Azərbaycan gəncliyi ölkənin sürətli inkişafının fəal iştirakçısıdır
29.04.2011 [10:07]
Dünən Naftalan şəhərində “çinar” sanatoriyasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə partiyanın gənc fəalları üçün “Azərbaycan gəncliyi və müasirlik” mövzusunda konfrans keçirilib.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov, Milli Məclisin vitse-spikeri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, MM-in deputatlarından YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı, Asəf Hacıyev, YAP Siyasi Şurasının üzvü, təhsil nazirinin müavini Elmar Qasımov və başqaları konfransda iştirak ediblər.
Konfransın iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Naftalan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Konfransın əvvəlində tanınmış gənc sənətçilər - Natəvan Həbibi, Elton Hüseynəliyev, Coşqun Yusifov, Nazim Məmmədov, Elçin Cəfərov, Aşıq Samirə Əliyeva və Tərlan Fərzəliyevə partiya üzvlük vəsiqələri təqdim olunub.
Partiyanın yeni üzvlərinə vəsiqələri YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov, partiyanın İcra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millət vəkili Məlahət İbrahimqızı təqdim edib. Əli Əhmədov qeyd edib ki, partiyanın rəhbəri olan Prezident İlham Əliyevin uğurlu siyasəti YAP-a olan inam və etibarı daha da artırıb. O, partiyaya daxil olanların yarıdan çoxunun gənclər olduğunu və bunun ölkə rəhbərliyinin apardığı gənclər siyasəti ilə bağlı olduğunu vurğulayıb.
YAP-ın yeni üzvləri belə bir təşkilata üzv olduqdan məmnunluq hissi keçirdiklərini və onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər.
Sonra işini davam etdirən konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Azərbaycan gəncliyi ölkənin sürətli inkişafının fəal iştirakçısıdır. Azərbaycan gəncliyinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasətin fəal dəstəkçisi olduğunu deyən YAP-ın Sədr müavini bu siyasətin müdafiəçilərinin ildən-ilə artdığını vurğulayıb.
Əli Əhmədov Azərbaycanın moderləşdiyini və modern Azərbaycanın gələcəyinin sağlam düşünən gənclərsiz təsəvvür etməyin mümkün olmadığını vurğulayıb. “YAP-ın mövqeyi bundan ibarətdir ki, ölkəmizin müasirləşməsi və modernləşməsində Azərbaycan gəncliyi yaxından iştirak etməlidir. Gənclərimiz yüksək biliklərə, müasir dünyagörüşünə yiyələniblər. Bütün bu və digər amillər gənclərin Azərbaycanın inkişafında çox əzəmətli güc olduğunu ortaya qoyur. Hökumətimiz və partiyamız da bu gücdən faydalanmaq, Azərbaycanın inkişafı naminə bu amildən səmərəli istifadə etmək yolunu tutub” - deyə, o vurğulayıb.
Əli Əhmədov bildirib ki, ölkəmizdə sabitliyin, əmin-amanlığın keşiyində dayanmaq hər bir Azərbaycan vətəndaşının, xüsusilə gənclərin borcudur: “çünki Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Ona görə də, gənclər bugünkü sabitliyin, əmin-amanlığın, dincliyin qorunmasında maraqlı olmalıdırlar ki, bütün bunların əsasında Azərbaycan daha da inkişaf etsin və gənc nəsil üçün daha yüksək rifahın təmin edildiyi bir Azərbaycan qurulsun”.
“Təəssüf ki, gənclərimizin kiçik bir hissəsini Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin sifarişini həyata keçirən müxalifət partiyalarının radikal qanadı öz ətrafına toplayıb. Həmin qüvvələr bu gənclərdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma sağlam düşüncəli gənclər onları bu səhv yoldan çəkindirmək üçün ciddi şəkildə çalışmalıdırlar” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Azərbaycanın daha da inkişaf edəcəyini deyən Əli Əhmədov bildirib ki, Azərbaycanın gələcəkdə idarə olunması üçün bugünkü gənclər hazır olmalıdırlar. O, vurğulayıb ki, Azərbaycanı gələcəyə aparmaq üçün bugünkü sabitliyi qorumaq lazımdır: “Müəyyənləşmiş siyasətin həyata keçirilməsi yolları gənclərin fikirlərinə, dünyagörüşünə maksimum uyğunlaşdırılmalıdır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında 2011-2015-ci illərdə Azərbaycan gəncliyinin inkişafı ilə əlaqədar Dövlət Proqramının hazırlandığını deyən Əli Əhmədovun sözlərinə görə, bu proqramda gəncliyin inkişaf maraqlarını nəzərdə tutan və bu inkişafı təmin etmək üçün ən ümdə vəzifələr öz əksini tapacaq. YAP Sədrinin müavini qeyd edib ki, proqramın qəbul olunub həyata keçirilməsi Azərbaycan gəncliyinin daha da inkişafına ciddi təkan verəcək.
Konfransda çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Ramil Məmmədov Prezident İlham Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün möhtəşəm tədbirlər həyata keçirdiyini bildirib. R.Məmmədov, həmçinin, bildirib ki, Azərbaycan gəncləri onlara göstərilən qayğının qarşılığını vermək üçün daha da fəal olmalı və Prezident İlham Əliyevin uğurlu siyasətinə daha fəal dəstək verməlidirlər.
YAP Gənclər Birliyinin üzvü Sitarə Cabbarlı da çıxışında Azərbaycan gəncliyinə hər cür dəstək verildiyini bildirib. Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin bu gün yeni bir mərhələyə qədəm qoyduğunu deyən S.Cabbarlı gənclər siyasətinin həyata keçirilməsi üçün Dövlət Proqramı ilə bağlı Sərəncam verdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Dövlət başçısı İlham Əliyevin gənclərlə görüşünü xatırladan S.Cabbarlı bildirib ki, bu görüş gənclərin ən böyük hamisinin Prezident İlham Əliyev olduğunu bir daha sübuta yetirir. O, qeyd edib ki, Azərbaycan gənclərinin inkişafı üçün geniş potensialı var və gənclər müasir dünyanın mütərrəqqi təcrübəsindən yararlanmalıdırlar.
Gənclər Birliyinin fəallarından Qabil Qafarov çıxışında Azərbaycanın digər vətəndaşlarına nisbətən gənclərə daha çox dövlət qayğısının olduğunu söyləyib. Azərbaycan gəncliyinin müasirləşmə yolu tutduğunu bildirən Q.Qafarov tarixi keçmişin də unudulmamalı olduğunu deyib.
Dövlətin gənclərə xüsusi qayğısının olduğunu və bunun onlarda böyük ruh yüksəkliyinə səbəb olduğunu bildirən YAP Gənclər Birliyinin üzvü Fidan Hüseynova qeyd edib ki, dövlətin gənclərə diqqət və qayğısı yetərincədir və gənclər bunun qarşılığı olaraq, ölkənin inkişafında daha fəal iştirak etməlidir. çıxışlarda radikal müxalifətin icazəsiz aksiya cəhdləri də xatırlanıb və bu cür hərəkətlərin yolverilməz olduğu bildirilib.
Milli Məclisin vitse-spikeri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova və millət vəkili Asəf Hacıyev gənclərə ürək sözlərini deyib, tövsiyələrini veriblər.
Əli Əhmədov konfransa yekun vurub.
Konfransdan sonra iştirakçılar Naftalan şəhərini gəzib, son vaxtlar aparılmış abadlıq və quruculuq işləri nəticəsində daha da gözəlləşərək yeni görkəm almış bu kurort şəhərində istifadəyə verilmiş yeni obyektlərdə olublar.
Müşavirədə çıxış edən YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov qeyd edib ki, gənclər daha fəal olmalı və digər gənclərlə təmaslarını daha da genişləndirməlidirlər. Gənclərlə bağlı Dövlət Proqramının hazırlandığını deyən Əli Əhmədov qeyd edib ki, gənclərin qarşılaşdığı bir sıra problemlərin həlli ilə bağlı məsələlər bu proqramda əksini tapacaq. O, deyib ki, hazırlanacaq proqram dövlətin gənclərə olan qayğısının sübutudur. Bir qisim gənclərin radikal müxalifət partiyalarının təsiri altına düşdüyünü deyən Əli Əhmədov bildirib ki, əsas məqsəd onları səhv yoldan çəkindirməkdir: “Azərbaycan dövlətinin gənclərdən gözlədiyi budur ki, daha yaxşı təhsil alsın və gələcək Azərbaycanın inkişafında daha yaxından iştirak etsinlər. Bəzi qüvvələr gənclərdən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar”.
Onun sözlərinə görə, sağlam gənclik bu cür gənclərin səhv yoldan dönməsinə nail ola bilsə, deməli onlar Azərbaycanın sağlam gələcəyinin və gəncliyinin inkişafına imza atmış olurlar.
Dünyanın daim dəyişdiyini deyən Ə.Əhmədov Azərbaycan gəncliyinin də bu dəyişikliklərə, yeniliklərə hazır olmasının vacibliyini qeyd edib. O, Azərbaycan gənclərinin də mütərəqqi texnologiyalardan istifadə etməyə çalışmasını istədiyini dilə gətirib.
Müşavirədə çıxış edən YAP Gənclər Birliyinin rayon şöbələrinin sədrləri dövlətin gənclərlə bağlı siyasətini bəyəndiklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

