Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə ardıcıl və prinsipial səciyyə daşıyır
03.03.2011 [18:39]
Sosialyönümlü və demokratik dövlətlərin istər daxili, istərsə də xarici siyasət kursunun prioritetlərini millətin ali mənafeyinə cavab verən, dövlətçilik ənənələrinə və prinsiplərinə əsaslanan fəaliyyət mexanizmi təşkil edir. ümummilli inkişafı və sosial-siyasi sabitliyi təmin etmək, vətəndaşların maddi rifah halını, həyat şəraitini daim yaxşılaşdırmaq, möhkəm əsaslara söykənən vətəndaş-dövlət, millət-dövlət birliyi formalaşdırmaq, sosial-siyasi həyatı və təsisatları legitimləşdirmək kimi xüsusi strateji istiqamətlər məhz bu cür dövlətlərin daxili siyasət kursunun başlıca vəzifələrini təşkil edir. Başqa sözlə, məqsədini inkişaf və sabitlik, yolunu isə demokratiya və qanunçuluq prinsipləri əsasında müəyyənləşdirən dövlətlər daxili ictimai-siyasi ahəngdarlığın, həmçinin, inkişafın qarantı qismində çıxış edirlər.
Bu gün Azərbaycanın həyata keçirdiyi daxili siyasət kursu məhz yuxarıda sadalanan fundamental prinsipləri və istiqamətləri özündə ehtiva edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli inkişaf tendensiyası keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret faktlar, ümummilli inkişafın təcrübi gerçəkliklərini təşkil edir. Qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi zəruri və təxirəsalınmaz tədbirlər də milli inkişafa təkan verməkdədir. Yəni uğurlu sosial siyasətin fonunda əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi, eyni zamanda, perspektiv inkişafın təməl komponentlərini təşkil edir. Əlbəttə, bütün bu vəzifələrin reallaşdırılması və ümummilli inkişafın təmin edilməsi istiqamətində əsas amil ilk növbədə rasional və praqmatik iqtisadi strategiyanın reallaşdırılmasıdır. Bu amili əsas götürərək qeyd edə bilərik ki, dövlət tərəfindən həyata keçirilən iqtisadi inkişaf strategiyası ümummilli inkişafın ardıcıl xarakter almasını təmin edib. Digər tərəfdən, dövlətin maliyyə-büdcə siyasətinin effektiv səviyyədə təmin olunması, valyutanın sabitliyi, strateji valyuta ehtiyatlarından səmərəli istifadə edilməsi, inflyasiyanın idarə olunan səviyyədə saxlanılması, əmanətlərin sığortalanması, vergi yükünün azaldılması kimi vəzifələrin də yüksək səviyyədə yerinə yetirilməsi və digər bu kimi amillər Azərbaycanın iqtisadi inkişafının sabit və davamlı xarakter almasına xüsusi töhfələr bəxş edib.
Amma, bütün bunlarla yanaşı, bəzən ictimai asayişə, sosial-iqtisadi münasibətlər sisteminə və cəmiyyətin funksionallığına zidd olan dağıdıcı proseslərə də rast gəlinir. Məsələn, ölkədaxili bəzi subyektlər və qurumların öz vəzifə, status və resurslarından sui-istifadə etmələri fonunda yaranan rüşvət və korrupsiya halları bu sırada xüsusi qeyd edilməlidir. Əslində, rüşvət və korrupsiya halları, demək olar ki, bütün cəmiyyətlərdə mövcuddur. Sadəcə burada əsas olan incə məqam bu hallarla necə və hansı ciddilikdə mübarizə aparılmasıdır. Eyni zamanda, bəhs olunan hallara qarşı aparılan mübarizənin effektivlik səviyyəsi və onun real nəticələri də sözügedən prosesdə xüsusi önəm kəsb edən amillərdir. Bu nöqteyi-nəzərdən qeyd edə bilərik ki, ölkəmizdə bu cür hallara qarşı çox ciddi mübarizə aparılmaqdadır. Belə ki, Prezident İlham Əliyevin xüsusi göstəriş və tapşırıqlarına əsasən cari ilin yanvar ayının 27-də Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilmiş Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə mövcud olan mənfi faktlar, o cümlədən, rüşvət və korrupsiya hallarının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin zəruriliyi vurğulanıb. Eyni zamanda, bəhs edilən neqativ hallar və faktların aradan qaldırılması yönündə aidiyyəti qurumlar və icra orqanları qarşısında zəruri vəzifə və öhdəliklər qoyulub. Artıq bütün bunların fonunda aidiyyəti strukturlar və icra orqanları bir sıra zəruri təxirəsalınmaz tədbirlər görməkdə və lazımi islahatlar həyata keçirməkdədirlər...
Yəni, rüşvət və korrupsiya hallarına qarşı operativ tədbirlərin görülməsi və effektiv nəticələrin əldə edilməsi ölkəmizin sabit inkişaf tempinə xüsusi təsir edən amillərin başında gəlir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən Prezident İlham Əliyev bu məsələnin üzərində xüsusi olaraq dayanıb: “...Əgər biz doğrudan da, Azərbaycanı müasir ölkə kimi görmək istəyiriksə və bütün sahələrdə inkişafı görmək istəyiriksə, xoşagəlməz hallara qarşı mütləq ciddi mübarizə aparmalıyıq. Korrupsiya və rüşvətxorluq böyük bəladır, böyük yaradır və bizim üçün böyük ləkədir. Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq təmin edilsin. Burada, əlbəttə ki, həm inzibati tədbirlər görülür və görüləcəkdir. Cəza tədbirləri görülür və görüləcəkdir. Eyni zamanda, biz struktur islahatlarını elə aparmalıyıq ki, korrupsiya, rüşvətxorluq tamamilə aradan götürülsün. Son müddət ərzində mənim tərəfimdən imzalanmış sərəncamlar bu məqsədi güdür. Yəni biz struktur islahatlarından, institusional metodlardan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizəni gücləndirmək üçün istifadə etməliyik...”
Bəli, bu gün Azərbaycanın inkişafına mane ola biləcək real tənəzzül mənbəyi qismində çıxış edən rüşvət və korrupsiya hallarının qarşısının alınması istiqamətində həm aidiyyəti strukturlar, icra orqanları, həm də cəmiyyət aktiv mübariz mövqeyində çıxış etməli və öz üzərlərinə düşən bütün vəzifə və öhdəlikləri yerinə yetirməlidirlər...
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

