YAP Gənclər Birliyi "Xocalıya ədalət" adlı tədbir keçirib
24.02.2011 [08:51]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə “Park inn” otelində “Xocalıya ədalət” adlı tədbir keçirilib.
Mərasim iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Toplantıda Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra soyqırım dəhşətlərindən bəhs olunan film nümayiş olunub.
Sonra tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Soydaşlarımız tarixi torpaqlarından qovulub, qaçqın və məcburi köçkünə çevrilib.
Tarixə qısaca nəzər salan S.Orucov bildirib ki, 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideloloqlarının “dənizdən dənizə böyük Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib.
çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov söyləyib ki, cinayət cəzasız qalmamalıdır: “Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər”.
Əli Əhmədovun sözlərinə görə, belə toplantıların keçirilməsi ilk öncə Xocalı faciəsinin unudulmaması məqsədini daşıyır: “Azərbaycan xalqı, xüsusilə gənclərimiz bu soyqırımı unutmamalı, onu qəlblərində yaşatmalı, faciəni törədənlərin bu cinayətə görə layiqli cəzalarını almaları üçün əllərindən gələni etməlidirlər. Bu tədbirlərin keçirilməsində digər məqsəd isə ondan ibarətdir ki, Xocalı faciəsinə bəşəriyyətin diqqətini yönəldək. Dünya dövlətləri, təşkilatları Xocalı faciəsinin həqiqətlərini bilsələr ona düzgün qiymətin verilməsinə nail ola bilərik. Düşünürəm ki, bütün vətəndaşlarımız Xocalı faciəsinin beynəlxalq təşkilatlar qarşısında XX əsrin ən dəhşətli faciələrindən biri kimi tanıdılmasına nail olmaq üçün səylərini daha da artıracaqlar”.
Əli Əhmədov qeyd edib ki, dəfələrlə dünyanın ikili siyasətindən narahatlığımızı ifadə etmişik: “Bu gün də o mövqeyimizdəyik. Təəssüf hissi ilə bildirmək istəyirik ki, ayrı-ayrı beynəlxalq təşkilatların fəaliyyətində ikili standartlardan istifadə olunur. Xocalı faciəsinin beynəlxalq səviyyədə qiymətinin verilməsi ilə bağlı da bu mövqeni görürük. Azərbaycan dövləti bununla bağlı etirazını bildirir. Digər tərəfdən, o da məlumdur ki, Azərbaycan dövləti, qeyri-hökumət təşkilatları, Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımının tanıdılması istiqamətində genişmiqyaslı işlər aparılır. Azərbaycan gəncləri, diaspor təşkilatlarının nümayəndələri bu faciənin həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərirlər. Amma bununla yanaşı, görüləsi işlər də çoxdur. İkili standartların mövcud olmasına baxmayaraq, hər birimiz mövcud imkanlardan istifadə edərək beynəlxalq təşkilatlar qarşısında bu faciə ilə bağlı həqiqətlərin tanıdılmasına nail olmalıyıq. Beynəlxalq təşkilatlara müraciətlər olunmalı, müxtəlif piketlər keçirilməli və digər mühüm vasitələrdən istifadə edilməlidir. Yalnız Xocalı faciəsinin ildönümü günlərində deyil, hər zaman bu işlər həyata keçirilməlidir”.
YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov vurğulayıb ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Beynəlxalq təşkilatlar tərəfindən insanlığa qarşı yönəlmiş belə bir bəşəri cinayətə indiyədək siyasi-hüquqi qiymət verilməməsinin təəssüf doğurduğunu qeyd edən Ə.Əhmədov deyib ki, bu qətliamı törədənlər hələ də azadlıqda gəzirlər. Cinayəti törədənlər əməlləri ilə fəxr edir və Ermənistanın rəhbər vəzifələrində çalışırlar: “Bununla bağlı Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin mövqeyi aydındır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu günədək faciəni törədənlər nəinki məsuliyyətə cəlb olunmayıb, hətta bəzi hallarda onlar siyasətlə də məşğul olurlar. Beynəlxalq təşkilatlar bu faciə ilə bağlı ədalətli mövqelərini nümayiş etdirməlidirlər”.
Daha sonra YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Qüdsi Bayramov çıxış edib. Xocalı faciəsinin bəşər tarixində ən qanlı səhifə olduğunu bildirən natiq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xankəndində yerləşdirilmiş Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyilə Xocalı şəhərini vəhşicəsinə zəbt etdiyini xatırladıb: “Bu faciənin hələ də beynəlxalq aləmdə soyqırım kimi tanınmaması xalqımız tərəfindən qınanılır”.
Qüdsi Bayramov onu da deyib ki, ümummilli lider Heydər Əliyev Xocalı soyqırımı ilə bağlı mühüm qərarlar verib, beynəlxalq aləmə çağırışlar edib: “Hər il fevral ayının 26-ı saat 17-00-da Xocalı soyqırımında qətlə yetirilmiş soydaşlarımızın ümumrespublika səviyyəsində bir dəqiqəlik sükutla yad edilməsi təşəbbüsü məhz, Ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülüb”.
Sonra YAP-ın Sabunçu rayon Gənclər Birliyinin üzvü Lamiyə Cəlilova çıxışında bildirib ki, şəhidlərimizin intiqamı alınmayınca, işğal altında olan torpaqlar geri qaytarılmayınca erməni işğalı nəticəsində həlak olmuş şəxslərin ruhları tanrı dərgahında rahat olmayacaq.
Daha sonra şəhid atası Məhəmməd Şükürov və digər şəxslər çıxış edərək ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşi cinayətlərdən, qanlı günün yaddaşlardan silinməyən xronikalarından söz açıblar.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilmiş tədbirdə ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

