Ankarada YAP Sədrinin müavini ilə AK Parti Sədrinin birinci müavini arasında görüş keçirilib
13.03.2023 [18:24]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti qardaş Türkiyə Respublikasına səfər edib.
Səfər çərçivəsində martın 13-də Ankarada YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş arasında görüş keçirilib.
AK Parti Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin önəmindən bəhs edib. O, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin səfərinin bu gerçəkliyin bariz nümunəsi və həmrəylik örnəyi olduğunu söyləyib. Numan Kurtulmuş Azərbaycan ilə Türkiyənin istənilən şəraitdə və hər vəziyyətdə bir-birinin yanında olduqlarını qeyd edib. Türkiyədə baş vermiş zəlzələnin ilk dəqiqələrindən Prezident İlham Əliyevin Türkiyəyə dəstək ifadə etdiyini xatırladan Numan Kurtulmuş Azərbaycanın göstərdiyi maddi və mənəvi dəstəyin Türkiyə xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyini bildirib. AK Parti Sədrinin birinci müavini Prezident İlham Əliyevin qardaş dəstəyinə xüsusi ehtiyacın olduğu günlərdə Türkiyəyə səfər etməsinin böyük minnətdarlıqla qarşılandığını diqqətə çatdırıb. Numan Kurtulmuş zəlzələnin acı fəsadlarının aradan qaldırılması istiqamətində ardıcıl iş aparıldığını və Türkiyənin bu ağır sınaqdan da şərəflə çıxacağını vurğulayıb.
Qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində on minlərlə insanın həyatını itirməsi və xəsarət almasının Azərbaycan xalqı tərəfindən böyük üzüntü ilə qarşılandığını söyləyən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov fəlakətlə əlaqədar Türkiyə xalqına başsağlığı verib, yaralananlara isə Allahdan şəfa diləyib.
YAP Sədrinin müavini təbii fəlakətin baş verməsinin ardından dərhal Azərbaycanın qardaş ölkəyə dəstək göstərdiyini xatırladaraq acı faciənin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. O, Azərbaycan xalqının könüllü şəkildə müxtəlif təşəbbüslər irəli sürərək maddi və mənəvi dəstək göstərməsinin sarsılmaz birlik nümunəsi olduğunu vurğulayıb. Tahir Budaqov bütün Azərbaycan xalqı kimi, Yeni Azərbaycan Partiyasının üzvlərinin də zəlzələdən əziyyət çəkən qardaşlarımıza öz dəstəyini və köməyini əsirgəmədiklərini qeyd edib.
YAP Sədrinin müavini Türkiyənin qüdrətli dövlət kimi istənilən çətinliyin öhdəsindən gəlmək iqtidarında olduğunu bildirib. O, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə görülən işlər nəticəsində təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılacağına əminliyini ifadə edib, Azərbaycanın hər zaman sevincimizin və kədərimizin bir olduğu dost və qardaş Türkiyənin yanında olduğunu vurğulayıb. Qarşıdan gələn seçkilərin qardaş ölkənin gələcəyi üçün uğurlu olmasını arzu edən Tahir Budaqov “Türkiyə xalqı müdrikdir və inanıram ki, düzgün seçim edərək son illərdə qazanılan möhtəşəm uğurların davamına səs verəcək”,- deyə bildirib.
Görüşdə YAP ilə AK Parti arasındakı münasibətlərin hazırkı durumu və perspektivləri ilə əlaqədar də fikir mübadiləsi aparılıb. 2021-ci ildə iki partiya arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələrək mühüm addımların atıldığı, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına əhəmiyyətli töhfə olduğu diqqətə çatdırılıb.
Daha sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətində Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadə təmsil olunurlar.
Xəbər lenti
Hamısına baxSiyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08

