Heydər Əliyev siyasətinin təntənəsi
05.05.2011 [09:41]
ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən çoxlu kitablar yazılıb və bundan sonra da yazılacaq. Bu, yalnız Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə deyil, Onun şəxsiyyətinin miqyası, dünyagörüşünün genişliyi və Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır. Şəxsiyyətin böyüklüyü onun sadəliyində ifadə olunur. Ulu öndər Heydər Əliyev “Mən çox böyük sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, xalqıma həsr etmişəm” söyləməklə Vətənə, xalqına olan məhəbbətini aydın şəkildə ifadə edirdi.
“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” - söyləyən Ulu öndər Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi, sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasının möhkəm təməlini qoymuşdur. Heydər Əliyev ideyaları Azərbaycanın dünəninin, bu gününün və sabahının təminatçısıdır. Bugünkü Azərbaycan ümummilli liderin əsasını qoyduğu möhkəm təməl üzərində ucalır. Arzusu, amalı Azərbaycanı iqtisadi cəhətdən inkişaf etmiş müstəqil, dünya birliyində tanınan bütöv bir dövlət kimi görmək idi. ölkəmizin hərtərəfli inkişafında iqtisadiyyatın rolunu önə çəkən Ulu öndər Heydər Əliyevin bu sahədə gördüyü işləri ətraflı təhlil etsək, Onun uzaqgörənliyinin bir daha əyani şahidi olarıq.
Ulu öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə iqtisadiyyatın inkişafına xüsusi diqqət göstərərək, ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirmişdir. Ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan uğurlar ümummilli lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Sovetlər birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.
Bir məqamı da xüsusi qeyd etmək istərdim ki, Ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri olarkən Muxtar Respublikada həyata keçirdiyi islahatlar sonradan daha böyük miqyasda, bütün Azərbaycanda tətbiq olundu. Onun Naxçıvanda yaşadığı illərə nəzər saldıqda aydın görürük ki, bu gün haqqında ürəkdolusu danışdığımız və ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artıran yeniliklərin, islahatların təməli məhz o çətin illərdə qoyulub.
Ulu öndər siyasətə qayıtdığı ilk gündən “nədən başlamalı” sualına qarşıdakı onillər üçün hesablanmış addımları ilə cavab verdi. Naxçıvan parlamentinin 1990-cı ilin noyabrında keçirilən sessiyasında Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və müstəqilliyi üçün böyük əhəmiyyəti olan mühüm qərarlar qəbul olundu. “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR dövlət hakimiyyəti orqanları haqqında”, “Naxçıvan MR-in dövlət rəmzləri haqqında”, “1990-cı ilin yanvar ayında törədilən Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında”kı tarixi qərarlar dərin zəkadan doğan siyasi uzaqgörənliyin nümunəsi olmaqla, sonrakı islahatlar üçün bağlanğıc oldu.
1991-ci ilin 3 sentyabrında Naxçıvan MR Ali Məclisinin sədri seçilən Heydər Əliyevin rəhbərliyi ilə keçirilən bütün yığıncaqlar tarixi hadisə kimi hər zaman üçün aktual idi. O dövrdə həyata keçirdiyi islahatlar haqqında geniş danışmağa ehtiyac olmasa da, onların xronikasına nəzər salmaqla müdrik insanın xidmətləri barədə aydın təsəvvür yaratmaq mümkündür.
Ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” sözləri real həyatda gerçəkləşdi. Uzaqgörən siyasətçi yaxşı bilirdi ki, azadlıq, müstəqillik olmayan yerdə inkişaf, yenilik barədə danışmaq qeyri-mümkündür.
Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq, xilaskar kimi Ulu öndər Heydər Əliyevə nəsib oldu. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. 1993-cü ildə ölkəmizin üzərini qara buludların aldığı çətin bir vaxtda, Ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək, düçar olduğumuz bəla və xaosu aradan qaldırmaq üçün heç bir dahi, müdrik dövlət başçısının öhdəsindən gələ bilməyəcəyi bir məsuliyyəti üzərinə götürməklə Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. “Heydər Əliyev müasir Azərbaycanın qurucusu, memarıdır” fikri reallığa əsaslanır. Uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı sabitlik diyarına çevirən Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyası Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyasını sürətləndirdi. ölkəmiz qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Dahi lider bildirirdi ki, Azərbaycanın digər ölkələrlə əməkdaşlığına daha əlverişli şərait yaradan cəhətlər ölkənin iqtisadi potensialı, yeraltı və yerüstü sərvətləri, intellektual potensialı ilə yanaşı, coğrafi mövqeyidir. Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünya dövlətlərinin diqqətində olub. Lakin inkaredilməz həqiqətdir ki, bu diqqət Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daha da artmağa başladı. Bunun da səbəbi dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində daha da qüdrətlənməsi, iqtisadi imkanlarının artması idi.
Bu fikir də daim bildirilirdi ki, “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. İqtisadi tərəqqi digər sahələrin inkişafı üçün əsasdır. Müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin əsasında neft amilindən istifadə etməklə, Azərbaycanın dünya iqtisadi bazarına inteqrasiyası kimi önəmli məsələ dayanırdı. Neft strategiyasını müəyyənləşdirməklə Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı qoyuldu. “1994-cü ildən Azərbaycan özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən asılıdır”. Ulu öndərin proqram xarakterli bu sözləri tək neft sənayesinin deyil, iqtisadiyyatın bütün sahələrinin inkişaf yollarını aydın göstərir. Dünyada elə dövlət yoxdur ki, müəyyən qədər təbii sərvətlərə malik olmasın. Azərbaycan isə payına düşən sərvətlərin zənginliyinə, strateji əhəmiyyətinə görə fərqlidir. Bu gerçəkliyi də unutmaq olmaz ki, təbii ehtiyatlardan düzgün istifadə edildikdə, o, zəngin sərvətə çevrilir. Neft strategiyasının əsasını da bu prinsiplər təşkil edir.
Dövlət siyasətinin əsas prioritetləri kimi böyük əhəmiyyətə malik, Avropa və dünya birliyi dövlətlərinin enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş sayılan Azərbaycanın lider dövlət kimi tanınmasının təməlində də Ulu öndər tərəfindən qoyulan daxili və xarici siyasətin uğurlu həlli dayanır. Bütün xalqlar və dövlətlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq siyasətini yeridən Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda təmsil olunub, söz sahibi nüfuzu qazanması müdrik bir siyasətin məntiqi nəticəsi kimi bu gün də özünü doğruldur. “Əsrin müqaviləsi”nin, onun ilk bəhrəsi olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin dünyada doğurduğu əks-səda Azərbaycana marağı artırmaqla, respublikamızı regionda lider dövlət kimi tanıtdırdı.
Bir faktı qeyd etmək kifayətdir ki, “Əsrin müqaviləsi”ndən sonra 31 saziş imzalanıb. Bu, Azərbaycana olan diqqətin, ən başlıcası isə həyata keçirilən siyasətin gələcəyinə inamın göstəricisidir. Ulu öndər Heydər Əliyev qısa müddətdə ölkənin hərtərəfli inkişafını təmin etməklə xalq-iqtidar birliyini daha da möhkəmləndirdi, bu həmrəyliyi sarsılmaz etdi.
Ulu öndərin 1993-1998-ci illərdə gördüyü işlər 11 oktyabr 1998-ci ildə keçirilən prezident seçkilərində qələbəsini yenidən təkrarlamasına böyük zəmin yaratdı. Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidildi, diplomatik uğurlar bir-birini əvəzlədi. Yalanları ilə dünyada cərəyan edən proseslərə təsir etmək imkanlarına malik olan ermənilərin və erməni diasporunun əsassız təbliğatları faktlar əsasında ifşa olundu. Ulu öndər Heydər Əliyev uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasına nail oldu. Dünya siyasətində dəst-xətti ilə seçilən ümummilli lider Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilirdi.
1998-ci ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin etimadını qazanan Ulu öndər Heydər Əliyev növbəti illər üçün fəaliyyət konsepsiyasını açıqladı. Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini dahiyanə düşüncələri və zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıraraq əsas vəzifə kimi respublikada dövlət quruculuğuna diqqət yetirdi. Demokratik sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, müxalif qüvvələrlə konstruktiv əməkdaşlıq baxımından qanunlara əsaslanan mövqeyini bəyan etdi. ümummilli lider Heydər Əliyevin ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi 1993-2003-cü illərdə insan hüquq və azadlıqlarının müdafiəsi üçün möhkəm təməl formalaşdırılmışdır. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq, ölkəmizdə ölüm hökmü ləğv olundu. Bu gün dünyanın bir çox qabaqcıl ölkələrində belə ölüm cəzasının hələ də ləğv olunmadığını və mütəmadi olaraq tətbiq edildiyini nəzərə alsaq, o zaman Ulu öndərin bu addımının nə dərəcədə böyük hüquqi, tarixi dəyərinin olduğunu dərk etmiş olarıq. Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik prinsipinin nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilmiş, həmin dövrdən etibarən imzalanmış Sərəncam və fərmanlara əsasən minlərlə vətəndaşımız azadlığa qovuşmuşdur. ümummilli lider hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətin alçaldılması, zorakılıq, işgəncə, bu kimi qeyri-qanuni üsul və vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə kimi qoymuşdur. Ulu öndərin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul olunmuş Milli Konstitusiyada bu məsələ önə çəkilir.
Demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının inkişafı istiqamətində də Ulu öndər Heydər Əliyevin atdığı addımlar daim təqdir olunur. Mətbuatın dünya təcrübəsindən bəhrələnməsi, xüsusilə KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, o cümlədən, jurnalistlərin peşə səviyyəsinin yüksəldilməsi və hüquqlarının qorunması üçün bütün zəruri addımlar atılmış və tədbirlər həyata keçirilmişdir.
Mətbuatımızın inkişaf tarixinə nəzər salsaq qeyd edə bilərik ki, bu tərəqqi daha çox 1998-ci ildə senzuranın ləğvindən sonra nəzərə çarpmağa başladı. ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, müstəqil elektron KİV-lərin, jurnalist qurumlarının və bu sahədə qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi demokratik mətbuatın mövcudluğunu təsdiq edən amillərdir. ümummilli lider Heydər Əliyevin milli mətbuatımız qarşısındakı xidmətləri ictimai-siyasi miqyasına, tarixi əhəmiyyətinə və mahiyyətinə görə olduqca böyükdür. ölkədə azad və müstəqil mətbuatın inkişafı, jurnalistlərin hüquqlarının qorunması üçün köklü islahatlar aparıldı, qanunlar qəbul edildi.
Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən ölkəmizin əldə etdiyi siyasi və iqtisadi uğurlarla yanaşı, özünəməxsus vətəndaşlıq həmrəyliyi fəlsəfəsi olan azərbaycançılıq konsepsiyası, bütün Türk dünyasının birliyi ideyası, Azərbaycan dili və ədəbiyyatı, milli-mənəvi, dini dəyərlərimiz, hüquqi dövlətin yaradılması, vətəndaş cəmiyyətinin formalaşması, dünya azərbaycanlılarının təşkilatlanması və s. bu kimi məsələlər göz önünə gəlir. Onun siyasətinin, fəaliyyətinin fəlsəfi kökündə milli təfəkkür, milli şüur, milli düşüncə, azərbaycançılıq məfkurəsi dayanırdı.
Ulu öndər Heydər Əliyev “Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, dinimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir” deyərək milli dəyərlərimizə, düşüncə və ideologiyamıza yeni çalarlar əlavə etmişdir. ümummilli lider bütün dünya azərbaycanlılarını bir ideya-azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağırdı.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1991-ci ilin 16 dekabrında Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. O illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.
Ulu öndər xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra da xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirmiş, müxtəlif xarici ölkələrə çoxsaylı səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğılarına daim böyük həssaslıqla yanaşmışdır. Azərbaycanın diaspor təşkilatlarına öz tövsiyələrini verən Ulu öndər xarici ölkələrdəki səfirliklərimizi də diaspor quruculuğu prosesinə cəlb etmiş, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında real iştiraka istiqamətləndirmişdir. Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirə edilməsini nəzərə alaraq, 2001-ci ilin may ayının 23-də xüsusi Sərəncam imzalamış, həmin Sərəncama uyğun olaraq 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında sıx birləşməklə təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmişdir. Bu addım diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu.
Ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atıldı. Ulu öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı əsas diqqəti bu münaqişəyə yönəldərək, Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan etdi. Ulu öndər Heydər Əliyev diplomatik mübarizənin gücləndirilməsi ilə yanaşı “Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik” söyləyərək ordu quruculuğu sahəsində mühüm addımlar atdı.
ümummilli lider, eyni zamanda, müasir Azərbaycanın siyasi həyatının ən əlamətdar hadisələrindən olan Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Yeni Azərbaycan Partiyasının yaradılması həmin dövrün tələbi idi. ölkəmizin ağır durumunda 91 nəfər Azərbaycan ziyalısının Ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir” müraciəti ölkə ictimaiyyəti arasında böyük canlanma yaratdı. Bu, yalnız 91 nəfərin deyil, ölkədə baş alıb gedən özbaşınalıqdan, siyasi gərginlikdən səbr kasası dolmuş bütöv bir xalqın Heydər Əliyevə böyük ümidinin ifadəsi idi. Ulu öndər Heydər Əliyev Azərbaycan ziyalılarının müraciətinə cavabında bildirmişdir: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir. Eyni zamanda, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir”.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilərək, Ulu öndər Heydər Əliyev YAP-ın Sədri seçildi. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550-dən artıq nümayəndə iştirak etmişdi. Bu gün partiyanın sıralarında 500 mindən artıq üzvün birləşməsi məhz Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir.
Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir. ümummilli liderin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmiz qarşısında böyük imkanlar açır. Bir faktı qeyd etmək kifayətdir ki, 2009-cu ildə başlanan və hələ də dünyada davam edən iqtisadi və maliyyə böhranı hər bir ölkənin hansı potensiala malik olduğunu açıqladı. Azərbaycan uğurlu iqtisadi göstəriciləri ilə dünyanın diqqətində oldu. Bu reallıq beynəlxalq ekspertlər tərəfindən də etiraf olundu ki, Azərbaycanın bu sınaqdan şərəflə çıxmasına səbəb iqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulmasıdır.
Gündən-günə daha da qüdrətlənən ölkəmiz, eyni zamanda, bu uğurların qazanılmasına əsas verən Prezident İlham Əliyevin siyasəti barədə bir-birindən maraqlı, diqqətçəkən fikirlər söylənilir. ümumi rəy budur ki, xalqın etimadını qazanan, hər bir vədini konkret əməli işi ilə sübut edən dövlət başçısına milyonların sevgisi şəksizdir. Cənab İlham Əliyev 2003-2008-ci illər Prezidentliyi dövründə hər bir sahədə həyata keçirdiyi tədbirlər, uğurlu layihələrlə 2008-ci ilin 15 oktyabr prezident seçkilərində növbəti beş il üçün də qələbəsinə zəmin yaratdı. Xalqımız 2008-ci il prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləməklə uğurlu sabaha səs verdi.
Azərbaycanın dinamik və sabit inkişafı üçün müstəsna əhəmiyyəti olan neft siyasətinin incəliklərinə dərindən bələd olan cənab İlham Əliyevin əsası Ulu öndər tərəfindən qoyulan neft strategiyasını uğurla davam etdirməsi ilə Azərbaycanın uğurları bir-birini əvəzləməkdədir. Daim neft ölkəsi kimi tanınan Azərbaycan bu gün həm də qaz ixracatçısıdır.
“Azərbaycanın bütün neft-qazı, təbii ehtiyatları xalqa xidmət etməlidir, neftdən əldə olunan gəlirlər şəffaf şəkildə və ədalətli bölünməlidir”. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft-qaz gəlirlərindən səmərəli istifadəni qarşıya ən ümdə məqsəd kimi qoyub. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq yaradılan Dövlət Neft Fondunun aktivlərinin həcminin ildən-ilə artması, mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsi də deyilənlərin təsdiqidir. Dövlət Neft Fondu dövlət siyasətinin prioritetlərini ifadə edir. Belə ki, Fondda toplanan vəsaitlər müxtəlif sosial-iqtisadi layihələrin gerçəkləşməsinə yönəldilir. ötən ilin sosial-iqtisadi uğurlarından biri kimi Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsini xüsusi qeyd etməliyik. Bu layihə də Fondun vəsaitləri hesabına həyata keçirilmişdir. “Neft Fondunun xətti ilə icra edilmiş layihələr bizim üçün prioritet layihələrdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, əgər iqtisadi imkanlarımız olmasaydı, biz bu layihəni həyata keçirə bilməzdik.
Azərbaycanın uzunmüddətli inkişaf perspektivlərini çox böyük nikbinliklə qeyd edən dövlət başçısı İlham Əliyev bildirir ki, hər beş il üçün strateji xətt əsasında müvafiq proqramlar tərtib olunur və yüksək səviyyədə icra edilir.
ölkə iqtisadiyyatının inkişafında neft-qaz amilinin rolu böyükdür. Lakin neftdən əldə olunan gəlirlərin düzgün istifadəsi, iqtisadiyyatın şaxələndirilməsinə geniş imkanların açılması Azərbaycanın hərtərəfli inkişafını təmin edir. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına, bir sözlə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlib. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilib.
1994-cü ildən başlayaraq Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, yaradılan əlverişli biznes mühiti daim xarici sərmayədarların ölkəmizə xüsusi maraq göstərməsinə səbəb olub. Bunun nəticəsidir ki, investisiya cəlbediciliyi baxımından Azərbaycan lider ölkələr siyahısında yer alır. 2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulub. Qeyri-neft sektoruna qoyulan investisiyalar neft sektorundan çoxdur. 15,5 milyard dollardan 9,3 milyard dolları qeyri-neft sektoruna qoyulan sərmayədir. Dövlət başçısı bildirir: “Bu da onu göstərir ki, bir neçə il bundan əvvəl bəyan etdiyimiz proqram və konseptual yanaşmamız həyatda öz əksini tapır. Yəni, bizim planlarımız həyata keçirilir, nəzərdə tutduğumuz bütün proqramlar reallaşır və dediyim rəqəmlər bunun bariz nümunəsidir. Mən əminəm ki, bu il də ölkə iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulacaqdır. Biz elə etməliyik ki, bu investisiyalar daha da böyük rəqəmlərlə ölçülsün və beləliklə, ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf etsin”.
İnvestisiyalar sahəsində Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edir və onlardan kredit, eləcə də, digər formalarda vəsaitlər cəlb olunur. Bu sahədə Dünya Bankı ilə əməkdaşlıq daha çox diqqəti cəlb edir. Dünya Bankının maliyyələşdirdiyi layihələrin miqyası genişdir. Bu, sosial müdafiə sisteminin, qaçqın və məcburi köçkünlərin rifahının yaxşılaşması, eləcə də, iri infrastruktur layihələridir.
Azərbaycanda əlverişli investisiya mühitinin olması Dünya Bankının hesabatlarında da öz əksini tapır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanı 2009-2010-cu illərdə biznes mühitin yaxşılaşdırılmasına dair islahatların aparılması üzrə ən islahatçı ölkə elan edib.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan investisiya imkanlarını daha da möhkəmləndirir. Son yeddi ildə yatırılan investisiyalar və məqsədyönlü sosial-iqtisadi tədbirlər nəticəsində ölkədə 900 mindən artıq iş yeri yaradılıb, yoxsulluğun səviyyəsi 9,1 faizə enib. Regionların inkişafına dair həyata keçirilən proqramlar sayəsində bütün bölgələrdə istehsal sahələrinin sıx şəbəkəsi təmin edilib, əhalinin gəlirləri dəfələrlə artıb. Azərbaycan iqtisadi artım tempinə görə dünyada lider ölkəyə çevrilib. İqtisadi qüdrətin artması maliyyə imkanlarının genişlənməsinə səbəb olur. Dövlət başçısı İlham Əliyev bildirir ki, biz bu gün istənilən böyük maliyyə resursları tələb edən layihəni öz gücümüzlə icra edə bilərik.
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bugünkü vəziyyəti artıq keçid proqramının əsas məqsədlərinə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir. Bütün bunlar göstərir ki, ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas məqsədi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu məqsədin gerçəkləşməsi üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib.
Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi mərasimində dövlət başçısı İlham Əliyev diqqəti bir daha uğurlarımıza yönəldərək bildirmişdir ki, biz bundan sonra da çalışacağıq ki, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edək. “Bizim konkret proqramlarımız-regional inkişaf proqramı, ölkəmizin gələcək inkişaf proqramı vardır. Biz fəaliyyətimizi bu proqramlara uyğun şəkildə qururuq. Son illər ərzində əldə edilmiş uğurlar, artan iqtisadiyyat və gözəlləşən, abadlaşan şəhərlər, yeniləşən infrastruktur-bütün bunlar Azərbaycan reallıqlarıdır”.
Həyata keçirilən mühüm, nəhəng layihələr Azərbaycan dövlətinin gücünün, qüdrətinin, potensial imkanlarının göstəricisidir. Azərbaycan dövləti bu su kəmərini çəkməklə bir daha sübut etdi ki, öz qüvvəsi, maliyyə imkanları hesabına ən mürəkkəb layihələri icra edə və onu məntiqi sonluğa çatdıra bilər.
ölkə iqtisadiyyatının inkişafı üçün əsas amil olan enerji təhlükəsizliyinin təminatı istiqamətində də önəmli addımlar atılır. Enerjiyə olan tələbatını daxili imkanar hesabına ödəyən Azərbaycan dünya dövlətlərinin enerji təhlükəsizliyinin təminatında mühüm rolu ilə etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir. Son illərdə Azərbaycanda neft-qaz hasilatı böyük həcmdə artıb. Əgər 2003-cü ildə neft hasilatı 15,4 milyon ton idisə, ötən il bu rəqəm qat-qat olmuşdur. 2003-cü ildə 5,5 milyard kubmetr qaz hasil edilirdi, ötən il 27 milyard kubmetrə yaxın olmuşdur. Bütün bunlar proqnozların doğrulacağına inam yaradır. Belə ki, 2015-ci ildə neft hasilatının 60 milyon tona və qaz hasilatının 34 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
Azərbaycanın karbohidrogen ehtiyatlarını nəql edən 7 neft-qaz kəməri var. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu, dünya bazarına birbaşa çıxış olmayan ölkə üçün həlledici məsələdir: “Neft-qaz sərvəti nə qədər olursa-olsun, bunları dünya bazarına çıxarmaq mümkün olmadığı təqdirdə onun heç bir mənası yoxdur”.
Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirməsi ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də yol açır. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması Prezident İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir. Cənab İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır. Azərbaycanın ötən ildə əldə etdiyi diplomatik uğurlardan bəhs edərkən NATO-nun Lissabon, ATƏT-in Astana sammitində qəbul olunan qətnamələri xüsusilə qeyd etməliyik. Eyni zamanda, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etdi.
Qəbul olunan sənədlərdə ölkəmizin ədalət prinsiplərinə əsaslanan mövqeyi öz əksini tapıb.
“Mən bu fikirdəyəm ki, ölkəmizin davamlı və uzunmüddətli inkişafı, bütün digər cəhətlərlə yanaşı, ilk növbədə, demokratiyanın, inkişaf səviyyəsindən və hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsindən asılıdır” söyləyən Prezident İlham Əliyev ölkədə insan hüquqlarının, söz, mətbuat, vicdan azadlığının qorunmasına xüsusi diqqət və qayğı ilə yanaşır.
Bu gün ölkəmizdə beynəlxalq standartlar səviyyəsində kütləvi informasiya vasitələrinin mövcudluğu Ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin demokratik dəyərləri uca tutmaları sayəsində mümkün olmuşdur. Dövlət başçısı İlham Əliyev Ulu öndərin Azərbaycan mətbuatının inkişafı yolunda göstərdiyi xidmətləri davam etdirir, jurnalistlərin dostu olduğunu sözdə deyil, əməldə sübuta yetirir. “Mən həmişə mətbuat üçün açıq olmuşam.” Prezident İlham Əliyev mətbuata münasibətini aydın şəkildə bildirir.
Dövlət başçısının azad mətbuatın inkişafını daim diqqətdə saxlaması, bu istiqamətdə imzaladığı sərəncamlar beynəlxalq aləmdə təqdir olunur, Azərbaycanın demokratik dəyərlərə sadiqliyini sübut edir.
ölkəmizdə mətbuata sistemli, fundamental dövlət qayğısı artıq ənənəyə çevrilib. Digər sahələr kimi mətbuatın da inkişafının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də bu siyasət uğurla davam etdirilir. Bu ənənə hər il özünəməxsusluğu ilə seçilir. Son illərə diqqət yetirək. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” təsdiqləndi. Sənədin təsdiqlənməsi ilə milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyuldu. Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, KİV-lərin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın rolunun gücləndirilməsi məqsədilə təsdiqlənən bu sənəddə qeyd edildiyi kimi, dövlətin informasiya siyasətinin başlıca vəzifələrindən biri kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyən edilməsidir. Konsepsiyaya uyğun olaraq ölkə Prezidentinin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. 22 may 2009-cu il tarixli Sərəncama əsasən isə Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru və Müşahidə Şurasının üzvləri təyin edildi. Bu kimi addımların atılmasında yeganə məqsəd müstəqil mətbuatın inkişafını təmin etmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaqdır. Lakin ötən il mətbuat tarixində daha mühüm hadisələrlə yadda qaldı.
Belə ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə mətbuatımızın 135 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması, həmin ərəfədə Mətbuat Şurasının yeni binasının istifadəyə verilməsi və möhtərəm Prezidentimizin açılış mərasimində iştirakı, “Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında”, “Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında”, həmçinin, milli mətbuatın inkişafındakı xidmətlərinə görə, 100-ə yaxın jurnalistin fəxri adlarla təltif olunması haqqında sərəncamları bu qayğının davamlılığını təsdiqləyir. Bütün bunlar həqiqi qələm sahibləri üçün böyük mənəvi dividenddir. Onlar peşələrinə diqqətlə yanaşıldığını görür və bu amil, heç şübhəsiz, gələcək fəaliyyətlərinə müsbət təsir göstərir. Digər tərəfdən, jurnalistikanın cəmiyyətdə nüfuzu artır. Jurnalistlərin mənzil problemlərinin həlli ilə bağlı imzalanmış Sərəncam isə xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə ayrılmış 5 milyon manat məbləğində vəsait mətbuat tarixində müsbət mənada böyük bir hadisə idi. ümumiyyətlə, bu, dünyada analoqu olmayan bir hadisə idi. Mətbuata qayğıya ehtiyacı olan heç bir ölkədə dövlət tərəfindən məhz belə geniş miqyaslı mütərəqqi addımların atılmasına dair təcrübə yoxdur. Dövlət başçısı jurnalist ictimaiyyəti ilə görüşündə görülən işlərin yalnız başlanğıc olduğunu vurğuladı.
Mətbuata dövlət tərəfindən qayğının bu səviyyədə olduğu halda, onun dəyərləndirilməsi vacib məqamlardandır. Bu mənada, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin “Jurnalistlərin dostu” mükafatı ilə bağlı keçirdiyi sorğunu xüsusi vurğulamaq lazımdır. Sorğunun nəticələri jurnalist ictimaiyyətinin obyektiv yanaşma tərzinin təsdiqi baxımından müstəsna səciyyə daşıdı. Keçirilən sorğunun nəticələrinə uyğun olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin “Jurnalistlərin dostu” nominasiyasının qalibi olması tamamilə təbii idi və hər bir sağlam düşüncəli jurnalistin ürəyindən olan bir istək idi. 2010-cu il dekabrın 29-da “Gülüstan” sarayında möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə keçirilən təqdimetmə mərasimində ölkə başçısı bir daha qeyd etdi ki, hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Məhz buna görə, Azərbaycanda söz azadlığı, vicdan azadlığı, plüralizm meyilləri gücləndirilməlidir. “Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir” söyləyən dövlət başçısı İlham Əliyev atılan addımların davamlı olacağını bildirdi: “Bir daha demək istəyirəm ki, aldığım bu mükafatdan asılı olmayaraq, mən bundan sonra da çalışacağam ki, Azərbaycanda bu sahədə daha da böyük addımlar atılsın. Azərbaycan dövləti öz dəstəyini göstərsin. ölkədə müasir jurnalistikanın formalaşması işində Azərbaycan dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm.”
Dövlət başçısının çıxışı media sahəsində daha böyük tədbirlərin gerçəkləşəcəyinə, yeni nailiyyətlərin olacağına bir mesajdır.
Müstəqil dövlətimizin son 17 ildə qazandığı uğurları bir yazıda əhatə etmək qeyri-mümkündür. ümumiləşdirmiş şəkildə deyə bilərik ki, artıq keçid dövrünü başa vuran, Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan ən yüksək zirvələri fəth edir. Bu inkişafın əsasında isə qeyd olunduğu kimi, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət və bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. ümummilli lider Heydər Əliyevin 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətini bir daha xatırlatmaq istərdik: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Son 7 ilin statistikası bu fikrin təsdiqi, Heydər Əliyev siyasətinin qələbəsidir.
Vüqar Rəhimzadə,
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22

