “ASALA” fəaliyyətini Fransada daha çox göstərməkdədir. Buna səbəb isə bu ölkədə erməni terrorçularının sərbəst hərəkətinə icazə verilməsidir. Bundan başqa, terror təşkilatı ABŞ, Yunanıstan, Cənubi Kipr, İsveçrə və Kanadada fəaliyyətlərini davam etdirməkdədir. Azərbaycan səfirliklərinə edilən hücumlar, diplomatik avtomobilin atəşə tutulması bu reallığı bir daha təsdiqləyir.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

