Radikal müxalifət məqsədinə çatmaq üçün bütün ictimai-sosial dəyərləri ayaq altına atır
21.04.2011 [10:19]
Bu artıq bir ənənəvi taktikadır ki, radikal müxalifət uğursuzluğunu kompensasiya etmək, siyasi meydanda mövcudluğunu qoruyub saxlamaq və ictimai diqqəti yayındırmaq məqsədilə mətbuat üzərindən manipulyativ şou düzənləyir. çox təəssüflər olsun ki, hər zaman da bu cür şouların “qəhrəmanları” milli-mənəvi dəyərlərimizə zidd hərəkətlər edən şəxslər olurlar.
Məlum olduğu kimi, aprel ayının 17-də “Sahil” bağında icazəsiz mitinq keçirməyə cəhd göstərmiş radikal müxalifət təmsilçiləri ictimai təhlükəsizliyi təmin edən polislərin qarışıqlıq yaranmış ərazidən 5 yaşlı uşağı və onun anasını uzaqlaşdırması ətrafında etik çərçivəyə sığmayan təbliğat “işi” qurublar. Bir sözlə, növbəti dəfə aydın olur ki, əsas məsələnin mahiyyətini kənara qoyaraq, daha çox şər və böhtan elementlərindən istifadə edən radikal müxalifət eyni zamanda, ölkənin demokratik imcinə zərər vurmağa, Azərbaycan polisinə ləkə yaxmağa çalışır.
Amma aprelin 17-də apardığımız müşahidələr zamanı bir daha şahid olduq ki, ətrafında manipulyativ şou düzənlənən qadın xüsusi təlim keçmiş və müəyyən maddi yardım müqabilində öz rolunu oynayan aktyordur. çünki dəfələrlə polis kardonunu yarıb keçmək istəyən, ictimai asayiş keşikçilərinə qarşı xüsusi aqressivlik nümayiş etdirən, təhqiramiz ifadələrdən istifadə edən qadının bu hərəkətləri elə ilk baxışdan hazırlanmış ssenarini xatırladırdı.
Sonradan onun kimliyi haqqında apardığımız araşdırma nəticəsində bəlli oldu ki, bu qadın 1977-ci il təvəllüdlü, Bayıl qəsəbəsində qeydiyyatda olan Gülnarə Quluzadədir. Onun müxtəlif adamlara borclu olduğu, borc sahiblərindən gizlənmək üçün öz evini kirayəyə verdiyi və hazırda Yasamal rayonu ərazisində kirayədə yaşadığı bildirilir. Onu da qeyd edək ki, G.Quluzadə heç bir yerdə işləmir, “Həyat” ləqəbi ilə “Korel” barının daimi müştərisi kimi tanınır. Onun həyat yoldaşı və qardaşı cinayət məsuliyyətinə cəlb ediliblər və məhkum olunublar. Məhz, G.Quluzadə aksiya zamanı şou yaratmaq üçün radikal müxalifət tərəfindən təlimatlandırılmış və bu işə görə ona pul verilmişdi.
Bu fakt isə bir daha sübut etdi ki, xarici siyasi qruplaşmaların sifarişlərini yerinə yetirən radikal müxalifət maraqlarına çatmaq üçün bütün çirkin yollara, vasitələrə əl atmaq qabiliyyətindədir.
Dünyagörüşü və təfəkkürü hələ formalaşmamış bir uşağın isə siyasi şüarlar işlətməsi və itaətsizliyə cəlb edilməsi, müxalifət mətbuatının da bununla bağlı şou düzəltməsi, guya Azərbaycanda artıq azyaşlı uşaqların da “azadlıq”, “demokratiya” istəməsi görüntüsü yaratmaq cəhdi ifrat qərəzin, insan haqları anlayışına, azyaşlı cəmiyyət üzvlərinə hörmətsizliyin bariz nümunəsi oldu.
Bu arada azyaşlı uşağın mitinqə gətirilməsi və radikal müxalifət tərəfindən ssenarisi hazırlanmış qarışıqlıq səhnəsində uşağa qarşı “zor tətbiqinin təmin edilməsi” bizə 2003-cü ilin oktyabr hadisələrini xatırlatdı. çünki, həmin zaman da, radikal müxalifət qarışıqlıq düşmüş meydana azyaşlı uşaq gətirməklə, çirkin əməlini həyata keçirmişdi və bir daha Azərbaycan cəmiyyətinin üzvlərinə, hətta, uşaqlarına qarşı hörmətsizlik etdiyini nümayiş etdirmişdi. Eyni taktikadan 17 aprel aksiyasına cəhd zamanı da istifadə edildi. Və bir daha Azərbaycan cəmiyyəti gördü ki, radikal müxalifət məqsədinə çatmaq üçün bütün ictimai-sosial dəyərələri ayaq altına atıb. Hətta, insanlara qarşı hörmətsizlik etməkdən çəkinməyən radikal müxalifət pula görə, ailə dəyərlərinə də zərbə vurmaq niyyətində olduğunu nümayiş etdirib.
ümumiyyətlə, istənilən halda ölkənin hüquq-mühafizə orqanlarının icazəsiz aksiyaların qarşısının alınacağı ilə bağlı xəbərdarlıqlarından sonra polisin çağırışına məhəl qoymayaraq, aksiyalara qatılmaq özü cinayət xarakteri daşıyır. Amma icazəsiz mitinqə qadınları, yaşlı insanları, hətta, azyaşlı uşaqları cəlb etmək başqa qaranlıq məqamlardan xəbər verir. Radikal müxalifətin etik və əxlaqi normalardan uzaq bu cür hərəkətləri artıq ictimai qınaqla üzləşməlidir. İctimaiyyət elə bir reaksiya verməlidir ki, radikal müxalifət təmsilçiləri ya siyasi meydanı tərk edərək, ölkənin ümumi inkişafına mane olmasınlar, ya da sırf ictimai işlə məşğul olsunlar.
Yeri gəlmişkən, Azərbaycan tarixində elə bir hal olmayıb ki, hansısa ana doğma balasını nəyinsə müqabilində ayaqlar altına atsın və gözü görə-görə ona əziyyət versin. Hər bir ana təhlükə yarandıqda, ilk növbədə, övladını qoruyur və uşağını təhlükəli yerdən uzaqlaşdırmağa çalışır. Yəni, aralarında doğmalıq və sevgi əlaqələri olan ana və övlad heç bir halda razı olmaz ki, onlardan biri işgəncəyə məruz qalsın.
Bununla da, radikal müxalifət ailə dəyərlərini ayaq altına ataraq, bir daha hansı “keyfiyyətlərə” malik olduğunu nümayiş etdirdi. 17 aprel aksiyası zamanı baş vermiş tükürpədici hadisə - pula görə övladını təhlükəyə atmaq - həmin qadının və onu maliyyələşdirənlərin mənəvi keyfiyyətlərdən nə qədər uzaq olduğunu göstərdi.
Doğrudur, hansısa Qərb ölkələrinin birində belə bir hadisə baş versəydi, o zaman, böyük ictimai narazılıqlar baş qaldırdı. Orada fəaliyyət göstərən ictimai təşkilatlar, uşaqların hüquqlarını müdafiə edən fondlar pula görə azyaşlı uşağını təhlükəyə atdığı üçün ananın məsuliyyətə cəlb, hətta, onun analıq hüquqlarından məhrum edilməsini tələb edərdilər.
Əlbəttə ki, ölkəmizdə də radikal müxalifətin azyaşlı uşağı mitinqə çıxarması tənqid olunmalı və bu işin təşkilatçıları cəzalandırılmalıdırlar. çünki, dünən azyaşlı uşaqdan istifadə edən radikal müxalifət çirkin məqsədini həyata keçirmək üçün sabah daha da irəli gedə bilər.
RAMİL
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

