Müxalifət partiyalarının sıralarından çıxanların sayı getdikcə artır
07.04.2011 [09:50]
Xəbər verdiyimiz kimi, 2 aprel tarixində ölkədə qarışıqlıq yaratmaq məqsədilə icazəsiz mitinq keçirməyə cəhd göstərmiş dağıdıcı müxalifət partiyalarının liderlərinin qanunsuz əməllərinə etiraz olaraq, həmin siyasi təşkilatların üzvləri kütləvi şəkildə istefa verməyə başlayıblar. Davamlı olacağı əvvəlcədən də gözlənilən istefa dalğaları çərçivəsində aprel ayının 5-də 400 nəfərə yaxın Müsavat və AXCP üzvləri etiraz bəyanatı yayaraq, bu partiyaların sıralarını tərk ediblər. Dünən də kütləvi şəkildə sözügedən müxalifət partiyalarının sıralarını tərketmə prosesi müşahidə olunub.
Qeyd edək ki, SİA-nın radikal müxalifət partiyalarından istefalarla bağlı apardığı araşdırma nəticəsində bəlli olub ki, aprelin 6-da müxalifət partiyalarının Bakı şəhərində sabitliyi pozmaq, qarşıdurma yaratmaq, ictimai həyatı iflic vəziyyətə salmaq cəhdlərinə etiraz olaraq daha 288 nəfər Müsavat, AXCP, AMİP, KXCP, ümid, ALP, ADP və Xalq partiyasının sıralarını tərk etdikləri barədə bəyanat veriblər. ümumilikdə, aprelin 5-6-da bu partiyaların sırasını 679 nəfər tərk edib. Müxalifət partiyalarının Goranboy, Ağsu, Ağcabədi, Cəbrayıl, Hacıqabul, Neftçala, Laçın, Kürdəmir, Saatlı, Sabirabad, Şirvan, Lerik, Zərdab, Ucar, Tərtər, Şəki, Qax, Bərdə, Suraxanı rayon təşkilatlarında istefa halları isə daha kütləvi xarakter daşıyıb. Müsavat, AXCP və AMİP-in sıralarını tərk edən partiya üzvlərinin sayı daha çox olub. Belə ki, AXCP-nin 274, Müsavatın 217 və AMİP-in 108 üzvü fəaliyyətlərini bu partiyaların sıralarında davam etdirə bilməyəcəklərini bəyan ediblər.
Belə getsə, Müsavat partiyasında başqan və müavindən başqa heç kim qalmayacaq...
Aprel ayının 6-da redaksiyamıza daxil olmuş məlumata görə, Müsavat partiyasının Tərtər rayonundan olan 10 üzvü - Ənvər Hüseynov, Nadir Məmmədov, Elnur Nəsibov, Elman Xəlilov, Saleh Haqverdiyev, Namiq Məmmədov, Elşad Təhməzov, Natiq Quliyev, İsa Vəliyev və Ramiz Ağayev adıçəkilən partiyanın sıralarını tərk etmələri ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda qeyd edilib ki, Müsavat partiyası siyasi mübarizə aparmağa qadir deyil. Bu partiya dövlətçilik və xalq əleyhinə mövqe tutmaqla, dövlət çevrilişinə cəhd edir. Partiyadan istefa verənlər həmkarlarından da tezliklə bu partiyanın sıralarını tərk etməyə çağırıblar. Bəyanatda deyilir: “Biz Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirik. çünki, Azərbaycanın sürətli inkişafından, beynəlxalq aləmdə nüfuzunun artmasından təkcə xarici düşmənlərimiz deyil, “sapı özümüzdən olan baltalar”, yəni, daxili düşmənlərimiz də narahatdır”.
Bəyanatda daha sonra deyilir: “Biz Müsavat Partiyasının üzvləri respublikamızın sürətli inkişafına kölgə salmağa, ölkədə siyasi sabitliyi pozmağa çalışdıqlarına görə həmin partiyadan istefa verib, Yeni Azərbaycan Partiyasının sıralarına keçirik”.
Bununla yanaşı, Müsavat partiyasının üzvləri Gədəbəy rayonu çalburun kənd sakini Quliyev Bağman Məcid oğlu və Gədəbəy rayonu İnəkboğan kənd sakini Vəliyev Natiq Nazim oğlu da qəzetimizə müraciət ünvanlayaraq bildiriblər ki, onlar artıq Müsavat partiyasının üzvü olmaq istəmirlər.
Quliyev Bağmanın müraciətində deyilir: “Aprelin 2-də Bakı şəhərində radikal müxalifət partiyaları keçirdikləri qanunsuz aksiya zamanı əhaliyə vurduqları ziyana, törətdikləri ixtişaşa görə məndə həmin partiyalara qarşı nifrət hissi oyandı. Bu gündən mən bu partiya sıralarında qala bilmərəm və həmin partiyanın sıralarında olan digər insanları da bu yoldan çəkinməyə çağırıram. Bu gündən YAP-nın sıralarında olmaq arzusundayam”.
Vəliyev Natiq isə qeyd edib ki, Azərbaycan xalqına radikal müxalifətin məramı, məqsədi yaxşı məlumdur: “Onların məqsədi yalnız qarşıdurma yaratmaq və nəticə etibarı ilə beynəlxalq aləmdə ölkəmizin imicinə zərər vurmağa nail olmaqdır. Mən onların əhalini vətəndaş qarşıdurmasına sürükləyən hərəkətlərinə nifrət edərək, bu gündən etibarən bu partiya sıralarında qalmaq istəmirəm və partiya yoldaşlarımı da bu arzuda olmağa çağırıram”.
AXCP-dən çıxanlar da YAP-a üz tuturlar...
Qeyd edək ki, sıraları seyrələn dağıdıcı müxalifət partiyalarından biri də sədri Əli Kərimli olan AXCP-dir. Həmin partiyanın artıq keçmiş üzvləri Əli Kərimlinin qanunsuz, antimilli əməllərinə etiraz olaraq, bu siyasi təşkilatın üzvlüyündən imtina edirlər.
Belə ki, AXCP-nin keçmiş üzvləri Gədəbəy rayonu Kiçik Qaramurad kənd sakini Qasımov Etibar Zeynalabdin oğlu və Gədəbəy rayonu Arabaçı kənd sakini Əliyev Səfər Şəmşəd oğlu Əli Kərimlinin dövlətçiliyə qarşı yönəlmiş fəaliyyətinə etiraz olaraq, bəyanat yayaraq, partiyanın sıralarını tərk ediblər.
Etibar Qasımov bəyanatında bildirib: “Bakı şəhərində keçirilən qanunsuz aksiyada əhaliyə vurulan ziyana, törətdikləri iğtişaşa görə partiyamıza qarşı məndə nifrət hissi oyandı. Anladım ki, mən düzgün yolda deyiləm və bu partiya sıralarında qala bilmərəm. Bu gündən bu partiyanın sıralarından çıxıram və Yeni Azərbaycan Partiyasının sıralarına keçmək arzusundayam”.
Səfər Əliyev isə vurğulayıb ki, radikal müxalifətin daim ölkə daxilində sabitliyi pozmaq, vətəndaş qarşıdurması yaratmaq, ölkəni uçuruma sürükləmək məqsədini güddüyü hər kəsə bəllidir: “Aprelin 2-də Bakı şəhərində radikal müxalifətin keçirdiyi qanunsuz aksiyalarda onların əhaliyə vurduqları ziyan bir daha bunu təsdiq edir. Bu gündən mən bu partiya sıralarında qala bilmərəm və bu səbəbdən xalqımızın etimadını doğrultmuş YAP-ın sıralarında olmağımı arzu edirəm”.
Sıraları seyrələnlər arasında KXCP və ALP də var...
2 aprel tarixli məlum hadisələrlə əlaqədar Şamaxı rayonu sakinləri Ramiz Nehmətov və Azər Osmanov Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP), Elsevər Kərimov və Ceyhun Əliyev isə Azərbaycan Liberal Partiyasından (ALP) istefa veriblər. A.Osmanov bununla bağlı verdiyi bəyanatında bir qrup müxalif qüvvələrin ölkədə sabitliyi pozmağa çalışdığını vurğulayıb.
2 aprel hadisələrindən təəssüf hissi keçirdiyini söyləyən A.Osmanov Azərbaycandakı sosial-iqtisadi inkişafın göz qabağında olduğunu qeyd edib: “Bütün problemlər ildən-ilə aradan qaldırılır. Hamımızın amalı Dağlıq Qarabağın azad olunması məsələsi ətrafında birləşməkdir. Lakin bir qrup müxalif qüvvə əhali arasında çaxnaşma yaratmağa çalışır. Mən bütün müxalif qüvvələrin 2 aprel hərəkətlərini pisləyirəm və üzvü olduğum Klassik Xalq Cəbhəsi Partiyasından imtina edirəm”.
KXCP-dən istefa verən Ramiz Nehmətov da bununla bağlı verdiyi bəyanatında qeyd edib ki, “İctimai Palata” adı altında toplanan qüvvələrin 2 aprel tarixli əməllərindən qəzəblənib və bu hərəkətləri törədənlərə ar olsun deyirəm”.
“Onlar bu hərəkəti ermənilərə qarşı etsəydilər, mən də onlarla bir yerdə olardım” yazan C.Əliyev isə bəyanatında bildirib ki, xalq malına ziyan vurmaq düşmən dəyirmanına su tökməkdir: “Bu hərəkətlərə görə öz liderim Lalə Şövkət başda olmaqla İsa Qəmbərə, Əli Kərimliyə ar olsun deyirəm. Onların bu iyrənc siyasətlərinə etiraz olaraq üzvü olduğum Liberal Partiyasından istefa edirəm”.
E.Kərimov isə bəyanatında “radikal müxalifətin başında olan Əli Kərimli, Əvəz Teymurxan, İsa Qəmbər və başqalarının bu hərəkətlərini pisləyirəm və onlara ar olsun deyirəm”, - deyə söyləyib.
Zərdab rayonunda da bir qrup müxalifətçi istefa verib...
Radikal müxalifət düşərgəsinə məxsus partiyaların 11-12 mart və 2 aprel tarixlərində Bakı şəhərində keçirmək istədikləri qanunsuz aksiyalar Zərdab rayonunda da etirazla qarşılanıb. Belə ki, rayonda 19 nəfər üzvü olduqları müxalifət partiyalarından istefa veriblər. Onlar birgə bəyanat verərək radikal müxalifətin cəmiyyət daxilində pozucu fəaliyyətini qətiyyətlə pislədiklərini bildiriblər. İstefa verənlərin əksəriyyəti, yəni, 11 nəfəri AXCP, 5-i Müsavat, 3-ü isə AMİP-in üzvləri idi.
Dağıdıcılara daha nə lazımdır ki, onlara dərs olsun?
Bir sözlə, iki gün ərzində Azərbaycanda xaos və anarxiya arzulayan dağıdıcı müxalifət partiyalarından 700 nəfərə yaxın insan istefa verib. Onlar bəyanat yayaraq, açıq-aşkar bildiriblər ki, dövlətçiliyə və xalqa qarşı çevrilmiş əməllərlə məşğul olan bu partiyaların üzvləri olmaq istəmirlər. Müxalifət partiyalarının sıralarını tərk edən insanlar milli maraqlar və xalq naminə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmaq arzusundadırlar. Etirazçı eks-müxalifətçilər digər keçmiş partiyadaşlarını da bu yolu seçməyə çağırırlar.
Bundan sonra Əli Kərimli və İsa Qəmbər kimi dağıdıcı müxalifətçilərə daha nə lazımdır ki, onlara dərs olsun?..
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

