Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 17 aprel hadisələri radikal müxalifətin tam iflasa uğradığını bir daha sübuta yetirdi

17 aprel hadisələri radikal müxalifətin tam iflasa uğradığını bir daha sübuta yetirdi

19.04.2011 [09:42]

Azərbaycan ictimaiyyəti, vətəndaşlar ölkəni xaos və anarxiyaya doğru sürükləməyə cəhd edən İ.Qəmbər və Ə.Kərimliyə layiq olduqları yeri göstərdilər
Aprelin 17-də “ictimai palata” adlanan qondarma müxalifət qurumunun keçirməyə cəhd göstərdiyi “kütləvi” aksiya radikal müxalifət düşərgəsinin hansı vəziyyətdə olduğunu bir daha aydınlığa qovuşdurdu. Uzun müddətdir ki, qəzet səhifələrində pafosla təbliğ edilən, guya ciddi hazırlıq işləri gördükləri barədə uydurma məlumatlar yayan müxalifətin bu qanadının liderləri üçün yəqin 17 aprel aksiyası növbəti dərs oldu. çünki məhz, bu “aksiya” radikal müxalifət qüvvələrinin hansı potensiala sahib olduqlarını sübuta yetirdi. Sosial dayaqları olmayan, cəmiyyət tərəfindən birmənalı şəkildə rədd edilən bu qüvvələrin ölkəmizdə hansısa təxribat cəhdlərinin, sabitliyə xələl gətirmək niyyətlərinin də puç olduğu növbəti dəfə öz təsdiqini tapdı. Bir sözlə, bu qanunsuz, məqsədi, iştirakçısı, şüarı bilinməyən mitinq cəhdi radikal müxalifətin tam iflasa uğradığını, onun heç bir sosial bazasının olmadığını açıq göstərdi.
Sahil bağında QHT və KİV nümayəndələrindən başqa heç kəs yox idi
Məlum olduğu kimi, aprelin 17-də saat 16:00-da guya bəzi radikal müxalifət partiyalarının təmsilçiləri paytaxtın Sahil bağında mitinq keçirməli idilər. Bəzi xarici güclərin pulunun qarşılığında ölkəsində hər bir qarşıdurmanı yaratmağa müntəzir olanların “icazəsiz aksiya” adlandırdığı tamaşa radikal müxalifətin son dərəcə miskin vəziyyətdə olduğunu həm özlərinə, həm də onları maliyyələşdirən xarici qüvvələrin oraya yığılan nümayəndələrinə göstərdi. Əvvəlcədən öz qəzetlərində geniş təbliğat işləri aparmalarına baxmayaraq, göstərilən ünvanda istirahət edən vətəndaşlardan, KİV və QHT nümayəndələrindən, asayişi qoruyan azsaylı polislərdən başqa heç kəs yox idi. Sahil bağına yaxın küçələrdə ümumilikdə, 150-yə yaxın adam pərakəndə şəkildə tək-tük gözə dəyirdi ki, onlar da qəsdən və bilərəkdən qarışıqlıq yaratmaq istədilər. Sahil bağı ətrafında 10-15 nəfərdən ibarət bir neçə lokal qrupun ictimai asayişi pozmaq cəhdlərinin qarşısı polis orqanları tərəfindən alındı. Polis orqanlarının aksiya iştirakçılarını dağılışmaq barədə məlumatlandırıb, əks halda qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi haqda onlara dəfələrlə xəbərdarlıq edib və qanuni tələblərə məhəl qoymayan, ictimai qaydaları pozan 65 nəfəri saxlayıb. Bakı şəhər Polis İdarəsi və şəhər Prokurorluğunun yaydığı açıqlamada qeyd olunur ki, saxlanılanlardan 40 nəfərin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 25 nəfər isə hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar.
Radikal müxalifət liderləri indi də uşaqların arxasında gizlənirlər
Radikal müxalifət liderlərinin ən çirkin təbliğat üsullarına və mübarizə metodlarına əl atmaları artıq adiləşib. Bu günə qədər sözügedən düşərgədə baş verən o qədər olaylar olub ki, bu hadisələr insanlarda ikrah hissi yaradıb. Amma körpə uşaqların arxasında gizlənmək, onların kölgəsinə sığınmaq bir siyasətçi üçün yəqin ki, başucalığı gətirmir. Amma son vaxtlar belə halların çoxaldığını (parlament seçkilərində Əli Kərimlinin, İsa Qəmbərin uşaqlarla şəkillər çəkdirmək, bundan divident qazanmağa cəhd etmək kimi) nəzərə alsaq, aprelin 17-də gördüklərimiz qarşısında heç də təəccüblənmədik. Bu gün müxalifət qəzetlərinin ağızbirliyi ilə və çox yanlış şəkildə polisin üzərinə uşağı həbs etmək kimi çirkin ittiham irəli sürməsi təbii ki, qərəzdən başqa bir şey deyil.
Əslində, nə baş verdi?
Yanında 6-7 yaşlı qız uşağı olan bir qadın Rəşid Behbudov adına mədəniyyət sarayının yaxınlığında asayişi təmin edən polislərin üzərinə hücum çəkdi. Polislər də uşağı qadının yanında görüb ona sadəcə xəbərdarlıq etməklə kifayətləndilər. Qadının həqarət və təhqirlərindən sonra isə polislər ona uşağı da götürüb ərazini tərk etmək barədə göstəriş verdilər. Dəfələrlə bu çağırış səslənsə də, qadın nəinki ərazini tərk etmədi, əksinə, bir qədər də irəli gedərək dövlət strukturları rəhbərlərinin ünvanına təhqirlər səsləndirməyə başladı. Digər tərəfdən o, özünü küçənin ortasına atıb, avtomobillərin hərəkətini məhdudlaşdırmaq istəyirdi. Bu proses ən azı 2-3 dəqiqə davam etdikdən sonra polis də qadını (xüsusilə vurğulamaq lazımdır ki, söhbət burada qadından gedir, uşaqdan deyil) ərazidən uzaqlaşdırmaq üçün tədbirlər görməyə məcbur oldu. İndi belə bir sual ortaya çıxır: Kimdir müqəssir, vəzifəsini icra edən, həm uşağın, həm də elə o qadının həyatını xilas edən (əgər o avtomobillərin biri o qadını və ya uşağı vursaydı, onda buna görə kim məsuliyyət daşıyacaqdı?) polismi, o uşaqla bu qədər qanunsuzluqlara əl atan, Azərbaycan qadınına yaraşmayan hərəkətlərə yol verən bu qadınmı, yoxsa, onu bu şəkildə təlimatlandırıb ora göndərən, uşağın arxasında gizlənən radikal müxalifətin “liderləri”mi?
Avtobusdan əl elə...
Radikal müxalifətin “möhtəşəm” mitinqində diqqətçəkən başqa bir portret isə belədir. Həmin ərazidən keçən marşrutların birində əyləşmiş iki kişi Sahil bağına yaxınlaşan kimi dərhal özlərini pəncərələrə yapışdırıb guya “patriotluq” edirlər. Onlar vaxt tapıb hətta başlarını marşrutun pəncərəsindən çıxararaq bəzi anlaşılmayan şüarlar da səsləndirmək istədilər. Təbii ki, marşrutda əyləşmiş digər sərnişinlərin və sürücünün müdaxiləsi ilə onlar yerlərinə əyləşməkdən başqa çarə görmədilər. Doğrudan da, bunun adı müxalifətçilikdirmi?
O yol 15 gündür ki, bağlanıb, özü də təmir məqsədilə...
Müxalifət qəzetləri ciddi cəhdlə belə bir rəy formalaşdırmağa çalışırlar ki, guya hakimiyyət orqanları onların mitinq şousunun qarşısını almaq üçün tədbirlər görüb. Hətta onlar bu absurd iddalarını sübuta yetirmək üçün guya aprelin 17-də Bakının bəzi prospekt və yollarının bağlandığını iddia edirlər. Sahil metrosunun qarşısındakı Bülbül prospektini misal kimi göstərirlər. Əslində isə, Bülbül prospekti 15 gündür ki, bağlanıb. Səbəb isə orada aparılan təmir işləridir. Həmçinin, həmin ərazidə insanların daha rahat hərəkətini təmin etmək üçün keçid inşa olunur. Müxalifət isə bundan xəbərsiz olduğu üçün ağlına gələni uydurur.
Dırnaqarası jurnalistlər yenə iş başında...
Qeyd olunduğu kimi, radikal müxalifətin mitinq üçün təyin etdiyi məkanda xüsusi formalarda tədbir yerinə gəlmiş jurnalistlər çoxluq təşkil edirdi. Onların əksəriyyəti sadəcə olaraq, vəzifələrini yerinə yetirmək və cəmiyyətə düzgün informasiya çatdırmaq üçün ərazidə idisə, bəziləri peşəsinin tələblərini bir kənara qoyub, müxalifət liderlərinin görmək istədiyi, lakin bacarmadığı işi həyata keçirmək və hakimiyyət əleyhinə təbliğat aparmaq üçün əllərindən gələni əsirgəmədilər. Hətta onlar bağdakı bu sakitliyi həzm edə bilməyərək polislə əlbəyaxa olmağa da can atdılar. Bunu “Azadlıq” radiosunun keçmiş əməkdaşı Xədicə İsmayılovanın əməllərində daha aydın sezmək mümkün idi. Xədicə İsmayılova polisin şübhəli şəxs qismində qəbul etdiyi və sənədlərini yoxlamaq üçün bölməyə apardığı xarici vətəndaşı qanundan qaçırmaq üçün hətta polisin üst-başını cırmaqdan da çəkinmirdi. Ya da Şahvələd çobanoğlu kimi. Polisi təxribata çəkmək, özünü polisin üstünə atıb, onunla dartışmaq və sonra da özlərinə yaxın qəzetlərin fotoqraflarına şəkillər çəkdirib, müəyyən bəlli dairələrə göndərmək Ş.çobanoğlunun çoxdankı mərəzidir və bu mərəz bu dəfə də özünü göstərdi.
Amma onlara verilmiş tapşırıqları daha sakit şəkildə və polislə əlbəyaxa olmadan həyata keçirənlər də var idi. Məsələn, “Amerikanın səsi” radiosunun əməkdaşı Tapdıq Fərhadoğlu kimi. Şahidi olduğumuz xırda bir epizodu nəql edək. Sahil bağına gələn hüquq müdafiəçiləri sırasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da var idi. Onun hüquq müdafiəçisi olduğunu nəzərə alsaq, jurnalistlərin bu qanunsuz aksiya ilə bağlı bəzi suallar vermək, onun da fikirlərini öyrənmək üçün müraciət etməsi təbiidir. Amma gərək suallar da təxribat xarakterli olmasın. E.Behbudov bağa daxil olan kimi, Tapdıq Fərhadoğlu onun başının üstünü kəsdirdi və israrla onun baş verənlərə münasibət bildirməsini istədi. Elçin müəllimin isə cavabı bu oldu:
“Tapdıq, mən hələ indi girmişəm bağa, qoy bir nəfəs alım, sonra danışarıq”.
Aradan bir neçə dəqiqə keçmişdi ki, E.Behbudov T.Fərhadoğlundan növbəti sualı aldı: “Bəs, indi nə deyə bilərsiniz?”.
“Axı burda heç nə baş vermir, sakitçilikdir, hər şey normaldır, mən nə münasibət bildirim?”.
Təbii ki, “Amerikanın səsi” radiosunun təmsilçisi üçün bu cavab heç də arzuolunan deyildi və ona tənqid lazım idi. Bura qədər bütün arzuları puç olduqdan sonra, növbəti məqam üçün səbirsizliklə gözlədi. Bir neçə dəqiqə sonra bayaq haqqında danışdığımız olay baş verdi və yanında uşağı olan qadınla polis arasında xoşagəlməz hal yaşandı. Tapdıq Fərhadoğlunun Elçin Behbudova sualı belə oldu:
“Elçin müəllim, bayaqdan, deyirdiniz ki, heç bir hadisə baş verməyib. Bax indi nədir sözünüz? Uşağın həbs olunmasına münasibətiniz necədir?”. E.Behbudov hadisə yerində olmadığından əslində, nələrin baş verdiyini dəqiq bilmir, Tapdıq Fərhadoğlunun yalan dolu izahatından sonra istənilən normal insan kimi, bu cavabı verir: “Uşağın həbs olunmasına təbii ki, münasibətim pisdir”.
“Azadlıq” radiosunun başqa bir əməkdaşının Sahil bağında istirahət edən yaşlı bir kişiyə yaxınlaşıb “Siz bu hakimiyyətdən narazısınız eləmi? 85 manatlıq pensiya almaq sizi raza sala bilməz” kimi sual verməsi də şübhəsiz ki, arxasında müəyyən xoş olmayan məqsəd yatan növbəti siyasi manevr qaydasıdır. Eynilə, də “Yeni Müsavat” qəzetinin əməkdaşı Leyla İlqarın həmkarlarımıza yaxınlaşıb “Siz nə vaxtdan jurnalist olmusunuz?” şəklindəki provokator sualı da yalnız bir məqsədə xidmət edir: Nə olursa olsun, ara qarışsın, kimsə kimisə təhqir etsin, səs-küy qopsun və s.
Amma tam səmimiyyətlə deyə bilərik ki, heç nə baş vermədi. Cəmiyyətin kifayət qədər ayıq-sayıq davranmağı, polislərin öz vəzifəsinin öhdəsindən layiqincə gəlməsi konkret tapşırıqların icrası ilə məşğul olan bu “yarım siyasətçi yarım jurnalistlərin” arzularını gözündə qoydu.
Xalq ölkəmizdə sabitliyi pozmağa çalışanlara layiqli cavab verdi...
Bu “güc” və “bacarıqla” radikal qüvvələrin hətta müxalifətdə qalmaq şansı da yoxdur
Bəli, xalq bir daha radikal müxalifətə onların yerlərini və kim olduqlarını göstərdi. Azərbaycan xalqı bir daha inkişafı dəstəklədiyini, dövlətinin, hakimiyyətinin arxasında olduğunu nümayiş etdirdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini tam dəstəklədiyini və Onun ətrafında sıx birləşdiyini bu cavabı ilə bir daha təsdiqlədi. Keçirilən bu uğursuz aksiya cəhdi müxalifətin bir daha mitinq arzusunu dilə gətirməsinin yalnız gülüş doğuracağını ortaya qoydu. Bu biabırçılıqdan sonra yəqin ki, onlar bir də mitinq keçirmək arzusuna düşməyəcəklər. çünki bu “mitinq” bir daha göstərdi ki, Azərbaycanda radikalizmə, dağıdıcılığa yer yoxdur. Azərbaycan ictimaiyyəti, vətəndaşlar ölkəni xaos və anarxiyaya doğru sürükləməyə cəhd edən İ.Qəmbər və Ə.Kərimliyə layiq olduqları yeri göstərdilər. Radikal müxalifət başçılarının küçələrə minlərlə tərəfdarını çıxaracağı haqqında iddiaları sadəcə yalan və cəmiyyəti aldatmaq cəhdidir. Bu “güc” və “bacarıqla” radikal müxalifətin nəinki hakimiyyətə gəlmək, hətta müxalifətdə qalmaq şansı belə yoxdur.
Aqşin ŞAHİNOÄžLU

Paylaş:
Baxılıb: 883 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30