Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündən çox şey gözlənilir

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündən çox şey gözlənilir

14.06.2011 [10:13]

Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişin əldə olunmasının vaxtı yetişib
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişin əldə olunmasının vaxtı yetişib”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
O, xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri də bu yaxınlarda birgə bəyanat veriblər: “Artıq münaqişənin tezliklə həll olunmasına dair ortada iradə mövcuddur. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündən də çox şey gözlənilir. Həmsədr ölkələrin prezidentlərinin bəyanatında münaqişənin həlli ilə bağlı danışıqların intensivləşdirilməsi və sürətlənməsi çağırışları var. Bu baxımdan Kazan görüşündə də bəzi irəliləyişlərə nail olmaq imkanları mövcuddur”.
Ə.Həsənov vurğulayıb ki, münaqişənin həlli yalnız Azərbaycandan deyil, neçə illərdir danışıqlar prosesində qeyri-konstruktivlik göstərən Ermənistandan da asılıdır. Onun sözlərinə görə, dəfələrlə ümid bəslənən məsələlər görüşlər zamanı Ermənistan tərəfindən pozulub və ya danışıqlar prosesi ləngidilib.

Paylaş:
Baxılıb: 892 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30