/ / Azərbaycanın birinci xanımı Səmərqənddə “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi ilə tanış olub
Azərbaycanın birinci xanımı Səmərqənddə “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi ilə tanış olub
11.11.2022 [16:26]
Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstanın Baş nazirinin xanımı Aniko Levai “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi ilə tanış olan Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya və digər ölkələrin birinci xanımlarına Türk Dövlətləri Təşkilatına üzv ölkələrin folklor qruplarının ifaları təqdim edilib.
Nadir “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi “Böyük İpək Yolu” beynəlxalq turizm kompleksinin bir hissəsidir. Şərq memarlığının bütün səciyyəvi cəhətlərini əks etdirən bu kompleksdə məşhur sənətkarların, tətbiqi sənət ustalarının və müxtəlif xalqları təmsil edən rəssamların özbək milli mədəniyyətinin rəngarəngliyini, xalq adət-ənənələrini özündə birləşdirən qalereyaları və emalatxanaları yerləşir.
“Əbədi şəhər” Səmərqənd, Buxara, Fərqanə, Daşkənd, Xivə və digər qədim şəhərləri təcəssüm etdirən böyük kompleksdir. Ərazidə 44 nadir orijinal bina tikilib. Kompleks iki hissədən ibarətdir. Bu hissələrdən birində turizm şəhərciyi, digər hissədə isə konqres zalı, beşulduzlu və dördulduzlu dörd hoteldən ibarət kompleks yerləşir.
Kompleksin konsepsiyası Özbəkistanın mədəniyyətini və adət-ənənələrini bir məkanda təqdim etmək ideyasına əsaslanır. Ərazidə rəssamların və sənətkarların mağazaları, kitabxana, kukla teatrı, istirahət guşələri, kafe və restoranlar fəaliyyət göstərir.
“Əbədi şəhər” tarixi-etnoqrafik kompleksinə gələnlər xalçaların və ipək məhsullarının toxunma prosesi, sənətkarların ağac üzərində oyma işləri, həmçinin milli geyim qalereyası ilə tanış olmaq imkanı əldə edirlər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

