Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "2-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresi ilə bağlı mətbuat konfransı keçirilib

"2-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresi ilə bağlı mətbuat konfransı keçirilib

13.05.2011 [10:00]

Mayın 13-dən 15-dək Bakıda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “2-ci Bakı ürək Günləri” Beynəlxalq Konqresi keçiriləcək. Konqresin təşkilatçısı Azərbaycan ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AüDCC) sədri Kamran Musayev dünən bununla bağlı mətbuat konfransı keçirib. AüDCC-nin sədri bildirib ki, “1-ci Bakı ürək Günləri” Beynəlxalq Konqresi 2009-cu ildə 16 xarici ölkə nümayəndəsinin iştirakı ilə baş tutub. K.Musayevin sözlərinə görə, konqresin keçirilməsində məqsəd Azərbaycanda kardiologiyanın inkişafına töhfə verməkdir: “Tədbirdə kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunulacaq. İlk dəfə olaraq respublikamızdan və xarici ölkələrdən məqalə və tezislərin elektron qəbulu həyata keçirilib. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparacağımız əməliyyatların konqres salonunda canlı yayımı “Bakı ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Eyni zamanda konqresimiz azərbaycanlı həmkarlarımıza dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Təşkil edəcəyimiz sosial proqram ilə, xüsusilə, əcnəbi qonaqlarımız Azərbaycanının zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər”.
Konqresdə Azərbaycanın bütün bölgələrindən 600-dən, dünyanın 25 ölkəsindən isə 200-dən çox kardioloq və kardiocərrah iştirak edəcək.
SƏLİM

Paylaş:
Baxılıb: 827 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30