Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Radikal müxalifət "liderləri" Qərb ölkələrindən maliyyə dəstəyi xahiş ediblər

Radikal müxalifət "liderləri" Qərb ölkələrindən maliyyə dəstəyi xahiş ediblər

12.04.2011 [10:05]

Aprelin 8-də Müsavat partiyasının qərargahında bəzi beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri və Qərb ölkələri səfirlərinin radikal müxalifət “liderləri” İsa Qəmbər, Əli Kərimli və Yusif Bağırzadə ilə görüşü zamanı müzakirə olunan məsələlər barədə ölkə ictimaiyyətinə heç bir məlumat verilmədi. Bununla yanaşı, SİA-ya görüşün bir sıra detalları haqqında məlumat daxil olub. Məlum olub ki, partiya sədrlərinin təkidli xahişi ilə reallaşan görüşdə Azərbaycanda son zamanlar yaranan ictimai-siyasi vəziyyətin müzakirəsi ilə yanaşı, AXCP sədri Ə.Kərimli və Müsavat başqanı İ.Qəmbərin səfirlərdən bəzi məsələlərin həllində onlara yardım göstərilməsi barədə xahişləri də müzakirə edilib. Səfirlərdən xahiş olunub ki, Qərb dövlətləri həbsdə olan müxalifət təmsilçilərinin azadlığa buraxılması məqsədilə Azərbaycan hakimiyyətinə təzyiq göstərsinlər. Həmçinin, müxalifətin münasib yerlərdə mitinqlər keçirməsini təmin etmək üçün yenə də hakimiyyətə təzyiqlər edilsin. Bundan başqa, müxalifətin artıq “gücləndiyini”, əvvəlki kimi “zəif olmadığını” və ictimaiyyət tərəfindən “dəstəkləndiyini” əsaslandırmağa çalışan müxalifət “liderləri” fəaliyyətlərini daha effektiv davam etdirmək üçün ciddi maliyyə vəsaitinə ehtiyacları olduğunu bildiriblər. Onlar müxalifətə ayrılan pulun hiss olunacaq miqdarda artırılması üçün səfirlərdən öz hökumətləri qarşısında məsələ qaldırmalarını xahiş ediblər.

Paylaş:
Baxılıb: 821 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30