/ / İsa Qəmbər və Əli Kərimli xalqın iradəsinin əksinə olaraq, öz maraqlarını reallaşdırmaq və ölkədə xaos yaratmaq istəyirlər
İsa Qəmbər və Əli Kərimli xalqın iradəsinin əksinə olaraq, öz maraqlarını reallaşdırmaq və ölkədə xaos yaratmaq istəyirlər
05.04.2011 [09:35]
Bu, bir faktdır ki, bəşər tarixində ideal cəmiyyət olmayıb. Hər bir sosium milli mənafelərini qorumaqla, islahatlar həyata keçirməklə, təkamül yolu ilə inkişaf edib və nailiyyətlər qazanıb. Fransada pərvəriş tapmış radikalizm ideyası isə bu günə qədər hər hansı inkişaf etmiş cəmiyyət, heç fransızlar tərəfindən də qəbul edilməyib. çünki, daim hərəkətdə olan inkişaf tendensiyası cəmiyyətlərdə müəyyən vaxt çərçivəsində islahatlar keçirməyi labüdləşdirir. Lakin haqqında danışdığımız tərəqqi və inkişaf radikal, dağıdıcılıq metodlarını birmənalı şəkildə rədd edir. Bunu uzun inkişaf yolu keçmiş cəmiyyətlər də sübut edir. Belə ki, müstəqillik əldə edəndən sonra sabitlik tapmayan ABŞ cəmiyyəti yalnız 1814-cü ildə vətəndaş müharibəsindən sonra anladı ki, dağıdıcı prinsiplərlə inkişaf mümkün deyil. ötən 200 il ərzində ABŞ-ın əldə etdiyi nailiyyətlər isə bir daha sübut etdi ki, inkişaf və tərəqqi yalnız təkamül, islahatlar yolu ilə mümkündür.
Cəmiyyətimiz də təkamül yolu ilə inkişaf edən Azərbaycan istəyir
Məlum olduğu kimi, Azərbaycan cəmiyyətinin sosializm sistemindən bazar prinsipləri ilə idarə olunan kapitalist sosial-iqtisadi formasiya dövrünə qədəm qoymasından 20 il ötür. Bu müddət ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər bir neçə əsrlik tarixi olan bir sıra dövlətlərin uğurlarından daha böyükdür. Düzdür, bu gün Azərbaycanın bəzi problemləri var. Hazırda bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da korrupsiya, rüşvət halları, bəzi məmurların özbaşınalığı kimi problemlər mövcuddur. Amma dövlət güclü iradə ortaya qoyub və bütün bu neqativ hallara qarşı qəti tədbirlər görür. Dövlət başçısı dəfələrlə vətəndaşlarla görüşündə insanları dövlətlə birgə bu cür hallara qarşı mübarizəyə çağırıb.
Qeyd edək ki, ölkəmizdə həyata keçirilən tədbirlərin nəticəsi olaraq, korrupsiyaya yol vermiş, vəzifəsindən sui-istifadə etmiş bəzi vəzifəli şəxslər həbs olunub, istehlak malları üzərində inhisar yaratmağa və süni şəkildə bazarda qiymətləri qaldırmağa cəhd göstərənlərə qarşı cinayət işləri açılıb. Bütün bunlar isə vətəndaşların siyasi hakimiyyətlə birgə hərəkət etməsinin nəticəsidir. Məhz, bu nümunə bir daha onu nümayiş etdirir ki, insanlar islahatlarla, təkamül yolu ilə, sabit inkişaf edən Azərbaycan görmək istəyir. Amma dağıdıcı müxalifət Azərbaycan xalqının iradəsinin əksinə gedərək, inqilab istəyir. Radikal düşərgəyə yaxın olan müxalifət qəzetlərinin 3-5 nəfərin daşla mağaza şüşələrini sındırmasını “inqilab” aldandırıb manşetə çıxarması isə bir daha onların özlərinin ifşasını ortaya qoydu. Ona görə də, şəxsi maraqlarını xalqın mənafeyindən üstün tutan dağıdıcı müxalifət hər zaman insanların dəstəyindən məhrum olur.
Radikal müxalifətin cəmiyyətimiz tərəfindən qəbul edilməməsi də səbəbsiz deyil. çünki, müstəqilliyimizin ilk illərində radikal dəyişikliklər vəd edən indiki dağıdıcı müxalifətin təmsilçiləri hakimiyyətdə olduqları dövrdə xalqımıza sosial səfalət, iqtisadi gerilik, xaos, anarxiya və vətəndaş müharibəsi verdilər. İnsanlardakı həmin dövrün acı düşüncələrin Azərbaycanın bugünkü inkişafı fonunda müsbətə doğru dəyişdiyi bir vaxtda isə dağıdıcı müxalifət yenidən xaos, anarxiya yaratmağa çalışır. Lakin hələ 1993-cü ildə təkamül yolu ilə inkişafa dəstək vermiş Azərbaycan xalqı, məhz, göstərilən səbəblər ucbatından radikalizmi rədd edir.
Qərb dünyası da inkişaf etmiş və demokratik Azərbaycanı dəstəkləyir
Azərbaycanın islahatlar yolu ilə inkişafını, eyni zamanda, Qərb dünyası da dəstəkləyir. Qərb dövlətləri Cənubi Qafqaz və Xəzər hövzəsi bölgəsində ən yaxın tərəfdaşı kimi Azərbaycanı görür. Onlar Azərbaycanın beynəlxalq təhlükəsizliklə bağlı bir çox layihələrdə iştirakını alqışlayır və bunu yüksək qiymətləndirirlər.
Düzdür, bəzən Qərb institutlarından bəziləri hansısa məqsəd naminə qərəzli hesabat dərc edən kimi, dağıdıcı müxalifət antitəbliğata başlayır. Onlar ictimaiyyətə belə bir fikri sırımaq istəyirlər ki, guya Qərb dövlətləri müxalifəti dəstəkləyir. Əslində isə, Qərb dövlətləri Azərbaycanda hansı siyasi qüvvənin daha çox sosial dəstəyə və gücə malik olduğunu yaxşı görür. Daha da konkretləşdirsək, Qərb dövlətləri birmənalı olaraq Azərbaycanda demokratiyanın güclənməsinə təsir edən siyasi təşkilat kimi Sədri Prezident İlham Əliyev olan Yeni Azərbaycan Partiyası ilə işləmək istəyirlər.
Avrasiya geosiyasi məkanının siyasi təşkilatları yalnız YAP-la əməkdaşlığa üstünlük verir
Daha dəqiq desək, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinə nəzər yetirdikdə bəlli olur ki, dünyanın ən nüfuzlu siyasi təşkilatları və partiyaları hansı qüvvə ilə əməkdaşlıq etmək istəyir. Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Hindistan, çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdən bəri sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır. YAP 51 ölkənin təmsil olunduğu siyasi partiyaların “Asiya siyasi partiyaları Beynəlxalq Konfransı” (İCAPP) Daimi Komitəsinin üzvüdür. Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan sağ partiyalarını özündə birləşdirən və Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bundan başqa, YAP-la Almaniyanın Xristian Demokrat Birliyi, eləcə də, nüfuzlu Konrad Adenuer Fondu (KAF) arasında birgə layihələr həyata keçirilir. Bütün bunlar isə bir daha onu sübut edir ki, Qərbin əməkdaşlıq etmək üçün üstünlük verdiyi YAP-ın artan nüfuzu fonunda radikal müxalifət partiyaları nəinki, Azərbaycan cəmiyyətinin, hətta beynəlxalq siyasi təşkilatların dəstəyindən məhrum olub.
Dağıdıcılar yalnız ermənilərlə memorandum imzalayır və onlardan dəstək gözləyir
Beləliklə, həm daxildə, həm də xaricdə dəstək ala bilməyən müxalifət çıxış yolunu Azərbaycanın düşməni olan ermənilərlə və onlara yaxın siyasi qruplaşmalarla əməkdaşlıq əlaqələri qurmaqda görür. Hər kəs bilir ki, hələ parlament seçkiləri öncəsi Əli Kərimli hakimiyyətə gəlmək üçün qərəzli dairələrlə yaxından təmaslar qurmaq və dəstək almaq üçün ciddi-cəhdlə çalışırdı. O, hakimiyyətə gəlmək üçün dəstək göstərilməsi müqabilində ciddi vədlər də verirdi. Həmin dairələrin ölkəmizdə maraqlarının təmin olunacağını vəd edən Əli Kərimli Azərbaycanın Dağlıq Qarabağ məsələsində istənilən güzəştə gedəcəyi öhdəliyini də üzərinə götürmüşdü.
Bu cür xəyanətkar sövdələşməyə qoşulanların sırasında Müsavat partiyasının sədri İsa Qəmbər də var idi. Yəni, bir neçə ay öncə Almaniyanın Potsdam şəhərində Azərbaycan, Ermənistan və Gürcüstanın siyasi partiyaları arasında birgə bəyannamə imzalanmışdı. Sənədə Müsavat partiyasının sədri İsa Qəmbər, Erməni ümummilli Hərəkatının sədri Aram Manukyan və Gürcüstan Respublikaçı partiyasının sədri David Usupaşvili imza atmışdılar. Tərəflər Cənubi Qafqazda münaqişələrin dinc yolla nizamlanmasına dair üzərlərinə öhdəlik götürmüşdülər. Məhz, həmin sənəddə isə Dağlıq Qarabağ münaqişəsi və ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Azərbaycanın maraqlarına zidd digər məsələlər də öz əksini tapmışdı.
İsa Qəmbər və Əli Kərimli heç vaxt xalqın dəstəyini ala bilməyəcək
Bir sözlə, görünən odur ki, İsa Qəmbər və Əli Kərimli xalqın iradəsinin əksinə olaraq, öz maraqlarını reallaşdırmaq və ölkədə xaos yaratmaq istəyirlər. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytına verdiyi müsahibəsində bildirib ki, Azərbaycan müxalifətinin hazırkı hərəkətləri ilə bağlı nə daxildən sosial sifariş, nə də xaricdən bu işi yönəldən, müxalifətin arxasında duran mərkəzləşmiş qüvvələr, hazır ssenarilər var: “Sadəcə olaraq görürlər ki, haradasa nəsə olur, belə qərara gəlirlər ki, biz yubandıq, nəsə etməliyik. Xarici ölkələrdə nəsə baş verəndə müxalifət hər dəfə onu Azərbaycanda tətbiq etmək istəyir, bunu təqlid etməyə çalışır. Bunlar bir vaxtlar gürcü olmaq istədilər, alınmadı, sonra ukraynalı, qırğız olmağa çalışdılar, o da alınmadı. İndi isə ərəb olmaq fikrinə düşüblər. Bütün bunlar Azərbaycan müxalifətinin nə qədər miskin vəziyyətdə olduğunu göstərir”.
Bu səbəbdən də, İsa Qəmbər və Əli Kərimli heç vaxt xalqın dəstəyini ala bilməyəcək.
Məlum olduğu kimi, aprel ayının 2-də dağıdıcı müxalifət nümayəndələri şəhərin mərkəzində yenidən mitinq keçirməyə cəhd göstərdilər. İnsanların gediş-gəlişinin daha çox olduğu, Fəvvarələr meydanına heç 300 nəfərdən artıq tərəfdar toplaya bilməyən dağıdıcı müxalifət bir daha anladı ki, onların Azərbaycan cəmiyyətində sosial dəstəyi və yeri yoxdur. Bu vəziyyət bir daha onlara anlatdı ki, cəmiyyətimiz inqilablara və radikalizmə “yox” deyir, təkamül yolu ilə inkişaf edən Azərbaycan istəyir. Mitinqi təşkil edən dağıdıcıların rəhbərlərinin - İsa Qəmbərin və Əli Kərimlinin isə meydanda olmaması onların şou və fiksiya ilə məşğul olduqlarını nümayiş etdirdi. İctimai etiraz və nifrətlə qarşılanan bu dəfəki mitinqin utandırıcı aqibətindən sonra dağıdıcı müxalifət yəqin ki, “ştatnı tərəfdarlar”ı tərəfindən də boykot ediləcək.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxAnalitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16

