Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ADNA-da Azərbaycan xalqının böyük oğlunun barelyefinin açılışı olub

ADNA-da Azərbaycan xalqının böyük oğlunun barelyefinin açılışı olub

07.05.2011 [12:53]

Dünən Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində Azərbaycan Dövlət Neft Akademiyasında Azərbaycanın böyük oğlunun barelyefinin açılışı olub. ADNA-nın rektoru, Əməkdar Elm Xadimi, akademik Siyavuş Qarayev təntənəli mərasimi giriş sözü ilə açıb. S.Qarayev öz çıxışında ümummilli liderin Azərbaycan xalqı qarşısında görkəmli xidmətlərini, onun dövlət başçısı vəzifəsində bütün fəaliyyəti dövründə Akademiyanın professor-müəllim heyətinə və tələbə kollektivinə həqiqətən atalıq qayğısı göstərməsini qeyd edib. Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov qeyd edib ki, ulu öndərin doğum gününün qeyd edilməsi Azərbaycan xalqı üçün əsl bayrama çevrilib. Ulu öndərin neft strategiyası Azərbaycanın müstəqilliyinə, onun dünyada rolunun və nüfuzunun daha da artmasına xidmət edir. Məhz bu səbəbdən o, qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Barelyefin açılışı ilə əlaqədar təntənəli mərasimdə təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, ARDNŞ-in birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə, Milli Məclisin deputatları, ADNA-nın professor-müəllim və tələbə heyəti, KİV nümayəndələri və başqaları iştirak edib.

Paylaş:
Baxılıb: 889 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30