Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gənclərin Yeni Azərbaycan Partiyasına axını daha da güclənir

Gənclərin Yeni Azərbaycan Partiyasına axını daha da güclənir

30.04.2011 [09:51]

Dövlətin gənclərə hərtərəfli şəkildə qayğı göstərməsi, YAP-ın isə onlara fəaliyyət üçün əlverişli şərait yaratması sözügedən prosesi labüdləşdirib
Gənclər malik olduqları qabiliyyət və bacarıqla maksimum şəkildə dövlətin inkişafına töhfə vermək üçün bütün potensialını ortaya qoyan, ölkənin daxili və xarici siyasətində özünəməxsus rol oynayan qüvvə kimi hər zaman diqqət mərkəzində olub. Müasir dövrdə gənclərin cəmiyyətin həyatında avanqard mövqeyilə ictimai-siyasi proseslərin önündə yer alması, dövlətin gələcəyinin onlarla bağlı olması gənc nəslin üzərinə böyük məsuliyyət qoyur. Bu mənada gənclər daim dövlətin diqqət və qayğısı ilə əhatələnir, onların layiqli vətəndaş, kreativ qüvvə kimi formalaşmaları üçün əlverişli şərait yaradılır.
Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü iş gedir. Dövlət hər bir addımında gəncləri müdafiə etdiyini, dəstəklədiyini nümayiş etdirir.
Bu bir faktdır ki, müstəqilliyin ilk illərində, xüsusilə, AXC-Müsavat hakimiyyəti dönəmində gənclərdən ən çirkin işlərdə istifadə edirdilər. Amma Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra gənclərin perspektivli gələcəyinin qurulması üçün fəaliyyətə start verildi. Gənclər və İdman Nazirliyi yaradıldı, Dövlət proqramları qəbul edildi, onlarla sərəncam və fərmanlar imzalandı. Bütün bunlar bir məqsədə - gənclərin milli-mənəvi dəyərlərə malik, vətənpərvər vətəndaş kimi yetişdirilməsinə xidmət edirdi. Gənclərə göstərilən etimad isə qısa müddət ərzində öz effektini verdi: Azərbaycan dünyada idman ölkəsi kimi tanındı, gənclərimiz elm sahəsində çoxsaylı nailiyyətlər əldə etdi, qlobal səviyyəli təşkilatların üzvü seçildi və s.
Hazırda həmin siyasi kursu daha da şaxələndirilmiş şəkildə davam etdirən Prezident İlham Əliyev bu sahədə inqilabi dəyişikliklər yaradacaq addım atdı. Dövlət başçısı İlham Əliyev Azərbaycan gəncləri ilə bağlı 2011-2015-ci illəri əhatə edəcək Dövlət Proqramının hazırlanmasına dair Sərəncam imzaladı. Bu proqramda gənclərin təhsil, mənzil, peşə, iş və digər problemlərinin qısa müddət ərzində həll edilməsi nəzərdə tutulub...
Bütün bu söylənilənlərin fonunda isə Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının gənclərin cəmiyyətin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal rol oynaması üçün perspektivli, real iş platforması təqdim etməsi kompleks qayğını labüdləşdirib. Artıq gənclər onlar üçün yaradılmış şəraitdən istifadə edərək, intellektual və yaradıcılıq baxımından kamilləşirlər və YAP-ın təqdim etdiyi fəaliyyət platformasında təcrübi iş prosesində özlərini təsdiq edirlər. Bu baxımdandır ki, gənclərin Yeni Azərbaycan Partiyasına axını daha da sürətlənir, onlar siyasi fəaliyyətlərini məhz, Yeni Azərbaycan Partiyası ilə bağlayırlar.
Partiyanın mövqeyi ondan ibarətdir ki, gənclər ölkəmizin müasirləşməsi və modernləşməsində yaxından iştirak etsin. Hökumət və YAP gənclərin gücündən faydalanmaq, Azərbaycanın inkişafı naminə bu amildən səmərəli istifadə etmək yolunu tutub.
Bunu Yeni Azərbaycan Partiyasının sıralarında yer alan, fəaliyyətlərilə özlərini sübut edən gənclər də təsdiqləyirlər.
YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Prezident İlham Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün möhtəşəm tədbirlər həyata keçirdiyini bildirib. R.Məmmədov, həmçinin, bildirib ki, Azərbaycan gəncləri onlara göstərilən qayğının qarşılığını vermək üçün daha da fəal olmalı və Prezident İlham Əliyevin uğurlu siyasətinə daha fəal dəstək verməlidirlər: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, hətta, regionun ən güclü siyasi təşkilatıdır. Partiyamız həm sosial bazasına, həm də fəaliyyətinə görə siyasi palitranın avanqard qüvvəsidir. Partiyanın cəmiyyətimizin bütün sferalarında aktiv olmasında əlbəttə ki, gənclərin də rolu var. Gənclər Yeni Azərbaycan Partiyasının üzvü olmaqla, həm də dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin inkişaf etdirilməsi prosesinin fəal iştirakçısına çevriliblər”.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva bildirib ki, dövlət gənclərin ictimai-siyasi proseslərdə xüsusi fəallığını nəzərə alaraq, onların mühüm dövlət strukturlarında, funksional idarəetmə orqanlarında və azad biznes sektorunda təmsil olunmalarına əlverişli şərait yaradıb: “Gənclərin öz bilik və bacarıqlarını, potensiallarını üzə çıxarmaq, müxtəlif sahələrdə onların bu imkanlarından yararlanmaq üçün bütün şərait mövcuddur. ölkə həyatının bir çox sahələrini əhatə edən məqsədyönlü dövlət proqramlarının, sosialyönümlü layihələrin həyata keçirilməsində gənclərin rolu əvəzsizdir. Buna görə də, hökumət gənc nəslin sosial həyatı ilə bağlı məqsədyönlü işləri davam etdirməyi nəzərdə tutur. ötən müddət ərzində, gənclərə ipoteka kreditlərinin verilməsi, istedadlı gənclərin xarici ölkələrdə təhsil almasına dövlət dəstəyinin gücləndirilməsi, ali məktəbləri bitirən gənclərin dövlət strukturlarında və maliyyə-biznes qurumlarında işə cəlb olunması və digər tədbirlər bu təbəqəyə olan diqqət və qayğının bariz nümunəsi, onlarla bağlı sosialyönümlü siyasətin həyata keçirilməsinin təsdiqi kimi səciyyələndirilə bilər”.
Gənclərin YAP-a axınının sürətlənməsinə də toxunan S.Quliyeva deyib: “Gənclərin Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasına üz tutmasının səbəbi bu partiyanın novatorluğa, kreativliyə, azadfikirliliyə və onların fəaliyyəti üçün əlverişli şərait yaratması ilə bağlıdır. Mən əminəm ki, gənclərin YAP-a axını bundan sonra da davam edəcək”.
YAP Gənclər Birliyinin üzvü Sitarə Cabbarlı Azərbaycan gəncliyinə hər cür dəstək verildiyini bildirib. Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin bu gün yeni bir mərhələyə qədəm qoyduğunu deyən S.Cabbarlı gənclər siyasətinin həyata keçirilməsi üçün Dövlət Proqramı ilə bağlı Sərəncam verdiyinə görə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Dövlət başçısı İlham Əliyevin gənclərlə görüşünü xatırladan S.Cabbarlı bildirib ki, bu görüş gənclərin ən böyük hamisinin Prezident İlham Əliyev olduğunu bir daha sübuta yetirir: “Dövlət gənclərin özlərini inkişaf etdirməsi üçün hər cür şəraiti yaradır. Biz bunu əyani şəkildə görürük. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının gənclərə ictimai-siyasi proseslərdə aktiv iştirak etmək üçün əlverişli şərait yaratması bizləri daha da ruhlandırır. Hər bir gənc yaradılmış şəraitdən istifadə edərək, özünü təsdiq edə bilər. Bəzən bir qrup gənc kimlərinsə vədlərinə inanaraq səhvə yol verirlər. Onlar bəlkə də, özləri də bilmədən Azərbaycanın inkişafına mane olan antimilli qüvvələrin maraqlarına xidmət etmiş olurlar. Amma sonradan başa düşürlər ki, tutduqları yol səhvdir. Mən bütün gəncləri dövlətin ətrafında sıx birləşməyə və quruculuq prosesində aktiv iştirak etməyə çağırıram”.
Gənclər Birliyinin fəallarından Qabil Qafarov da gənclərə yüksək dövlət qayğısının olduğunu söyləyib. Azərbaycan gəncliyinin müasirləşmə yolunu tutduğunu deyən Q.Qafarov tarixi keçmişin də unudulmamalı olduğunu deyib: “Bu bir həqiqətdir ki, hazırda Azərbaycanda gənclərə dövlət, şəxsən Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Daha doğrusu, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində gənclərimiz hazırda Azərbaycanın ictimai-siyasi, sosial-mədəni və digər sahələrində fəal iştirak edirlər. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin, bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir”.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Azərbaycan gəncliyi üçün perspektivli fəaliyyət platforması yaradan yeganə siyasi təşkilatdır: “Bu mənada bütün gəncləri dövlətin inkişaf etdirilməsi prosesində aktiv iştirak etməyə, antimilli qüvvələrə isə “yox” deməyə çağırıram”.
Dövlətin gənclərə xüsusi qayğısının olduğunu və bunun onlarda böyük ruh yüksəkliyinə səbəb olduğunu bildirən YAP Gənclər Birliyinin üzvü Fidan Hüseynova isə qeyd edib ki, dövlətin gənclərə diqqət və qayğısı yetərincədir və gənclər bunun qarşılığı olaraq ölkənin inkişafında daha fəal iştirak etməlidir: “Dövlət yeni dövrün reallıqlarına və tələblərinə uyğun olaraq gənclərlə bağlı siyasəti daha da gücləndirmək niyyətindədir. Atılan bu addımlar hökumətin gənclərə olan diqqət və qayğısının yüksək təzahürü olmaqla yanaşı, ölkəmizin gələcəyi olan gənclərin cəmiyyətimizin bütün sahələrində ən yüksək səviyyədə təmsil olunmalarına möhkəm zəmin yaradıldığını təsdiq edir. Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan gənclərin sayının günü-gündən artması isə söylənilən fikirləri bir daha sübut edir”.

Paylaş:
Baxılıb: 831 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30