İranın Turan xofu...
16.11.2022 [11:51]
Fazil Mustafa: İran Fransadan sonra üçüncü erməni dövlətidir
Erməni maraqlarını qorumaq üçün bütün “gücünü səfərbər edən” İranın apardığı siyasət qeyri-müəyyəndir. Özünü “islam dövləti” adlandıran İranın 30 ilə yaxın müsəlman ölkəsində işğal etdiyi ərazilərdə yerləşən məscidləri viran qoyan, onları təhqir edən Ermənistanla yaxın münasibətdə olması başadüşülən deyil. Digər tərəfdən, rəsmi Tehranın son davranışları regionda planlaşdırılan layihələrə qarşı mövqe tutduğunu deməyə əsas verir. Bunu açıq şəkildə dilə gətirən İran “politoloqları” dövlətlərinin siyasətlərini belə izah edirlər - Ermənistanla əməkdaşlıq üçün hər şeydən keçməyə hazırıq.
Məsələn, beynəlxalq məsələlər üzrə iranlı ekspert kimi təqdim edilən Ehsan Mohavedian bildirib ki, Ermənistan və İran arasında əməkdaşlığın genişlənməsi Zəngəzur dəhlizi və yaxud, onların qəbul etdiyi kimi Turan dəhlizinin reallaşma imkanlarını zəiflədir. Ermənistanla İran arasında “hərbi və ya siyasi ittifaq” yaranması ehtimalı haqda danışan ekspert bildirib ki, Tehran İrəvanla istənilən əməkdaşlığı alqışlayır, ancaq Ermənistan müstəqil ölkədir, bu qərarı özü verməlidir. “Birgə hərbi təlimlərin keçirilməsi və İranın hərbi təcrübəsinin Ermənistana ötürülməsi Tehran üçün arzuolunan variantdır. Düşünürəm ki, biz mümkün qədər tez bir zamanda Şimal-Cənub dəhlizi proqramını tamamlamalıyıq. Təəssüf ki, İran şirkətləri bunu növbəti ilin yazına planlaşdırır. Ermənistan və İran arasında iqtisadi, hərbi və kəşfiyyat sahələrində əməkdaşlığın artması Türkiyə, Azərbaycan, İsrail və Böyük Britaniyanın Zəngəzur dəhlizi, bizim təbirimizcə desək, Turan dəhlizinin yaranması imkanlarını aşağı salır”, - o iddia edib.
Bəli, axır ki, İran özünün “ağrısını” dilə gətirir. İranın “Turan dəhlizi” adlandırdığı Zəngəzur dəhlizinə qarşı tutud?ğu mövqe ilə bağlı faktlar onu deməyə əsas verir ki, İran regionda Türk birliyinə qarşı çıxış edir. Bu isə fars şovinizminin yenidən açıq nümayişidir.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, İran bütün birliklərə qarşıdır: “İran hansı birliyə qarşı deyil ki? Bu dövlət İslam birliyinin də içindən dəhliz açıb, İslam birliyini parçalayıb. İran illərdir ki, islam birliyinin özünə mane olacaq siyasət yeridir. Eyni zamanda, Türk birliyinə qarşı da eyni münasibəti göstərir. İran hər zaman Şərqdə bu rolu öz üzərinə götürüb. Rəsmi Tehran yalandan hansı ölkəyə “ölüm arzulayırsa” həmin ölkənin əlaltısı funksiyasını yerinə yetirir. Bu baxımdan, İranın Zəngəzur dəhlizi məsələsindəki mövqeyini bu cür ifadə etməsi təəccüblə qarşılanmamalıdır. Çünki İranın bütün tarix boyu siyasəti bunun üzərində qurulub. Fikrimcə, bu kimi məsələlərə çox da artıq diqqət yetirməyin mənası yoxdur. İran artıq Fransadan sonra üçüncü erməni dövlətidir. Mahiyyətcə sabah bayrağına “Ararat dağı”nı qoysa, buna heç kim təəccüblənməsin. Əslində, İranla Ermənistanın bir yerdə olması sevindirici haldır. Onlar bir yerdə olanda real simaları daha çox görünür”.
Millət vəkili qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycanın hədəfidir və biz hədəfimizi gerçəkləşdirəcəyik. “Ermənilər anlamırlar ki, İran Zəngəzur dəhlizinə mane olmaqla daha çox onlara ziyan vurur. Bu kimi addımlar erməniləri reallıqdan uzaqlaşdırır. İran bu məsələdə xüsusilə ABŞ-ın maraqlarını icra edən ölkə statusunda çıxış edir. ABŞ-dakı erməni lobbisi İrana qarşı tətbiq edilən sanksiyaların yumşaldılması vədini verib. Rəsmi Tehranın fədakarlıqları da buna əsaslanır. Çünki bu qədər açıq şəkildə avantürist siyasət izləmək normal dövlətlər üçün qəbuledilən hal deyil. Bunu heç cür pərdələməyə çalışmamaları da onu göstərir ki, məhz ABŞ-ın bu məsələdə təqdirini qazanmaq İran üçün həyati əhəmiyyət daşıyır. Bu baxımdan da biz buna çox da əhəmiyyət vermədən öz layihəmizi həyata keçirəcəyik. Ermənilər bilməlidirlər ki, Zəngəzur dəhlizi olmasa, Laçın dəhlizi deyilən anlayış gündəmdə qalmayacaq”, - deyə F.Mustafa əlavə edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

