Xocalı əhalisi dünya dövlətlərinə, BMT-yə, AŞ-yə və ATƏT-ə müraciət ünvanlayıb
23.02.2011 [01:14]
İrandan Azərbaycana köçmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə Dağlıq Qarabağda abidə ucaltmış ermənilərin millətçi və ekstremist dairələri tarixi Azərbaycan torpaqları hesabına xəyali “böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədi ilə son iki əsrdə xarici havadarlarının köməyi ilə Azərbaycana qarşı işğalçılıq siyasətini ardıcıl şəkildə həyata keçirmiş, bu məkrli məqsədə çatmaq üçün zaman-zaman çoxsaylı terror aksiyaları və kütləvi qırğınlar, deportasiya və soyqırımı kimi bəşəri cinayətlər törətmişlər.
çoxsaylı tarixi sənədlər şahidlik edir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Qafqazda öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş və dədə-baba torpaqlarından didərgin salınmışdır.
1988-1989-cu illərdə Ermənistanda öz tarixi-etnik torpaqlarında yaşayan 250 mindən artıq azərbaycanlı son nəfərinə kimi deportasiya edilmiş, bu qanlı aksiya zamanı yüzlərlə günahsız insan - qocalar, qadınlar, uşaqlar vəhşicəsinə qətlə yetirilmişdir. Nəticədə Ermənistan erməni millətçilərinin illərlə arzusunda olduqları monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları yenidən baş qaldırmış, bu məqsədlə Dağlıq Qarabağda heç bir tarixi, siyasi, etnik əsası olmayan erməni separatizminə rəvac verilmişdir. Artıq 20 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən Dağlıq Qarabağ inzibati-ərazi bölgüsünə daxil olmayan və 1990-cı illərin əvvəllərinədək bütünlüklə, azərbaycanlıların yaşamış olduqları 7 rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1 milyondan artıq azərbaycanlı öz əzəli yurdlarından vəhşicəsinə qovulmuş, on minlərlə adam qətlə yetirilmiş və şikəst edilmişdir. İndiyədək erməni girovluğundan 1400-ə yaxın azərbaycanlı azad edilsə də, Ermənistanın və Dağlıq Qarabağın həbs düşərgələrində ağlasığmaz təhqir və işgəncələrdən əziyyət çəkən 4 mindən artıq Azərbaycan vətəndaşının taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır. İşğal zonasında yüzlərlə şəhər və kənd, minlərlə ictimai-mədəni tikili, təhsil və səhiyyə müəssisələri, tarixi- mədəniyyət abidələri, muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilərək, misli görünməmiş vandalizmə məruz qalmışdır. İyirminci əsrin 90-cı illərinin əvvəllərində Qarabağın Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və s. kimi azərbaycanlılar yaşayan kəndlərində erməni silahlılarının törətdikləri kütləvi qırğınlar, Bakıda və digər şəhərlərimizdə həyata keçirilmiş qanlı terror aksiyaları, nəhayət, Xocalı soyqırımı “məzlum və əzabkeş erməni” vicdanında əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir.
Acı təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, XX əsrin ən dəhşətli faciələri hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri sırasına 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı da əlavə olunmuşdur.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə yeddi min nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər (hücum zamanı şəhərdə 3 minə yaxın adam qalmışdı). Həmin vaxta qədər Xocalı şəhəri artıq dörd aydan çox idi ki, tam mühasirə vəziyyətində saxlanılır, əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çoxlu sayda xəstələr, yaralılar, qocalar, qadınlar və uşaqlar var idi.
Həmin gecə Xocalı şəhəri yerlə-yeksan edildi. Əliyalın dinc mülki əhali kütləvi qətliama məruz qaldı - uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Erməni millətçiləri XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün üzqaralığı olan növbəti tarixi cinayəti - Xocalı soyqırımını törətdilər. Bu vəhşi aksiyada məqsəd şəhərin bütün əhalisini məhv etmək idi. Ancaq sırf təsadüflər nəticəsində xeyli Xocalı sakini tarixə şahidlik etmək üçün sağ qaldı.
Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edildi, 1275 nəfər dinc sakin girov götürüldü. Onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil. Faciə nəticəsində 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri ahıl qoca idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlanlar və qızlardır.
Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdir.
Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan bu cür qəddarlıq və vəhşilik insan tərəfindən həyata keçirilmiş, XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir! Ancaq dünya bilib agah olmalıdır: təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş bu tarixi cinayətin təşkilatçısı özünü bütün dünyaya “əzabkeş və məzlum” millət obrazında təqdim edən davakar erməni millətçiliyidir. Artıq 19 ildir ki, məcburi köçkünlük həyatı yaşayan biz xocalılılar dünyanın bütün sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara ürək ağrısı ilə, eyni zamanda, böyük ümidlərlə müraciət edirik. İnanırıq ki, nüfuzlu beynəlxalq təşkilatlar olan BMT, AŞ və ATƏT, sülhsevər qüdrətli ölkələr beynəlxalq hüquqa və bəşəri dəyərlərə məhəl qoymayan təcavüzkar bir dövləti - Ermənistanı haqq-ədalət prinsipləri ilə yaşamağa və qonşu dövlətlərlə sivil münasibətlər qurmağa məcbur edəcəkdir!
İşğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bu günədək icra edilməməsi, ilk növbədə, həmin təşkilatın nüfuzuna ciddi zərbə və beynəlxalq aləmə meydan oxumaqdır.
Biz münaqişənin nizama salınmasında Azərbaycan dövlətinin haqlı və ədalətli mövqeyini, eyni zamanda, aparıcı dünya dövlətlərinin və beynəlxalq təşkilatların sülhyaratma səylərini dəstəkləməklə, Ermənistanın beynəlxalq hüququn təməl prinsiplərinə zidd olan təcavüzkar siyasi xəttini təkcə regionda deyil, bütün dünyada sülh və əmin-amanlıq üçün ciddi təhlükə hesab edirik. Bu, labüd gerçəkliyə mütərəqqi beynəlxalq ictimaiyyət laqeyd qalmamalıdır.
Bir daha əmin olduğumuzu bildiririk ki, dünya birliyi tərəfindən ədalətli və obyektiv mövqe nümayiş etdiriləcək, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə birmənalı qiymət verilərək ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, bir milyondan artıq qaçqın və məcburi köçkün öz dədə-baba yurdlarına qayıdacaqdır”.
Müraciət Xocalı məcburi köçkünlərinin Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində keçirilmiş ümumi toplantısında qəbul olunub
Azərbaycan Respublikası
3 fevral 2011-ci il
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

