/ / Azərbaycan demokratikləşdirmə prosesinin davam etdirilməsinə, qanunun aliliyinin və bütün demokratik azadlıqların təmin edilməsinə sadiqdir
Azərbaycan demokratikləşdirmə prosesinin davam etdirilməsinə, qanunun aliliyinin və bütün demokratik azadlıqların təmin edilməsinə sadiqdir
24.06.2011 [09:51]
Xəbər verdiyimiz kimi, iyunun 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun birgə mətbuat konfransı olub. Xose Manuel Barrozu və Prezident İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış ediblər.
Avropa Komissiyasının sədri Xose Manuel Barrozu çıxış edərək bildirib ki, qarşılıqlı səfərlər Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin yaxşı ruhunu əks etdirir: “Bu gün biz əlaqələrimizin müxtəlif istiqamətlərində əldə etdiyimiz nailiyyətləri qeyd etdik, o cümlədən, Assosiativ razılaşmaya dair danışıqların ötən il başlanmasını. Lakin inanıram ki, biz bu danışıqları sürətləndirə və güclü razılaşmanın əldə olunmasına doğru irəliləyə bilərik. Bu barədə bizim çox səmimi və açıq danışıqlarımız oldu. Assosiativ razılaşma ilə bağlı irəliləyiş əldə olunması üçün məsələlərin nə yerdə olduğunu, hansı sahələrə daha çox diqqətin yetirilməsini müzakirə etdik. Onu da deyə bilərəm ki, bu il biz viza rejiminin sadələşdirilməsi və yenidən qoşulma razılaşmaları ətrafında müzakirələrə başlaya bilərik. Bizim üçün tərəfdaş ölkələrlə əməkdaşlıq “Şərq tərəfdaşlığı” Proqramının vacib məqsədi kimi qalmaqdadır”.
Xose Manuel Barrozu deyib ki, o, Bakıda olarkən Azərbaycanın iqtisadi cəhətdən cəlbedici şəkildə müasirləşdiyinin şahidi olub: “Bu gün Prezident İlham Əliyev bütün sahələrdə bu müasirləşməyə sadiq olduğunu mənə bir daha dedi. Xanımlar və cənablar, enerji məsələsi danışıqlarımızın digər bir əsas mövzusu idi. Bildiyiniz kimi, bu ilin yanvarında mən Prezident Əliyev ilə birgə “Cənub” qaz dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzaladıq. Bu, enerji təchizatı və tələbatımızın təhlükəsizliyi və şaxələndirilməsi üçün çox vacibdir. Bu dəhliz strateji məqsədimizdir, Azərbaycan üçün strateji məsələdir. çünki bu, dünyanın ən iri və deyərdim ki, ən etibarlı bazarına, Avropa bazarına ölkənin birbaşa çıxışını təmin edəcəkdir. Bu, eyni zamanda, Avropa İttifaqı üçün də strateji məsələdir. çünki bununla biz Xəzər hövzəsindən alternativ təchizat marşrutu əldə etməyə imkan yaradacağıq”.
Avropa Komissiyasının sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, Avropa İttifaqı münaqişənin sülh yolu ilə həll olunmasını güclü şəkildə dəstəkləyir: “Əsas prinsiplər” adlandırılan razılaşmanın yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsinin vaxtıdır. Münaqişənin həlli istiqamətində danışıqlar iki gündən sonra davam etdiriləcəkdir. ümid edirəm ki, hər iki tərəf irəliyə doğru gedə biləcəkdir. öncə qeyd etdiyim kimi, status-kvo bir variant deyildir”.
Xose Manuel Barrozu deyib ki, əksər avropalıların “Eurovision” mahnı müsabiqəsində Azərbaycana səs verməsi faktı Avropanın Azərbaycana dair nə qədər səmimi olduğunu nümayiş etdirib.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək söyləyib ki, əlaqələrimizin çox geniş gündəliyi var: “Təbii ki, siyasi dialoq, modernləşdirmə siyasəti və Azərbaycanda demokratik islahatlar daim danışıqlarımızın bir hissəsidir. Biz Azərbaycanda demokratikləşdirmə prosesinin davam etdirilməsinə, qanunun aliliyinin və bütün demokratik azadlıqların təmin edilməsinə sadiqik. Hesab edirəm ki, Azərbaycan müstəqillik dövrü ərzində çox böyük səylər göstərmiş və ölkədə demokratikləşdirmə prosesində uğurlara imza atmışdır. Avropanın ən inkişaf etmiş ölkələrinin ən gözəl təcrübəsi təbii ki, bizə iqtisadi islahatlara söykənən siyasi islahatları davam etdirmək üçün yeni imkanlar açır. Son illər ərzində Azərbaycanın iqtisadi göstəriciləri çox böyük təsir bağışlayır”.
Dövlətimizin başçısı İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan üçün ən önəmlisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir: “Biz ərazilərimizin işğalına son qoymaq istəyirik. Cənab Barrozunun bu gün səsləndirdiyi bəyanatlar bizi daha da ürəkləndirir və bu yaxınlarda ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin - ABŞ, Rusiya və Fransa rəhbərlərinin bəyanatları status-kvonun qəbuledilməz olduğunu göstərir. Status-kvo dəyişilməlidir. Bu bəyanatlar bizi daha da ruhlandırır, çünki status-kvonun dəyişilməsi işğalın sonu deməkdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır. Əsas prinsiplərin qəbul edilməsi və danışıqlar prosesi zamanı səmimi münasibətin göstərilməsi münaqişənin tezliklə həll olunmasına gətirib çıxaracaqdır. Xalqlarımız artıq yorulub, artıq 20 ildir ki, torpaqlarımız işğal altındadır. Biz istəyirik ki, insanlarımız öz doğma torpaqlarına qayıda bilsinlər”.
“Enerji təhlükəsizliyi daim əlaqələrimizin gündəliyində duran məsələdir” - deyən, Prezident İlham Əliyev vurğulayıb ki, “Cənub” qaz dəhlizi ilə bağlı imzalanan birgə bəyannamə bu məsələdə böyük bir təməl daşı idi: “Biz “Cənub” qaz dəhlizini dəstəkləyirik və ümid edirəm, ilin sonunadək bütün tranzit ölkələr və potensial istehlakçılarla danışıqlar yekunlaşacaq ki, bu nəhəng qaz layihəsinin icrasına start verilsin. Bu layihə Azərbaycana bütün ehtiyatlarını reallaşdırmağa imkan verəcək, eyni zamanda, Avropa istehlakçıları üçün alternativ və etibarlı bir təchizat marşrutu olacaqdır. Bizim külli miqdarda qaz ehtiyatlarımız vardır. Bu, bizə və istehlakçılarımıza 100 ildən artıq bir müddətə kifayətdir. Bu gün biz bu istiqamətdə vacib qərarların verilməsi ərəfəsindəyik”.
Dövlət başçısı çıxışının sonunda “Eurovision” mahnı müsabiqəsindəki dəstəyə görə bütün avropalılara təşəkkürünü bildirib.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

