Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP siyasi partiyaları üç parametr üzrə maliyyələşdirməyi təklif edir

YAP siyasi partiyaları üç parametr üzrə maliyyələşdirməyi təklif edir

24.05.2011 [09:18]

Hakim Yeni Azərbaycan Partiyası siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsini nəzərdə tutan təkliflərini açıqlayıb. YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına açıqlamasında deyib ki, YAP partiyaların dövlət büdcəsindən bir necə parametr üzrə maliyyələşməsini təklif edir: “Təklif edirik ki, “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunduqdan sonra partiyalar təkrar dövlət qeydiyyatından keçirilsin və qeydiyyatdan keçən partiyaların hamısı dövlət büdcəsindən maliyyələşdirilsin. İkincisi, parlament seçkisində iştirak edən partiyalar aldıqları səsin miqdarına görə maliyyələşdirilsin. üçüncüsü, Mili Məclisdə deputat mandatının sayına görə partiyaya maliyyə ayrılsın. Bizim təklifimizə əsasən elə partiya olacaq ki, üç istiqamətdə maliyyə alacaq”.
Deputat deyib ki, artıq onlar “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsini Milli Məclisə təqdim ediblər: “Məsələ ictimai müzakirəyə çıxarılanda mövqeyimizi bildirəcəyik. Bizim təkliflər qanuna dörd istiqamətdə dəyişiklik edilməsini nəzərdə tutur. Birincisi, partiyaların dövlət qeydiyyatı, ikincisi, siyasi partiyaların fəaliyyət istiqamətləri, üçüncüsü, partiyaların maliyyələşdirilməsi, dördüncüsü isə partiyaların beynəlxalq qurumlarda təmsilçiliyi ilə bağlı təkliflərimizi vermişik. Hesab edirik ki, bu dörd əsas şərt qanunda öz əksini tapmalıdır və bununla bağlı geniş layihə hazırlamışıq”.

Paylaş:
Baxılıb: 881 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30