Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Çində 28 May - Respublika günü qeyd edilib

Çində 28 May - Respublika günü qeyd edilib

01.06.2011 [10:02]

Azərbaycanın çindəki səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 93-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmək üçün çində səfərdə olan nümayəndə heyətinin üzvləri - mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin Azərbaycan-çin parlamentlərarası əlaqələr üzrə işçi qrupu sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisin deputatı Rauf Əliyev, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, habelə çin hökumətinin və ictimaiyyətinin, Pekində fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, azərbaycanlılar, tələbələr və mətbuat nümayəndələri iştirak ediblər. Azərbaycanın və çinin dövlət himnləri səsləndirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın yarandığını qeyd edib. çin xarici işlər nazirinin müavini çenq Quoping tədbirdə çıxış edərək, öz hökuməti adından Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edib. üzərində Azərbaycanın və çinin dövlət bayraqlarının təsviri əks olunduğu tort kəsildikdən sonra mərasim iştirakçıları Azərbaycan mətbəxinin nümunələrini dadıblar.

Paylaş:
Baxılıb: 870 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30