Virtual sabotajçılar meydandan qaçır...
17.03.2011 [10:12]
Bəhs edilən virtual kampaniyanın təşkilatçıları və onların “ideya dostları”nın bloqlarında yer almış birtərəfli, böhtan xarakterli şərhlərə, yazılara adekvat cavab verilməsinin qarşısı alınır və hadisələrin mahiyyətinə dair gerçək münasibətlərin bloqlarda əks olunmaması üçün ən müxtəlif texniki məhdudiyyətlərdən istifadə edilir
Bir qrup gənc netokratların sifarişini yerinə yetirir
Dağıdıcı transmilli maraqlara malik olan bəzi xarici qərəzli dairələrdən maliyyələşən və spekulyativ fəaliyyət sərgiləyən bir sıra daxili “marionetka”ların Azərbaycanda təşkil etməyə cəhd göstərdikləri virtual təxribatlarla bağlı daha bir neçə pərdəarxası məqamlar aşkar edilib. Bu məqamlara bilavasitə keçid almamışdan öncə qısaca qeyd etmək lazımdır ki, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri özlərinin korporativ maraqları və antimilli mövqeləri əsasında ideoloji-virtual təxribata cəlb etməyə çalışan bu qüvvələr “facebook”, “twitter” və bu kimi digər sosial şəbəkələrdə təşkil etdikləri provokativ xarakterli “11 Mart-Böyük Xalq Günü” virtual kampaniyası vasitəsilə ideoloji-siyasi müstəvidə paradoksal situasiya yaratmağa çalışır, ideoloji təxribatlar vasitəsilə insanları manipulyasiyaya məruz qoymağa cəhd edir və bütövlükdə möhkəm təməllərə söykənən sabitliyi pozmağa can atırlar. Bunun üçünsə sosial şəbəkələrdə apardıqları virtual təxribatlar və “qara piar”ın fonunda sözügedən qüvvələr ən müxtəlif metodlara baş vurur və özlərinin “ideya atası” olan imperialist netokratların tapşırıqlarını canla-başla operativ surətdə yerinə yetirirlər...
Virtual dialoqdan belə çəkinirlər
Qeyd etdiyimiz kimi, məhz bu cür canfəşanlığın fonunda son olaraq belə bir məqam təsbit edilib ki, bəhs edilən bölücü xarakterli virtual təxribatlarda yaradılan və ya öncədən də “qara piar” missiyasını yerinə yetirən bloqlarda monoloq səciyyəsi daşıyan birtərəfli şərhlər, yazılar yerləşdirilir və rasional düşüncəli, hadisə və prosesləri real faktlar əsasında dəyərləndirən şəxslərin bu cür təxribatçı yazılara, şərhlərə münasibət bildirmələrinin qarşısı alınır. Başqa sözlə, bloqlarda yer almış birtərəfli, böhtan xarakterli şərhlərə, yazılara adekvat cavab verilməsinin qarşısı alınmaqla, əslində, bəhs edilən qüvvələr özlərinin qərəzli ifadələrinin və spontan təxribatlarının “mühafizə”sinə nail olmağa çalışırlar. Digər tərəfdən, sözügedən virtual təxribatların təşkilatçıları qismində çıxış edən Elnur Məcidli, İsa Yusifli, Həbib Müntəzir, Arzu Qeybullayeva, Məcid Mərcanlı kimi manipulyatorların-psevdovətənpərvərlərin bloqlarında təşkil edilən forumlarda da vahid missiyaya xidmət edən qərəzli mövqelərin sərgiləndiyi müşahidə edilir və hadisələrin mahiyyətinə dair gerçək münasibətlərin forumda əks olunmasına qarşı ən müxtəlif texniki məhdudiyyətlərdən istifadə edilir. Belə ki, bir sıra təxribatçı şəxslərdən formalaşan bu cür lokal bloqların bir qisminə giriş texniki vasitələrlə qadağan edilib, digərlərində isə konkret tələblər və şərtlər əsasında iştiraka icazə verilib. Daha doğrusu, təxribatçı fikirləri dəstəkləyən, virtual manipulyasiyalara tərəfdar olan şəxslərin bu cür bloklarda təmsil olunmalarına məhdudiyyət qoyulmur, əksinə, girişə icazə olan bloklarda isə real faktlar əsasında dəyərləndirmə aparan rasional düşüncəli və təxribata uymayan gənclərin birinci mərhələdə fikirləri forumlardan silinir, ikinci mərhələdə isə onların bloqlardakı qeydiyyatlarına son qoyulur.
Azərbaycan gənclərinə bağlı olan bloqlar ermənilər üçün açıqdır
Daha maraqlısı və təəccüblüsü (!) odur ki, girişinə məhdudiyyət qoyulmuş bu cür bloqların bəzilərində ermənilərin şərh və yazılarına da xüsusi yer verilir, onlarla aparılan aktiv dialoqlar nəzərə çarpır. Hətta ermənilərin Azərbaycan əleyhinə səsləndirdikləri böhtan, iftira xarakterli fikirlər xüsusi təqdimatlar əsasında bloqlarda və forumlarda yerləşdirilir. Beləliklə, bəhs edilən bloqlarda birtərəfli şəkildə “qara piar” kampaniyası aparılmaqla yanaşı, ermənilərin fəal iştirakına geniş şərait yaradılmasına rəğmən, qarşı tərəfin-rasional düşüncəli şəxslərin aktiv dialoq müstəvisi formalaşdırmaq və təxribatçı fikirlərə münasibət bildirmək cəhdlərinin qarşısı texniki vasitələrdən istifadə edilməklə alınır.
Xoruzun quyğuru açıq görünür
Buradan da belə bir məntiqi nəticə hasil etmək olur ki, bəhs edilən dağıdıcı qüvvələr iddia etdikləri kimi, “azadlıq və ya demokratiya mühiti formalaşdırmaq” naminə yox, xarici qüvvələrdən aldıqları tapşırıqlar əsasında ideoloji müstəvidə paradoksal situasiya yaratmaq və apardıqları “qara piar”ı davam etdirmək naminə manipulyasiya vasitəsi kimi istifadə edilən bloqlarda “düşüncə mübadiləsi”ni təşkil edirlər!
Bütün bunların fonunda bu gerçəklik təsbit edilir ki, xarici qüvvələrin transmilli maraqları və özlərinin antimilli korporativ mənafeləri uğrunda təxribatçı, manipulyasiya xarakterli fəaliyyətlə çıxış edən sözügedən qüvvələr öz bloqlarında və forumlarında rasional təfəkkürlü gənclərlə, düşünən beyinlərlə aşkar dialoqdan qaçmaqla özlərinin dağıdıcı və provokativ siyasi oriyentasiyalarını bir daha nümayiş etdirirlər. Bununla da növbəti dəfə isbat edilmiş olur ki, bu şəxslər yenə də öz təbliğatlarını birtərəfli qaydada yaydıqları informasiyalar (əslində, dezinformasiyalar-N.Q.) və onun əsasında qurduqları provokasiyalar vasitəsilə aparırlar. Əgər belə olmasaydı, onlar mövcud reallıqdan çıxış etsəydilər, məhz bu zaman ölkənin rasional təfəkkürlü, konkret reallıqdan çıxış edən şəxsləri ilə aşkar diloqdan çəkinməz və bunun baş tutmaması üçün ən müxtəlif metodlara əl atmazdılar. Deməli, bəhs edilən qüvvələrin başlıca məqsədi provokasiya vasitəsilə ölkədə ideoloji paradoksal situasiya yaratmaq və mövcud ictimai-siyasi sabitliyin əsaslarını sarsıtmaqdır. Bunu sübut edən növbəti arqument isə onların ermənilərlə fəal əməkdaşlıq etmələridir!
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

