/ / Azərbaycan beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsipləri çərçivəsində çeviklik və kompromislərə hazırdır
Azərbaycan beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsipləri çərçivəsində çeviklik və kompromislərə hazırdır
09.06.2011 [10:08]
“Biz Fransa, Rusiya və ABŞ prezidentlərinin Dovildə verdikləri birgə bəyanatı çox böyük diqqətlə oxuduq. Bu bəyanat ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin məsələyə münasibətinin səviyyəsini nümayiş etdirir”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin bu il mayın 26-da Dovildə verdikləri bəyanata münasibət bildirərkən deyib.
Nazir müavini bəyanatın Azərbaycan və Ermənistan prezidentlərini münaqişənin həlli prinsiplərini işləyib hazırlamaq üçün növbəti addımlar atmağa və bu istiqamətdə öz səylərini artırmağa çağırdığını bildirib: “Azərbaycanın mövqeyi hamıya bəllidir. Biz hər hansı dövlətin ərazi bütövlüyünə qarşı güc tətbiqini qəbuledilməz hesab edən Helsinki Yekun Aktının prinsiplərinə əsaslanırıq. Ona görə də güc tətbiq edərək ərazilərin işğal edilməsi və ərazilərin ələ keçirilməsi qəti və birmənalı şəkildə yolverilməzdir. Məhz bu prinsiplərə görə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişməz olaraq qalmalıdır, təbii ki, əgər bu haqda digər müqavilə yoxdursa...”
A.Əzimov qeyd edib ki, Azərbaycan Helsinki Yekun Aktının bütün prinsiplərinə hörmət edir və anlayır ki, xalqların öz müqəddəratını təyin etmək hüququ dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun olaraq həyata keçirilməlidir: “Məhz bu prinsiplərdən çıxış edən Azərbaycan münaqişənin həlli nəticəsində, işğal edilmiş torpaqlardan işğalçı qüvvələrin çəkiləcəyini, insanların öz doğma yurd-yuvalarına qayıdacağını, həyatın normal axara düşəcəyini, azərbaycanlıların və ermənilərin Dağlıq Qarabağda sülh şəraitində birgə yaşayacağını və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hər iki icması üçün özünüidarə statusunun müəyyən olunacağını gözləyir. Biz bundan artığını istəmirik, amma bundan azına da razı olmayacağıq. Biz beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsipləri çərçivəsində çeviklik və kompromislərə hazırıq. Bir daha təkrar edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü heç bir danışıqların müzakirə mövzusu kimi nəzərdən keçirmir. özünüidarəetmə statusu Dağlıq Qarabağın hər iki - azərbaycanlı və erməni icmalarının iştirakı ilə sonrakı mərhələdə müzakirə edilə bilər və biz ümid edirik ki, müzakirə ediləcək. Biz erməni tərəfi ilə bu yolla razılığa gələ biləcəyimizə ümid edirik”.
Nazir müavini Azərbaycanın münaqişənin sülh yolu ilə həlli üçün bütün mümkün imkanlardan istifadə etdiyini vurğulayıb: “Biz, həmçinin həmsədr ölkələrin prezidentlərinin erməni qüvvələri tərəfindən işğal edilmiş ərazilər üzərində hazırkı “status-kvo”nun qəbul edilməz olduğunu bildirən qənaətləri ilə razıyıq və mövcud vəziyyəti yaxşılaşdırmaq üçün öz səylərimizi həmsədrlərin səyləri ilə birləşdirməliyik. Əlbəttə ki, danışıqlar prosesinə rəhbərlik edən bu üç dövlətin yuxarıda qeyd etdiyimiz kimi Helsinki Yekun Aktına riayət olunması üçün əllərindən gələni edəcəklərini gözləyirik. Əgər bu səylər uğurlu nəticə versə, biz həmsədrlərlə birgə bu uğuru qeyd etməyə hazır olacağıq. Zamanın ötməsinə baxmayaraq, Azərbaycan ağır danışıqlar prosesində hələ də səbir, maraq və istəyini qoruyub saxlayır. Lakin görünür danışıqların ağırlığı obyektiv kriteriyalar və səbəblərdən daha çox subyektiv faktorlar və Ermənistanın daxili siyasi çətinliklərindən irəli gəlir. Biz Ermənistan tərəfinin bundan sonra da Azərbaycan xalqının Dağlıq Qarabağ regionu da daxil olmaqla öz torpaqlarında yaşamaq hüququnu pozmasına icazə verməyəcəyik. Eyni zamanda, biz Dağlıq Qarabağ regionundakı erməni vətəndaşlarımızın azərbaycanlı vətəndaşlarımızla birgə yaşamalarını təmin etməyə hazırıq.
Təəssüflər olsun ki, biz Ermənistan tərəfinin beynəlxalq hüququn prinsiplərini yanlış şərh etməsinin, uzlaşmayan məsələlərin əlaqələndirilməsi naminə onlardan sui-istifadə etməsinin və beynəlxalq hüquqda Azərbaycan torpaqlarının işğalına əsaslar tapmaq cəhdlərinin şahidi oluruq. Təəssüflər olsun ki, biz həmçinin, Ermənistan tərəfinin torpaqların qaytarılmasını daha da uzatmasını, bəzi əraziləri gələcək siyasi məsələlər naminə “girov” saxlamasını, eləcə də, azərbaycanlı icmanın Dağlıq Qarabağ bölgəsinə geri qayıtmasını rədd etmək cəhdlərini müşahidə edirik və bunlar öz növbəsində Ermənistanın əsl niyyətini nümayiş etdirir. Bu əsaslar üzərində kompromis əldə oluna bilməz. Biz ümid edirik ki, beynəlxalq ictimaiyyət, xüsusilə də ATƏT, Helsinki Yekun Aktının prinsiplərinin bundan sonra da pozulmasına və onlardan sui-istifadə olunmasına imkan verməyəcək və biz bu uzunsürən həll prosesində ATƏT-in dəstəyinə arxalanırıq”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

