Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Ermənistan Dağlıq Qarabağın beynəlxalq müstəvidə tanınması üçün heç bir addım atmayıb, atmayacaq da..."

"Ermənistan Dağlıq Qarabağın beynəlxalq müstəvidə tanınması üçün heç bir addım atmayıb, atmayacaq da..."

02.04.2011 [12:14]

“Xankəndi Azərbaycan ərazisi, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan ərazisinə istənilən beynəlxalq aviareys, ilk növbədə, Azərbaycan hökumətinin, Azərbaycanın müvafiq qurumlarının və beynəlxalq aviaşirkətlərin razılığı ilə həyata keçirilə bilər. Belə bir razılıq isə yoxdur”. Bunu APA-ya açıqlamasında Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Xankəndidə aeroportun açılması və Ermənistan prezidenti Serj Sarkisyanın da bu aeroportun ilk reysinin sərnişini olacağı ilə bağlı söylədiyi fikrə münasibət bildirirkən deyib.
E.Aslanov bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi daim sezilir: “Bu da ondan ibarətdir ki, Ermənistan prezidenti regionda sülh və sabitliyin yaranması üçün deyil, bilavasitə hazırkı “status-kvo”nun saxlanmasına yönəlmiş müxtəlif bəyanatlar verməklə, addımlar atmaqla məşğuldur”.
E.Aslanov onu da əlavə edib ki, Ermənistan Dağlıq Qarabağın beynəlxalq müstəvidə tanınması üçün heç bir addım atmayıb, atmayacaq da: “çünki Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, bütün dünya tərəfindən tanınır”.

Paylaş:
Baxılıb: 862 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30