YAP xalqın etimadını doğruldan partiyadır
17.03.2011 [10:13]
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının yaradılmasının 18-ci ili tamam olub. Dünən rayon təşkilatı bu münasibətlə tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. öncə Yeni Azərbaycan Partiyasının yaranmasından, fəaliyyətindən bəhs edən film nümayiş etdirilib və 18 yaşı tamam olmuş gənclərə partiyaya üzvlük vəsiqəsi təqdim olunub.
Tədbirdə çıxış edən rayon təşkilatın sədri, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov partiya üzvlərini ildönümü münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
A.Hüseynov bildirib ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın təsis yığıncağı keçiriləndən sonra bölgələrdə onun yerli strukturları formalaşdırılmağa başlayıb. Onun sözlərinə görə, təşkilatın sıralarının artmasının ciddi səbəbləri var: “Müqayisəolunmaz faktdır ki, YAP-ın bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan doğan dəstəyi dayanır. Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-a böyük etimad göstərir, inanır. Onu da vurğulamalıyıq ki, partiyamız da gördüyü işlərlə, üzərinə götürdüyü missiya ilə xalqın inamını doğruldub. Yeni Azərbaycan Partiyası Azərbaycanın və ümumiyyətlə, regionun ən böyük və güclü siyasi partiyası kimi daim inkişaf edir, müasir dünyanın təcrübələrini mənimsəyir”.
YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu YAP-ın böyük nailiyyətlər əldə etdiyini bildirib, dövlətçiliyin möhkəmləndirilməsində və Azərbaycanın regionda lider dövlətə çevrilməsində Ulu öndərin xidmətlərindən danışıb. Bildirilib ki, hər zaman xalqın rifahını nəzərə alaraq, çoxsaylı dövlət əhəmiyyətli proqramlar irəli sürən YAP xalqın yüksək etimadını qazanıb, 530 mindən çox üzvü ilə regionun ən güclü siyasi partiyasına çevrilib.
A.Hüseynov qeyd edib ki, 122 ilk təşkilatda 10 mindən çox üzvü birləşdirən YAP Qaradağ rayon təşkilatı partiyanın proqram vəzifələrinin həyata keçirilməsində, ölkəmizin sosial-iqtisadi inkişafında fəal iştirak edir. öz fəaliyyətində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsipləri rəhbər tutan təşkilat Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin həyata keçirilməsində yaxından iştirak edir.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaradılmasının 18 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Siyavuş Novruzov söyləyib ki, 18 il ərzində rayon təşkilatı böyük işlər görüb, çox hadisələrin şahidi olub: “Qeyd olunduğu kimi, kiçik bir otaqda yaradılmış YAP Qaradağ rayon təşkilatı qısa müddət ərzində sıralarını genişləndirərək, mütəşəkkil bir təşkilata çevrilib. Bu gün rayon təşkilatı öz sıralarında rayonun ictimai-siyasi həyatında aktiv iştirak edən 10 mindən artıq insanı birləşdirir. Əlbəttə ki, bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin ideyalarının dəstəklənməsinin göstəricisidir. Bu gün burada əyləşmiş bir çox insanlar ağır şəraitdə məsuliyyətli qərarlar qəbul edərək yaratdıqları bu rayon təşkilatının ölkəmizin inkişafı naminə nümayiş etdirdiyi fəaliyyətlə fəxr edə bilərlər”.
Siyavuş Novruzov söyləyib ki, YAP Qaradağ rayon təşkilatının digər rayon təşkilatlarından fərqləndirici cəhətləri də var: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz, Qaradağ rayonundan deputat seçilib, eyni zamanda, bir neçə qurultayda YAP Qaradağ rayon təşkilatı tərəfindən seçilmiş nümayəndə kimi, həmçinin, cənab Prezident İlham Əliyev sizlərlə birlikdə YAP Qaradağ rayon təşkilatının tədbirlərində də iştirak edib”.
İcra katibinin müavini sonda tədbir iştirakçılarını bir daha təbrik edərək, onlara uğurlar arzulayıb.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbirdə çıxış edərək, 18 yaşının tamam olması münasibətilə YAP Qaradağ rayon təşkilatının üzvlərini təbrik edib. O, qeyd edib ki, müstəqil dövlətimizin möhkəmləndirilməsində YAP fəallarının özünəməxsus rolu var: “Hazırda partiyamızın 530 mindən çox üzvü var. YAP nəinki bölgənin, eyni zamanda, dünyanın ən mütərəqqi, tanınmış siyasi partiyasıdır. Bu gün YAP bir çox ölkələrin nüfuzlu partiyaları ilə sıx əməkdaşlıq edir. Əldə edilən uğurlar YAP-ın nüfuzunu daha da artırır”.
Natiq bildirib ki, Ulu öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edib: “ümummilli liderin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın əsasını qoymuşdur”.
Hazırda Azərbaycanın dünyada bənzəri olmayan sürətlə inkişaf etdiyini vurğulayan Süleyman Mikayılov əsası Ulu öndər tərəfindən qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Digər çıxışçılar da xalqımızın YAP-ın Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bildiriblər.
Tədbirin sonunda media nümayəndələri də mükafatlandırılıblar.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59

