Bakının şəhərətrafı qəsəbələri yeni inkişaf mərhələsinə qədəm qoyur
08.04.2011 [10:38]
Bakının şəhərətrafı qəsəbələrinin inkişaf etdirilməsi, bütün növ ən modern texnologiyalarla təmin edilməsi ilə bağlı tədbirlər yeni mərhələyə qədəm qoyub. Məlum olduğu kimi, Prezident İlham Əliyev paytaxtın kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı vəziyyətə dair martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirərək müvafiq tapşırıq və tövsiyələrini verib. Həmin tapşırıqların ilkin icra vəziyyəti ilə tanış olmaq və qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün isə dövlət başçısı davamlı olaraq paytaxtın qəsəbə və kəndlərinə səfərlər etməkdədir. Sabunçu, Suraxanı, Xətai, Nizami, Qaradağ rayonlarının bir sıra kənd və qəsəbələrində olan Prezident İlham Əliyev burada yol-nəqliyyat infrastrukturunun, energetika şəbəkəsinin, qaz təsərrüfatının, istilik sisteminin, kanalizasiya qurğularının, digər sosial infrastruktur və kommunal sahələrin vəziyyəti ilə tanış olub.
Məlum olduğu kimi, Bakı kəndlərinin əsas problemləri kommunal və sosial infrastruktur sahələri ilə bağlıdır. Yəni, həmin təminat sahələrində yenidənqurma və bərpa işlərinin aparılması, yeni dövrün tələblərinə uyğun olaraq müasir sosial infrastruktur obyektlərinin yaradılması, qabaqcıl texnoloji avadanlıqlarla təmin edilməsi günün əsas tələblərindəndir. Dövlət başçısı da məhz bu problemləri operativ şəkildə həll etmək üçün lazım olan bütün tədbirlərin görülməsinə dair göstərişlər verib. Artıq Bakının bütün rayonlarında qeyd olunan sahələr üzrə əsaslı şəkildə təmir-bərpa, yenidənqurma işlərinə start verilib. Onu da qeyd edək ki, indiyədək görülmüş işlər sayəsində paytaxt qəsəbələrinin inzibati ərazilərindəki kommunikasiyalar əsaslı şəkildə təmir olunub, bu ərazilərdəki park və mədəniyyət mərkəzlərinin böyük əksəriyyəti ən müasir üslubda inşa edilərək, insanların istifadəsinə verilib. Bu gün Azərbaycanın şəhərləri ilə yanaşı, qəsəbələrin, küçə və prospektlərin mənzərəsi dəyişməkdədir. Park və xiyabanlarda həyata keçirilən yenidənqurma və abadlıq işləri, mədəni obyektlərin, sosial infrastrukturun yenidən qurulması sürətlə davam etdirilməkdədir. Bütün rayon mərkəzləri, qəsəbələr tanınmaz dərəcədə gözəlləşir və abadlaşır.
Prezidentin qəsəbə və kəndlərə səfərləri ölkə vətəndaşlarının sosial vəziyyəti, onların arzu və istəkləri, qayğıları ilə tanış olmaq baxımından mühüm fayda verir. Prezident hər bir vətəndaşla, sosial təbəqənin üzvü ilə birbaşa sıx ünsiyyət quraraq onların hər bir probleminə həssas yanaşır, çatışmazlıqların aradan qaldırılması yollarını müzakirə edir, lazımi tövsiyələrini verir. Cəmiyyətin hər bir təbəqəsinin sosial şəraiti ilə maraqlanan, açıq fikir mübadiləsi yürüdən dövlət başçısının bu addımları insanlara olan səmimiyyətinin, doğma münasibətinin, vətəndaşların hər bir istək və arzusunun yerinə yetirilməsi üçün bütün səylərini əsirgəmədiyinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin mütəmadi olaraq davamlı xarakter alan bu səfərləri Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən edilməsini və həyata keçirilməsini təmin edir. Azərbaycanın dövlət başçısı istər Bakı kəndləri olsun, istərsə də regionlardakı kənd və qəsəbələr, ölkənin hər bir yaşayış məntəqəsinin sosial infrastrukturunun yaxşılaşdırılması, abadlaşdırılması üçün tələb olunan maliyyə vəsaitlərinin ayrılmasını təmin edir. Bütün ölkə üzrə aparılan yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclərlə yanaşı, Prezidentin Ehtiyat Fondundan əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına, firavan yaşamasına, hər bir kommunal vasitələrlə təmin edilməsində səbəb olur.
Prezident İlham Əliyev vətəndaşlarla açıq şəkildə təmas quraraq onların görmək istədikləri, arzu etdikləri məsələlərin həyata keçməsi üçün bütün tədbirlərin görüləcəyini əmin etməklə insanlarda hökumətə olan dərin inamı daha da möhkəmləndirmiş olur. İnsanların bəzi sahələrdə üzləşdikləri çətinliklərlə bağlı müraciətinə həssaslıqla yanaşan dövlət başçısının həmin məsələnin operativ şəkildə həllinə dair tapşırığı isə vətəndaşların öz Prezidentinə olan məhəbbətini daha da gücləndirir. Xalq Onun hər bir problemi qısa müddətdə həll etməyə qadir olduğunu görür və cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyətini yüksək qiymətləndirir. Vətəndaşlar bu cür qayğıkeş, insansevər, böyük enerji ilə xalqın yolunda yorulmadan çalışan Prezidentini seçdiklərinə görə, bir daha yanılmadıqlarını hiss edirlər.
ölkə başçısının tapşırıqlarına əsasən Bakı şəhərinin bütün rayonlarının kənd və qəsəbələrində aparılan yenidənqurma tədbirləri qarşıdakı dövrdə daha da sürətləndiriləcək, abadlıq işləri geniş vüsət alacaq. Prezident İlham Əliyevin bəyan etdiyi kimi aparılan bu işlər sayəsində Bakıətrafı qəsəbələrdə bütün sosial-iqtisadi məsələlər öz həllini tapacaq. Dövlət başçısı qəsəbə və kəndlərin inkişafı ilə bağlı yeni dövlət proqramının hazırlanacağını bildirib: “İndi proqram hazırlanır və bu proqram bütün qəsəbələri əhatə edəcəkdir. çox böyük bir proqramdır. Hazırda qəsəbələrdə yaşayan əhalinin sayı 800 mindən çoxdur. Bu, özlüyündə böyük şəhərdir. Bu qəsəbələrdə yaşayan insanlar bir daha demək istəyirəm ki, ən yüksək standartlarla təmin olunmalıdırlar... Bu proqramın icrası nəticəsində bütün qəsəbələrdə ən müasir infrastruktur yaradılacaq, ən yüksək standartlar tətbiq olunacaq və qəsəbələrin inkişafı üçün bütün lazım olan məsələlər öz həllini tapacaqdır”.
Paytaxtın qəsəbələrinin ən qabaqcıl və modern infrastrukturla təmin edilməsi ilə yanaşı, iqtisadi imkanlarının və mövcud potensialının səfərbər olunması, yeni müəssisələrin tikintisi, iş adamları üçün əlavə şərait yaradılması və onlara güzəştli şərtlərlə kreditlərin verilməsi və digər məsələlər də proqramın strateji hədəflərini təşkil edəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

