Tələblər də, şüarlar da dəyişib
16.12.2022 [10:49]
Vüqar Zifəroğlu: Bu gün İran iqtisadiyyatı adlı məfhum demək olar ki, yoxdur
Sentyabrın 16-da İranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi əhalinin gərginləşməsinə, davamlı etiraz aksiyalarının başladılmasına səbəb oldu. SEPAH dəstələrinin özbaşınalığına etirazdan qaynaqlanan aksiyalar artıq 3 aydır ki, davam edir. Ötən dövr ərzində İran hökuməti etirazçıların istəklərini dinləməkdənsə, dəyənək gücündən istifadə etməyə üstünlük verir. Bu işdə isə hökumətin ən yaxın “xidmətçisi” İran İslam İnqilabı Keşikçilər Korpusu, başqa adla SEPAH-dır. Məhz SEPAH şəhər və bölgələrdə insanlara qarşı görünməz vəhşiliklər törədir, divan tutur, işgəncələr verir, günahsız insanların ölümünə səbəb olur. Eyni zamanda, xalqın tələblərini dinləməyən rejim özünün ritorikasında da sərt ifadələrə üstünlük verir.
İranda baş verən proseslərlə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, proseslər gənc Məhsa Əmininin baş örtüyü ilə bağlı fiziki zorakılığa məruz qalması və nəticədə həyatını itirməsi ilə bağlı başladığı üçün ilkin mərhələdə əsasən gənc auditoriyanı əhatə edirdi. Həmin dövrdə irəli sürülən əsas tələblər də məhz baş örtüyü, qadın hüquqları, insan hüquqları, əxlaq polisinin özbaşnalıqları ilə bağlı idi: “Artıq üç aydır ki, davam edən prosesə diqqət yetirsək, ötən dövr ərzində hərəkatın gedişatında 4 mərhələdən ibarət dəyişikliklərin baş verdiyini görərik. İlkin mərhələdə tələblər baş örtüyü, uşaq hüquqları, qadın hüquqları, insan hüquqları, əxlaq polisinin özbaşınalıqları ilə bağlı idisə, təxminən etirazların 15-ci günündən sonra proses dəyişdi. Artıq etirazlarda mövcud rejimin dini, siyasi, hətta ideoloji atributları hədəfə alındı. Məsələn, ali ruhani idarənin müxtəlif təmsilçilərinin portretləri yandırıldı, Qasım Süleymanin heykəli yandırıldı. Hətta bayraqların yandırılmasının şahidi olduq. Artıq mübarizə daha fərqli müstəviyə keçməyə başladı. Etirazların bir ayı tamam olduqda isə 3-cü mərhələ üzə çıxdı - bu mərhələ daha konkret və ciddi siyasi tələblərlə müşahidə olundu. Artıq ayrı-ayrı vilayətlərdə milli hökumət, muxtariyyət və ya müstəqillik kimi vacib, ciddi tələblərin irəli sürüldüyünü gördük. Üçüncü mərhələnin özündən əvvəlki mərhələlərdən əsas fərqi bütövlükdə milli hüquqlar məsələsinin önə çıxarılması idi. Digər mühüm irəliləyiş etirazların demək olar ki, İranın bütün böyük vilayətlərini, iri şəhərlərini əhatə etməsi idi. Təxminən ay yarımdan sonrakı dövrdə isə biz sonuncu, dördüncü mərhələnin şahidi olduq. Bu isə artıq kəskin qarşıdurmaların, hətta zaman-zaman silahlı toqquşmaların yaşanması ilə müşayiət olunur. Artıq etirazçılarla hökumət qüvvələri arasında ciddi qarşıdurmalar, hətta silahlı toqquşmalar da yaşanır”.
V.Zifəroğlu bildirib ki, İranda baş verən etirazlar ilk gündən beynəlxalq aləmin diqqətini özünə cəlb etdi. Prosesin davamında isə bu diqqətin daha da artması etirazların miqyasının böyüməsindən irəli gəlirdi. “Bununla bağlı beynəlxalq təşkilatlar müzakirələr apardılar, müəyyən sənədlər, qətnamələr qəbul edildi, ayrı-ayrı ölkələrin məsələ ilə bağlı konkret mövqeləri ortaya qoyuldu. Hətta xaricdə yaşayan keçmiş İran vətəndaşları Avropanın mərkəzi şəhərlərində etiraz aksiyaları keçirdilər və bu etirazlar hələ də davam etməkdədir”, - deyən ekspertin fikrincə, İranda baş verənlər təsadüfi sayıla bilməzdi. Bu etirazların kökündə xalqın illərdir yığılmış narazılıqları dayanır. Onun sözlərinə görə, etirazların yaranma səbəbi də 3 əsas faktorla qiymətləndirilməlidir: “İlk faktor sırf daxili idarəetmədəki qüsurlarla bağlıdır. Problemlər, sosial, iqtisadi çətinliklər etirazları davamlı etdi. İkinci səbəb isə etirazlarla bağlı Tehran rəsmilərinin sərt ritorikadan istifadə etməsi oldu. Hədələrlə danışmaq, sonrakı mərhələlərdə kütləvi həbslərə əl atmaq, hətta edam hökmlərinin çıxarılması etirazların daha da güclənməsini şərtləndirdi. Bu kimi amillər insanlara təsir edir və insanları daha da radikallaşdırır. Üçüncü səbəb isə xarici təsirlərlə bağlıdır ki, bunu inkar etmək olmaz”.
Ekspert onu da qeyd edib ki, İranda baş verən etirazların əsas səbəbi mövcud siyasi idarəetmə, eyni zamanda iqtisadi problemlərdir. O ki qaldı xarici təsirlərə, bunu da inkar etmək olmaz. “ABŞ-ın və İranın Vyana müqaviləsindən çıxmasının ardından Qərb İrana qarşı 4 istiqamətdə həmlələr etdi. Birinci istiqamət sanksiyaların miqyasının maksimum dərəcədə böyüdülməsi, bu sanksiyalara başqa ölkələrin də qoşulmasının təmin və təşviq edilməsi idi. Bu həmlə üzrə kifayət qədər ciddi irəliləyişlər əldə edildi. Bu gün İran iqtisadiyyatı adlı məfhum demək olar ki, yoxdur. Oradakı iqtisadi gərginliklər, dərman və ərzaq çatışmazlığı, sosial problemlər heç kimə sirr deyil. İkinci istiqamət İranın yaxın Şərqdə ərəb baharından sonra İraqın, Suriyanın, Yəmənin və Livanın timsalında öz oxu ətrafında formalaşdırmağa müvəffəq olduğu məzhəb hilalını dağıtmaq idi. Son 5-6 ayda baş verən proseslərə diqqət etsək görərik ki, bu həmlələr də öz nəticələrini verir. Yay dövründə İraqda baş verən proseslər bunu özündə əks etdirir. Eyni zamanda Suriyada, Livanda və Yəməndə gedən prosesləri görürük. İranın yaxın şərqdə təsiri altında saxladığı nöqtələrdən sıxışdırılıb çıxarılmasının şahidi oluruq. Üçüncü həmlə İranın siyasi təcridini təşkil etmək idi. Dördüncü həmlə isə İranın daxilində mövcud olan etnik, dini, məzhəb, milli problemlər üzərindən daxildə müxtəlif çaxnaşmalar yaratmaq idi. Təbii ki, bu etirazlarda marağı olan kifayət qədər qüvvələr var. Amma etirazları bu maraqlar yaratmayıb. Sadəcə olaraq müxtəlif xalqlara dəstək verən qüvvələr var və bu da təbii haldır. Tehran rejimi zamanında etnik, məzhəb problemlərini həll etməliydi”, - deyən V.Zifəroğlu əlavə edib ki, Tehran rejimini son etiraz aksiyalarına görə sərt tənqid edən, bəlucların milli hüquqlarının pozulduğunu bildirən sünni din xadimi Mövləvi Əbdülvahid Riqini dekabrın 9-da oğurlanaraq qətlə yetirilib. Bu məqamlar kompleks şəkildə İranın daxilindəki proseslərin alovlanmasına səbəb olan amillərdir. Tehran isə ritorikanı qızışdırır. Xarici məsələ ilə bağlı bəyanatında yenə də səhv ritoriikanı seçir. Bütün bunlar isə proseslərin daha da alovlanmasına səbəb olur: “Və ya aksiyalarda həbs olunanların edam edilməsi doğru addım sayıla bilməz. Qarşıdakı mərhələdə etirazların azalmasının və ya artmasının şahidi olacağıq. Amma bu, birmənalıdır ki, etirazlar davam edəcək. Əxlaq polisinin ləğvi isə etirazların səngiməsi üçün səbəb sayıla bilməz. Çünki tələblər, şüarlar dəyişib, xalqın gözləntiləri, millətlərin istəkləri dəyişib”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

