Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Dialoq bərabər səviyyəli tərəflər arasında aparılır, müxalifət cəmi iki-üç adamdır, onlarla nə dialoq aparmaq olar?

Siyavuş Novruzov: Dialoq bərabər səviyyəli tərəflər arasında aparılır, müxalifət cəmi iki-üç adamdır, onlarla nə dialoq aparmaq olar?

02.06.2011 [10:05]

“Biz dialoqla bağlı həmişə təkliflərimizi vermişik. Lakin müxalifətin dialoq aparmağa hər hansı potensialı yoxdur”. APA-nın xəbərinə görə, bu fikirləri jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib. O, Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Dialoq məsələsində top hakimiyyət meydanındadır” fikirlərinə münasibət bildirərkən deyib ki, dialoq o tərəflər arasında aparılır ki, həmin tərəflər bərabər səviyyədə olur: “Onlar cəmi iki-üç adamdır, onlarla da nə dialoq aparmaq olar? Bu, mənasız bir şey olar”.
S.Novruzov parlamentdə təmsil olunan müxalifət partiyaları ilə dialoq apardıqlarını da deyib: “Bu proseslər gedir. Kim ki, özünü cəmiyyətdən kənarda tutur, cəmiyyətə qoşulmur, bu, artıq onların problemdir”.
S.Novruzov Azərbaycanda “İctimai Palata” adlı qurum tanımadığını da vurğulayıb.

Paylaş:
Baxılıb: 890 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30