/ / Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının - BSANNA-nın V Baş Assambleyası keçirilib
Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının - BSANNA-nın V Baş Assambleyası keçirilib
14.06.2011 [10:19]
“İnnovasiyalı inkişaf: şəffaflıq və modernləşmə” mövzusunda keçirilən Assambleyada üzv ölkələrin - Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova, Bolqarıstan, Rumıniya, Yunanıstan və Makedoniya Respublikasının milli informasiya agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan, çoxsaylı qonaqları salamlayan AzərTAc-ın baş direktoru Aslan Aslanov bildirib ki, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası - BSANNA bu gün dünyanın nüfuzlu media qurumları sırasındadır. BSANNA 2006-cı ilin mayında Ukraynanın paytaxtı Kiyevdə keçirilmiş təsis konfransında yaradılıb.
A.Aslanov vurğulayıb ki, “İnnovasiyalı inkişaf: Şəffaflıq və modernləşmə” mövzusunun toplantının gündəliyinə çıxarılması heç də təsadüfü deyil. çünki yeni minillik özü ilə birlikdə yeni reallıqlar, yeni çağırışlar gətirib.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirin əhəmiyyətindən danışaraq növbəti bir il ərzində BSANNA-ya rəhbərlik edəcək AzərTAc-ın bu missiyanı çox məsuliyyətlə və müvəffəqiyyətlə yerinə yetirəcəyinə əmin olduğunu deyib.
Dünyada vahid informasiya məkanının formalaşdığını vurğulayan Ə.Həsənov xəbərlərin ayrı-ayrı bölgələr və bütövlükdə transmilli dünyada müxtəlif sahələr üzrə paylaşdığını qeyd edib. Şöbə müdiri bildirib ki, hazırda dünyada Avropa Xəbər Agentlikləri Alyansı, Asiya və Sakit Okean ölkələri İnformasiya Agentlikləri Təşkilatı kimi çox mötəbər media qurumları var: “Bu gün biz Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının - BSANNA-nın V Baş Assambleyasının işində iştirak edirik. Bundan başqa, türkdilli və rusdilli xəbər agentliklərinin birlikləri də mövcuddur. Biz, həmçinin müasir dünyamızda həm ərazi, həm dil, həm də bir çox digər amillərə görə xəbər agentlikləri arasında birliklərin, assosiasiyaların şahidiyik. Bütün bunlar informasiya sahəsində sərhədsiz dünyamızın, geniş vüsət almış qloballaşmanın yeni təzahürləridir”.
Qara dəniz hövzəsinin Xəzər və Cənubi Qafqaz bölgələri də daxil olmaqla bütün Avrasiyanı əhatə etdiyini və onun çox əhəmiyyətli geosiyasi məkan olduğunu vurğulayan Ə.Həsənov deyib ki, bu baxımdan burada baş verən hadisələr dünyanın hər zaman diqqət mərkəzindədir: “Eyni zamanda, dünyada baş verən hadisələrin bilavasitə bu regiona aidiyyəti var. Buna görə də Rusiya, Ukrayna, Türkiyə kimi böyük dövlətlər də daxil olmaqla bölgənin on dörd ölkəsini birləşdirən BSANNA bu təşkilata üzv olan dövlətlərin, ümumiyyətlə regionun siyasi, iqtisadi, mədəni, ictimai həyatında baş verən hadisələrə dair informasiyaların geniş coğrafiyada yayılmasında mühüm rol oynayır”.
Azərbaycanın BSANNA-nın fəaliyyətinə, onun mexanizmlərinin inkişaf etdirilməsinə lazımi dəstək verdiyini vurğulayan Əli Həsənov, eyni zamanda, AzərTAc-ın da işini yüksək qiymətləndirərək son illərdə Azərbaycan Dövlət Teleqraf Agentliyinin sürətlə inkişaf etdiyini, onun dünyanın nüfuzlu media qurumlarının üzvü olduğunu deyib.
Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırıb ki, hazırda AzərTAc-ın bölgədə və dünyada baş verən hadisələri əks etdirən, eləcə də yerli xəbərləri, fotoinformasiyaları bu media qurumlarının və milli agentliklərin saytlarında və bülletenlərində yer alır: “Eyni zamanda, həmin ölkələrdə baş verən hadisələri AzərTAc operativ şəkildə Azərbaycan və xarici oxucularına çatdırır. Bu ildən başlayaraq AzərTAc-ın BSANNA-da rəhbərlik etməsi Azərbaycanın ictimai-siyasi, mədəni həyatında baş verən hadisələrin də dünya ictimaiyyətinə çatdırılmasında böyük rolu olacaq”.
Şöbə müdiri BSANNA-nın Azərbaycanda bu il keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumunun və gələn il “Eurovision-2012” musiqi yarışmasının geniş şəkildə işıqlandırılmasında əhəmiyyətli rol oynayacağına da əminliyini vurğulayıb. Qeyd edib ki, AzərTAc-ın BSANNA-ya rəhbərlik etməsi, eyni zamanda, onun tərəfdaşları olan digər ölkələrin milli agentliklərinin əməkdaşları da bu tədbirlərdən daha çevik və obyektiv informasiya yaymaq hüququna və imkanına malik olacaqlar.
Tanınmış rusiyalı jurnalist Yakov Borovoyun xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra BSANNA-nın prezidenti, Gürcüstanın “GeoHotNews” Agentliyinin baş direktoru Qoça Mirtsxulava ötən bir ildə görülmüş işlər və qarşıda duran məsələlər barədə danışıb.
Sonda gürcüstanlı qonaq V Baş Assambleyanın Bakıda yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirərək növbəti ildə BSANNA-da sədrlik etmək üçün Azərbaycan Dövlət Teleqraf Agentliyinin böyük imkanları olduğunu vurğulayıb.
Mövzu ilə bağlı çıxış edən AzərTAc-ın baş direktoru Aslan Aslanov deyib ki, hazırda bəşəriyyət öz inkişafının informasiya texnologiyaları ilə sıx bağlı olan yeni mərhələsinə - informasiya cəmiyyətinə qədəm qoyub. İndi informasiya-kommunikasiya texnologiyalarının hansısa bir növündən istifadə etməyən insan təsəvvür etmək çətindir. Bəşəriyyət tarixinin informasiya cəmiyyəti adlandırılan yeni mərhələsində artıq terminləşmiş “şəffaflıq və modernləşmə” olmadan inkişafın və tərəqqinin istənilən mərhələsində irəliyə getmək, uğur qazanmaq mümkün deyil. çünki qloballaşan müasir dünyada tərəqqi, uğur, inkişaf ən müasir texnologiyalar və innovasiyalardan düşünülmüş və səmərəli istifadə etmək bacarığı ilə sıx bağlıdır.
İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Assambleyaya ev sahibliyi edən və çağdaş informasiya proseslərinin sağlam məcrada inkişafına çalışan AzərTAc-a minnətdarlığını bildirib. M.Qusman vurğulayıb ki, bu gün informasiya dünyasında baş verən mühüm hadisələrə AzərTAc da fəal müdaxilə edir. Təbii ki, AzərTAc-ın uğurlarını təmin edən əsas amil Azərbaycan dövlətinin dünyada artan nüfuzudur. Azərbaycan getdikcə dünya proseslərinin fəal və mühüm oyunçusuna çevrilir.
Assambleyada çıxış edən Bolqarıstan Teleqraf Agentliyinin (BTA) baş direktoru Maksim Minçev, Anadolu Agentliyinin baş direktorun müavini Ahmet Tek, Ukrayna Milli Xəbər Agentliyinin Xarici əlaqələr departamentinin rəhbəri Yaroslav Dovqopol, “Moldpres”in baş direktorunun müavini Fidel Qalayko, Rumıniya Milli Xəbər Agentliyinin - AGEPRES-in baş redaktoru Simona Tatu, Yunanıstan Xəbər Agentliyinin - ANA-MPA-nın multimedia şöbəsinin müdiri Petros Demetroulos, Makedoniya Xəbər Agentliyinin - MİA-nın baş direktorunun müavini Haljiti Ajdini V Baş Assambleyanın yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirərək BSANNA-nın Bakı toplantısını bu beynəlxalq qurumun həyatında mühüm hadisə kimi qiymətləndiriblər.
İştirakçılar Bakı toplantısının bundan sonrakı əməkdaşlıq üçün daha da böyük imkanlar yaradacağına əmin olduğunu vurğulayıblar.
Sonra Assambleyada təşkilati məsələlər müzakirə olunub.
BSANNA-da sədrlik Gürcüstanın “GeoHotNews” agentliyindən Azərbaycan Dövlət Teleqraf Agentliyinə - AzərTAc-a keçib.
BSANNA-nın prezidenti Q.Mirtsxulava Assosiasiyada prezidentliyi AzərTAc-ın baş direktoru A.Aslanova təhvil verərək ona rəhbərliyi dövründə uğurlar arzulayıb.
Bakı Assambleyasında BSANNA-nın tarixində ilk dəfə olaraq qurumun rəhbər orqanı - Bürosu yaradılıb. Büroya BSANNA-nın prezidenti rəhbərlik edəcək. İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bolqarıstan Teleqraf Agentliyinin baş direktoru Maksim Minçev, Gürcüstanın “GeoHotNews” agentliyinin baş direktoru Qoça Mirtsxulava Büro üzvü seçiliblər.
BSANNA-nın VI Baş Assambleyasının gələn ilin iyunun əvvəlində Rusiyanın Soçi şəhərində keçirilməsi qərara alınıb.
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22

