/ / "İctimai Palata" siyasi ambisiyalarını reallaşdırmaq istəyən müəyyən qrupların əlindəki oyuncaq qurumdur
"İctimai Palata" siyasi ambisiyalarını reallaşdırmaq istəyən müəyyən qrupların əlindəki oyuncaq qurumdur
21.04.2011 [10:19]
Məlum olduğu kimi, “İctimai Palata” adlanan qurum aprel ayının 17-də “Sahil” bağında insanlar istirahət etdiyi bir vaxtda növbəti dəfə icazəsiz mitinq keçirməyə cəhd göstərdi. Lakin radikal müxalifət təmsilçilərinin formalaşdırdığı bu qurum yenidən uğursuzluğa düçar oldu və bir daha sübut olundu ki, “İctimai Palata”nın məqsədi, məramı, ideyası və siyasi hədəfləri aydın deyil. Bu hadisədən sonra o da bəlli oldu ki, “İctimai Palata” sadəcə, siyasi ambisiyalarını reallaşdırmaq istəyən müəyyən radikal qrupların əlindəki oyuncaq qurumdur. Yəni, “ictimai maraqları ifadə edən qurum” adı altında formalaşdırılmış “İctimai Palata” bu gün, əslində, Müsavat başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kərimlinin siyasi maraqlarının reallaşmasında yardımçı mərkəz rolunu oynayır. Bunu dərk edən, həmçinin, “İctimai Palata”ya üzv olmuş İsa Qəmbərin və Əli Kərimlinin qohum-tanışları isə artıq oradan uzaqlaşmağa başlayıblar.
Bir sözlə, hər kəsə aydın oldu ki, radikal müxalifət təmsilçiləri “İctimai Palata”nı şəxsi ambisiyalarının reallaşdırılması mərkəzinə, bu quruma üzv olmuş insanları isə öz oyunlarının “aləti”nə çeviriblər. Ona görə də, “İctimai Palata” da radikal müxalifətin digər layihələri kimi uğursuzluğa düçar olub və yavaş-yavaş tarixin arxivinə göndərilməkdədir...
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə söhbətimiz də məhz bu haqda oldu:
- Sərdar bəy, aparılan müşahidələrin nəticəsində bəlli olur ki, “İctimai Palata” söylənildiyi kimi heç də ictimai maraqları ifadə etmir. Biz burada daha çox İsa Qəmbərin və Əli Kərimlinin təbliğatının aparıldığını, onların siyasi ambisiyalarının reallaşdırılmasına cəhdlərin edildiyini görürük. ümumiyyətlə, onların bu addımını necə dəyərləndirirsiniz?
- ümumiyyətlə, “İctimai Palata” başlanğıcda çox gözəl bir ideya idi. Bu qurum, eyni zamanda, müxalifətin intellektual potensialını nümayiş etdirməli idi. Amma çox təəssüflər olsun ki, “İctimai Palata” qısa müddət ərzində siyasiləşdi. Əlbəttə ki, bir qurum da siyasiləşirsə, oradakı siyasi partiyalar da öz məqsədlərini siyasiləşdirmiş olurlar. “İctimai Palata”nın Koordinasiya Şurasında Müsavat və AXCP üzvlərinin çoxluq təşkil etməsi, eyni zamanda, palatanın məqsədinin siyasiləşdirilməsi nəticəsində isə bu qurum adıçəkilən partiyaların maraqlarının həyata keçirilməsinə yardımçı oldu. Digər tərəfdən, “İctimai Palata”nın üzvlərinin çoxunun Müsavat və AXCP-dən olması, bu qurumun adıçəkilən iki partiyanın monopoliyasına çevrilməsinə və onların mənafelərinə xidmət göstərməsinə gətirib çıxardı.
- Müsavatın və AXCP-nin bu niyyəti əvvəlcədən görünən idi. Bunu son hadisələrdən sonra “İctimai Palata”nı tərk edən siyasi təşkilatlar da anladılar. Məsələn, AMİP bu qurumdan çıxdı...
- AMİP, həqiqətən, “İctimai Palata”nı “kölgə parlamenti” kimi bilib bu quruma üzv olmuşdu. Amma bu partiyanın tarixi fəaliyyətinə nəzər salanda görürük ki, AMİP ümumiyyətlə, mitinq taktikasına üstünlük verməyib. Etiraf etməliyik ki, 1998-ci ildə AMİP bir neçə aksiya təşkil etmişdi. Amma yarandığı vaxtdan bu günə qədər AMİP-in keçirdiyi mitinqləri barmaqla saymaq olar. Yəni, AMİP siyasi mübarizədə “küçə mübarizəsinə” üstünlük vermir. “İctimai Palata” isə siyasi mübarizəni küçəyə daşıdığından AMİP ənənəsinə uyğun olaraq, qurumdan çıxmalı idi.
- Siyasi təşkilatlardan başqa “İctimai Palata”ya üzv olan insanlar da artıq bu qurumun üzvlüyündən çıxırlar. Onların yaydıqları müraciətlərdə göstərilir ki, insanlar “İctimai Palata”ya üzv olmaqda peşmandırlar...
- Bilirsiniz, insan bir ideyanı dəstəkləməmişdən öncə yaxşı-yaxşı fikirləşməlidir. Bəziləri elə fikirləşdi ki, Yaxın Şərqdə və Şimali Afrikada inqlablar olub. Bunun təsirində də “İctimai Palata” mərkəz olmaqla burada inqlab edəcək. Şəxsi maraqlarının vurğunu olan təsadüfi insanlar da gedib bu quruma üzv oldular. Bu gün isə mübarizə başladı və vəziyyət bəlli oldu. İndi də peşman olub qurumu tərk edirlər.
- Sərdar bəy, “İctimai Palata”nın perspektivi ilə bağlı nə düşünürsünüz?
- “İctimai Palata” yaradıldığı zaman qarşısına qoyduğu məqsədə və ideyaya qayıtmasa, çox güman ki, iflasa uğrayacaq. çünki “İctimai Palata”da siyasiləşmiş maraqlar daha da qabaracaq, ictimai güclər kənara çıxacaq və yerdə qalan partiyaların maraqları toqquşduğu üçün qurum dağılacaq. Mətbuatdan da görürük ki, “İctimai Palata”nın iclaslarında mübahisələr yaranırdı. Bu isə onu göstərir ki, qurum daxilində qrup maraqları toqquşur, o, artıq siyasiləşmiş quruma çevrilib. Ona görə də, belə bir şəraitdə “İctimai Palata” uzun müddət fəaliyyət göstərə bilməyəcək. Əgər “İctimai Palata” həqiqətən ictimai palata olarsa, ictimai mərkəz kimi fəaliyyət göstərərsə, düşünürəm ki, Azərbaycan üçün mənfəətli ideyalardan biri ola bilər.
- Sonda istərdik radikal müxalifətin küçə mübarizəsinin taktikasının bir elementi haqqında da soruşaq. Belə ki, aprel ayının 17-də radikal müxalifət mitinq keçirməyə cəhd göstərərkən, azyaşlı uşaqlardan istifadə etdi. Bu məsələyə münasibətiniz necədir?
- Əvvəla deyim ki, əgər bu, icazəsiz aksiyadırsa, oraya uşaqları, qadınları və qocaları gətirmək, onları mitinqə cəlb etmək düzgün deyil. Yadınızdadırsa, 2003-cü ildə də belə bir vəziyyət yaranmışdı. Bu, taktika baxımından düzgün deyil.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

