"2-ci Bakı Ürək Günləri" Beynəlxalq konqresi öz işinə başlayıb
14.05.2011 [00:50]
Dünən “Gülüstan” sarayında Azərbaycan ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AüDCC) təşkilatçılığı ilə “2-ci Bakı ürək Günləri” Beynəlxalq konqresi öz işinə başlayıb. Bu beynəlxalq tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilib.
Konqresdə yerli mütəxəssislərlə yanaşı, dünyanın 25 ölkəsindən 250-ə yaxın kardioloq və kardiocərrah iştirak edir. Tədbirdən məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
Azərbaycan paytaxtında “2-ci Bakı ürək Günləri” Beynəlxalq konqresinin keçirilməsində Milli Onkologiya Mərkəzinin baş direktoru, Prezident yanında Xüsusi Tibb Xidmətinin rəisi, görkəmli alim, akademik Cəmil Əliyevin xüsusi xidməti olub.
Konqresin əhəmiyyətini AzərTAc-a şərh edən akademik C.Əliyev deyib: “Bu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi çox əhəmiyyətli hadisədir. Dünyanın müxtəlif ölkələrindən tanınmış kardioloqların konqresdə iştirakı Azərbaycanda səhiyyə sahəsinin yüksək səviyyədə olmasının göstəricisidir. Bu konqres bizim mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmasına da şərait yaradacaq, həmçinin Azərbaycanın uğurlarının təbliği işində mühüm rol oynayacaqdır”.
Tədbirin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin konqres iştirakçılarına təbrik məktubunu oxuyub.
Nazir müavini ölkəmizdə hər sahədə olduğu kimi, səhiyyə sahəsində də aparılan islahatlardan və inkişafdan söhbət açıb. Bildirilib ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir. Son illər iqtisadiyyatın yüksək inkişafı səhiyyə sahəsinə də öz təsirini göstərib və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülüb. Paytaxtda və regionlarda beynəlxalq standartlara cavab verən yeni tibb müəssisələri, müasir avadanlıqla təmin olunmuş müalicə-diaqnostika mərkəzləri istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, Azərbaycanda ilk dəfə açıq ürək əməliyyatı 1971-ci ildə həyata keçirilib. Azərbaycan o dövrdə Rusiyadan sonra bu əməliyyatı reallaşdıran ikinci ölkə olub.
E.Ağayev məlumat verib ki, ürək-damar xəstəlikləri dünyada ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdədir. Bu xəstəlik hər il dünyada 17 milyondan çox insanın həyatına son qoyur.
AüDCC-nin sədri Kamran Musayev çıxış edərək bildirib ki, belə tədbirlərin ölkəmizdə reallaşması müasir müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin məntiqi nəticəsidir. Respublikamızda kardiologiya və ürək-damar cərrahiyyəsi məhz, ümummilli liderimizin diqqət və qayğısı sayəsində sürətli inkişaf yoluna qədəm qoyub. Dahi liderin bu sahədəki uzaqgörən siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, professor Faiq Quliyev ölkəmizdə səhiyyənin digər sahələrində olduğu kimi, kardiologiya sahəsində də çox sürətli inkişafın müşahidə edildiyini bildirib. Son illərdə Azərbaycan kardiocərrahlarının uğurlu əməliyyatları yüksək qiymətləndirilir.
Tədbirin ilk günündə “ürək patalogiyalarında ürək komandasının yanaşması: kardioloqun baxışı”, “çox damar koronar arteriya xəstəliyi”, “Aortal qapaq”, “ürək çatışmazlığı” və digər mövzularda məruzələr dinlənilib, səmərəli müzakirələr aparılıb.
Mayın 15-dək davam edəcək konqresdə kardiologiya və ürək cərrahiyyəsinin ən mübahisəli problemlərinə toxunulacaq. Dünyanın tanınmış mütəxəssisləri ilə birgə xəstələr üzərində aparılacaq əməliyyatların gedişi tədbirdə canlı yayımlanacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

