Radikal müxalifət Azərbaycanda yenidən qarışıqlıq, xaos yaratmaq istəyir
17.03.2011 [10:13]
Azərbaycanın dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasında yer alması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun ildən-ilə daha da artması müasir dövrümüzün inkarolunmaz reallıqlarıdır. ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırıb, siyasi sabitlik gücləndirilib, beynəlxalq münasibətlər sistemindəki mövqeyimizi daha da möhkəmləndirib. Bu isə onu deməyə əsas verir ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanı hədəflərinə, böyük uğurlara doğru inamla aparır.
Azərbaycanı dağıdıcı hadisələrin yaşandığı ərəb ölkələri ilə müqayisə etmək əsla düzgün deyil
Lakin çox təəssüf ki, istər ölkə xaricində, istərsə də daxildə müxtəlif beynəlxalq maraq qruplarının tapşırıqlarını icra edən qüvvələr Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərdən narahatçılıq hissi keçirirlər və öz təxribatçı əməlləri ilə Azərbaycanın qarşısını kəsməyə çalışırlar. Xüsusilə, bir sıra ərəb ölkələrində baş verən dağıdıcı proseslərdən sonra bu yöndə cəhdlərin artdığı müşahidə olunur. O da başqa bir müzakirə mövzusudur ki, bu ölkələrdə baş verənlər Qərbdəki müəyyən dairələrin hazırlayıb icra etdiyi, sona qədər yönləndirdiyi ssenarinin tərkib elementləri idi və Misir, Tunis xalqları bu hadisələrdən heç nə qazanmadı. Əksinə, ölkənin milli sərvətləri talan edildi, cəmiyyətdə ciddi qarşıdurmalar yaşandı. Amma bəziləri hələ də bu reallığın fərqinə varmadan, Azərbaycanda da bu cür destruktiv olayların yaşanacağı, dövlətimizin iflic olacağı və bu yolla hakimiyyətə gələcəyi xəyalları ilə yaşayırlar.
Təbii ki, bu cür dağıdıcı proseslərin Azərbaycanda da təkrar oluna biləcəyini ehtimal etmək, bu yöndə proqnozlar vermək siyasi səbatsızlıqdan başqa bir şey deyil. Təkcə ona görə yox ki, Misir və Tunis kimi ərəb ölkələrini nə iqtisadi inkişaf, nə əhalinin sosial durumu, nə sabitlik, nə də beynəlxalq geosiyasi mövqeyi baxımından Azərbaycanla müqayisə etmək mümkün deyil. Yeri gəlmişkən, qeyd etməliyik ki, vətəndaşlarının gündə 2 dollara çalışdığı, aclıq, səfalət, işsizlik kimi halların hökm sürdüyü, demokratik azadlıqların tamamilə məhdudlaşdırıldığı həmin ölkələrlə Azərbaycandakı durumu müqayisə etmək əsla düzgün deyil və bu çox uğursuz paralellərdir. Həm də ona görə ki, bu gün Azərbaycanda siyasi sabitliyin pozulmasına yönəlmiş təxribatların istənilən nəticəni verməsi üçün, vətəndaşların ciddi narazılığına şərait yaradan səbəblər yoxdur. Əksinə, Azərbaycan xalqı, vətəndaşlarımız bugünkü iqtidarın fəaliyyətindən razıdır və öz əməlləri ilə bu razılığı ifadə edir. Bu da səbəbsiz deyil. çünki son illərdə ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində həqiqətən çox böyük inkişaf baş verib.
Azərbaycanda geniş vətəndaş azadlıqları, insan hüquqları, söz və məlumat azadlığı tam təmin olunub
Bu gün Azərbaycan dünyada ildən-ilə imkanlarını artıran, güclənən, dinamik inkişaf edən ölkə kimi xarakterizə olunur. Azərbaycanın müəllifi olduğu böyük iqtisadi layihələr təkcə ölkəmizin vətəndaşlarının deyil, bütöv bir regionun əhalisinin həyatını təmin edir, Azərbaycan sabitliyin və təhlükəsizliyin qarantı kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan son illər dinamik inkişaf edən, problemlərinin böyük əksəriyyətini qısa müddət ərzində həll etmiş ölkəyə çevrilib. Respublikamızda möhkəm sosial-iqtisadi tarazlıq mövcuddur və cəmiyyətdə demokratik təsisatların yüksək effektiv fəaliyyəti üçün hər cür şərait yaradılıb, onların funksionallığı tam təmin olunub. Azərbaycanda geniş vətəndaş azadlıqları, insan hüquqları, söz və məlumat azadlığı tam təmin olunub. Vətəndaşların bütün sosial-iqtisadi problemlərinin həllinə yönəlmiş proqramlar icra olunmaqdadır və artıq bunun real nəticələrini hər bir vətəndaş öz həyatında hiss edir.
Vətəndaşların əməkhaqları, pensiyalar, müxtəlif sosial müavinətlər davamlı şəkildə artırılır
Azərbaycan Ordusu hazırda regionun ən güclü ordusu kimi çıxış edir və Ordumuzun maddi-texniki təminat səviyyəsi çox yüksəkdir. Azərbaycanın bütün regionlarının inkişafı, qəsəbə, kəndlərimizdə yaşayan əhalinin yüksək sosial həyatının təmin olunması, onların problemlərinin həllinə nail olunması üçün dövlət proqramları uğurla icra olunmaqdadır. Bu çərçivədə son illərdə regionlarda böyük infrastruktur layihələri həyata keçirilib, yüz minlərlə yeni iş yerləri yaradılıb. Vətəndaşların əməkhaqları, pensiyalar, müxtəlif sosial müavinətlər davamlı şəkildə artırılır, insanların həyat səviyyəsi yüksəlir. Buna paralel olaraq, müxtəlif problemlərin, neqativ halların da aradan qaldırılmasına yönəlmiş tədbirlər reallaşdırılmaqdadır. O cümlədən, ölkəmizdə korrupsiya, rüşvətxorluq, inhisarçılıq, süründürməçilik kimi, hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə mövcud olan mənfi tendensiyaların aradan qaldırılması üçün dövlət tərəfindən ciddi iradə ortaya qoyulub və buna uyğun olaraq, təxirəsalınmaz, sərt tədbirlər görülməkdədir. Bu istiqamətdə aparılan barışmaz mübarizənin müsbət nəticələrini, gözlənilən effektini artıq vətəndaşlarımız öz həyatlarında hiss edirlər.
Bu gün Azərbaycanda vətəndaşlarımızın narazılığına səbəb olacaq, kütləvi aksiyalara rəvac verəcək heç bir mənfi hal yoxdur
Beləliklə də, bütün faktlar bir daha onu göstərir ki, bu gün Azərbaycanda vətəndaşlarımızın narazılığına səbəb olacaq, kütləvi aksiyalara rəvac verə biləcək heç bir mənfi hal yoxdur. Təbii ki, bütün vətəndaşlarımızın qəbul etdiyi bu gerçəkliyi radikal müxalifətin ştatlı liderləri də bilir və onların hakimiyyətə gəlmək perspektivlərinin, ümidlərinin üstündən birdəfəlik xətt çəkildiyini anlayırlar. Ona görə də, siyasi arenadakı mövcudluqlarını qorumaq, maddi və mənəvi dəstək almaq üçün xaricdəki bəzi anti-Azərbaycan dairələri ilə işbirliyini gücləndirirlər. Və buna görə də, xaricdən aldıqları təlimatları yerinə yetirmək üçün Azərbaycanda təxribatlar törətməyə, bu yolla da ölkəmizdəki sabitliyə, inkişaf prosesinə zərər vurmağa çalışırlar. Son zamanlar bu yöndəki cəhdləri daha açıq şəkildə müşahidə etməkdəyik. Müsavat, AXCP kimi fəaliyyətləri dövründə ölkəmizə qarşı imza atdıqları xəyanətlərlə özlərini siyasi arenadan tamamilə silən, vətəndaşlarımızın qınaq obyektinə çevrilən, sosial dayaqlarını, hətta ətraflarındakı beş-üç nəfər qohumlarını da tamamilə itirən müxalifət partiyaları həmişəki ənənələrinə sadiq qalaraq bu gün yenə də anti - Azərbaycan dairələrinin əlində alətə çevrilərək ölkəmizdə xaos vəziyyəti yaratmağa səy göstərirlər.
Xalqımız AXC-Müsavat hakimiyyətinin törətdiklərini heç vaxt unutmayacaq
Tam əminliklə söyləyə bilərik ki, onların bu arzuları da çin olmayacaq. Bunun da səbəbləri çoxdur. Əvvəla, Azərbaycanda artıq dağıdıcı inqilablar dövrü geridə qalıb və dövlət bütün problemlərini islahatlar, təkamül yolu ilə aradan qaldırır. İkincisi, qeyd etdiyimiz kimi, bu gün Azərbaycan iqtidarının həyata keçirdiyi siyasət dövlətimizin inkişafına, vətəndaşlarımızın maraqlarına, onların mənafelərinin qorunmasına xidmət edir və vətəndaşlarımız bunu dərk edirlər. Ona görə də, cəmiyyətimiz ciddi cəhdlə mövcud hakimiyyəti dəstəkləyir və dövlətin həyata keçirdiyi siyasətin fəal dəstəkçisi kimi çıxış edirlər. üçüncüsü, bu gün ölkəmizdə xaos yaratmağa, sabitliyi pozmağa çalışan AXCP, Müsavat kimi radikal siyasi təşkilatların fəaliyyətlərinin mahiyyəti və məqsədinə Azərbaycan xalqı bələddir və onların nə istədiklərinin hamı fərqindədir. Bəyəm, ötən əsrin 90-cı illərinin əvvəllərində bu qüvvələrin ölkədəki xaos və anarxiyadan, 20 Yanvar, Xocalı faciələrindən istifadə edərək hakimiyyəti silah gücü ilə ələ keçirməklərini, hakimiyyət başında olduqları dövrdə vətəndaşları aclıq, qıtlıq içində yaşamağa məcbur etdiklərini, ölkəni xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdiklərini, dövləti terror, təxribatlar yolu ilə idarə etdiklərini, vətəndaşları bir-birilərinə qarşı qoyduqlarını, dövlətin bütün sərvətlərini talan etmələrini, Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoyduqlarını kimsə unudub? Ya da müxalifətdə olduqları dövrlərdə xalqımıza qarşı xəyanətlərini, erməni kəşfiyyat orqanları ilə qurduqları işbirliklərini, xalqımızın əxlaq dəyərlərinə zidd olan davranışlarını, törətdikləri cinayət əməllərini unutmaq mümkün deyil. Belə olan halda, Əli Kərimlilərə, İsa Qəmbərlərə etimad göstərib onların arxasınca getmək birmənalı olaraq, mümkün deyil. Xalqımız bu insanların Azərbaycanı yenidən 90-cı illərin xaos vəziyyətinə sürükləmək, dövlətin möhkəm sütunlarını sarsıtmaq, hansı yolla olursa-olsun hakimiyyətə gəlmək niyyətlərindən xəbərdardır və ona görə də, bu qüvvələrə birdəfəlik yox deyib. Martın 11-də və 12-də müxalifətin mitinq adlandırdığı biabırçılıq da bunu bir daha təsdiq etdi.
Bu tip əməllər cinayət tərkiblidir və onu törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır
Bəli, bu gün xaricdən aldıqları tapşırıqlara uyğun olaraq, Azərbaycanda heç bir əsas olmadan mitinq, piket keçirmək istəyən, vətəndaşların təhlükəsizliyini, sabitliyi pozmağa cəhd edən qüvvələr yalnız bir məqsəd güdür: ölkəmizdə xaos yaratmaq, cəmiyyətin normal ritmini pozmaq və bu yolla Azərbaycanın sürətli inkişafına mane olmaq. Ona görə də, xalqımız bu insanları ölkəmizin parlaq gələcəyinə, inkişafına qarşı çıxan, dövlətimizi sevməyən antimilli-qüvvələr kimi dəyərləndirir, AXCP, Müsavat və bu kimi digər radikal qüvvələrin fəaliyyətini qeyri-qanuni hesab edir. Eyni zamanda, xalqımız bu tip hərəkətlərin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun araşdırılmasını və bu işdə günahkar olan, məsuliyyət daşıyan təxribatçıların məsuliyyətə cəlb olunmasını tələb edir. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu məsələlər kifayət qədər aydın təsbit olunub. Məcəllənin 220-ci maddəsinin 2-ci bəndində göstərilir ki, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə müvafiq olaraq üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin başqa bir maddəsində, 233-cü maddədə isə göstərilir ki, İctimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkiletmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmək şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Göründüyü kimi, radikal müxalifət hətta ölkə qanunlarını heçə saymaq yolu ilə olsa belə, ölkəmizdə vətəndaş sülhünə təhlükə törətməyə çalışırlar. Azərbaycan isə hüquqi dövlətdir və ölkədə bütün proseslər qanunlarla tənzimlənir. Ona görə də, hüquq mühafizə orqanları bu cür hüquqpozmalarına qarşı müvafiq tədbirlər görməli, bu cür təxribatçı əməllərin başında duran şəxsləri məsuliyyətə cəlb etməlidirlər.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

