Söyüdlü qızıl yatağında nə baş verir?
13.04.2023 [11:14]
MÜBARİZ
Aprelin 11-də Azərbaycanla Ermənistan arasındakı şərti sərhədlərin Gorus-Laçın istiqamətində baş verən və hər iki tərəfdən itkilərlə nəticələnən təxribat fonunda ermənilər öz xislətlərinə uyğun olaraq yenidən yalanlara əl atıblar. Əvvəla, şərti sərhədlər boyunca baş verən hərbi insindentin məsuliyyətini bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki təxribatı məhz bu ölkənin silahlı birləşmələri törədiblər, Azərbaycan hərbiçiləri isə cavab atəşi ilə onları susduraraq layiqli cavablarını veriblər.
Baş verən təxribat fonunda Ermənistan tərəfinin uydurduğu yalanlardan biri də Söyüdlü (Zod) qızıl yatağı ilə bağlıdır. “Basarkeçər bölgəsində atışmanın baş verməsi səbəbindən Zod mədənində işlər müvəqqəti dayandırılıb, işçilər təxliyə edilib”. Bu barədə “GeoPromining Gold” şirkəti məlumat yayıb. Məlumatda yataqda işlərin dayandırlmasının guya əməkdaşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olduğu bildirilir. Məlumatı oxuyanda adamın “inanan, daşa dönsün” deməyi gəlir.
Söyüdlü qızıl yatağının qanunsuz istismarı
Söyüdlü yatağı - Azərbaycan Respublikasının Kəlbəcər və Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonlarının sərhədində yerləşir. Tərtərçay, o cümlədən də Söyüdlüçay hövzəsində qızılın olması qədimlərdən məlum idi. XVIII əsrdə yaşayan Yaqub Xanovi X əsrin ərəb tarixçisi Abn-Dülafa istinad edərək yazmışdır ki, Azərbaycan dağları qızıl, civə, qurğuşun, gümüş, mərgümüş və mis ilə zəngindir. Bunu arxeoloji qazıntılar nəticəsində 3200-3300 il bundan əvvəl Cənubi Qafqaz, Yaxın və Orta Şərq ərazilərində Zod yatağının qızılından hazırlanmış çoxlu miqdarda qızıl əşyaların aşkara çıxardılması da sübut edir.
Bəhs olunan ərazisinin 76 faizi Azərbaycanın Kəlbəcər, 24 faizi isə indiki Ermənistanın Basarkeçər rayonunun ərazisinə düşür. Yataq 1951-ci ildə “Qafqazqızılkəşfiyyat” İdarəsi tərəfindən aşkar olunub. Yatağın istismarına isə 1976-cı ildən başlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, Kəlbəcər rayonun ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 1993-cü ildən 2020-ci ilə qədər Ermənistanın işğalçı rejimi tərəfindən talan edilib. Mədəndə çıxarılan 1 ton filizin tərkibində minimum 0,6 qram qızıl var. Qızılın aşkar olunan miqdarı olduqca böyük intervalda (0,6-22,6 q/t) dəyişir. Söyüdlü qızıl yatağının ümumi potensialı 8 milyard dollar dəyərində qiymətləndirilir.
Yataqda istismar işlərini 2007-ci ildən 2020-ci ilə qədər “GeoPromininq Gold” şirkəti həyata keçirib. 2009-cu ildə 320,5 min ton, 2010-cu ildə 490 min ton, 2011-ci ildə isə 880 min ton qızıl filizi hasil edilib. Bu dövrdə qızıl mədənində 350-400 nəfər işçi çalışırdı, onların orta aylıq maaşı təxminən 250 ABŞ dolları olub. Yataqdan çıxardılan filiz dəmiryolu nəqliyyatı ilə Ararat qızıl istehsal zavoduna emal üçün göndərilirdi. Bu mədəndən hasil edilən filizin daşınması Ermənistan dəmiryolu daşınmalarının 55%-ni təşkil edirdi. Təsadüfi deyildir ki, İkinci Qarabağ müharibəsi başlandıqdan sonra yataqdakı hasilat işləri dayandığından Ermənistan dəmiryollarında kütləvi ixtisarlar başlayıb. Zod mədəninin qanunsuz istismarı nəticəsində Ermənistan büdcəsi təkcə 2019-cu ildə 52 milyon ABŞ dolları qazanıb. Yatağı qanunsuz istismar edən “GeoPromininq Gold” şirkəti Ermənistanda 4-cü ən böyük vergi dəyicisi idi.
Bu kədərli tarixçədən sonra Kəlbəcərin Vətən müharibəsinin nəticələrinə uyğun olaraq işğaldan azad edilməsi dövrü başlayıb. Üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu ərazisindən çıxan ermənilər özlərisayağı “çoxbilmişlik” ediblər - onlar yatağı tam şəkildə Ermənistanın nəzarətinə keçirmək üçün sərhədi 1,5 km irəli çəkib və yolun üzərində “sərhəd darvazası” quraşdırıblar. Təbii ki, Azərbaycanın müzəffər hərbiçiləri belə saxtakarlığı qəbul etməyiblər. Kəlbəcəri nəzarətə götürən qəhrəman əsgər və zabitlərimiz həmin darvazanı sındıraraq Zoda daxil olublar. Hazırda Zodda Azərbaycan Ordusunun 3, Ermənistanın 1 postu var.
Ermənilərin istehkamlar qazmaq “taktikası”
Aprelin 11-də baş verən təxribatdan dərhal sonra “GeoPromining Gold” şirkətinin işçilərin təhlükəsizlik bəhanəsi ilə təxliyyə edilmələrinə dair məlumat yayması erməni saxtakarlığının növbəti nümunəsidir. Bunu iki nöqteyi-nəzərdən dəyərləndirmək mümkündür.
Birincisi, ermənilər növbəti dəfə yalanlara əl atmaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışırlar. Guya Azərbaycan Silahlı Qüvvələri Ermənistanın sərhəd bölgələrini vahimə içində saxlayırlar. Bu səbəbdən də həmin ərazilərdə ermənilərin dincliyi pozulub və onlar hər hansı bir fəaliyyətlə məşğul ola bilmirlər. Bu, tipik erməni riyakarlığı və hiyləgərliyidir. Ermənilər daim bu yolla öz həyatlarını təmin ediblər. Həmişə özlərindən güclülərə yaltaqlanıblar və işlərini keçiriblər, yardımlar alıblar. Özlərindən zəiflərə gəldikdə isə əsl simalarını ortaya qoyublar. Ermənilərin azərbaycanlı əsirlərlə, havadarlarının köməyi ilə işğal altına aldıqları ərazilərin sakinlərı ilə qəddar davranmalarına dair saysız-hesabsız faktlar sadalamaq mümkündür.
İkincisi, bəhs olunan saxta məlumat əslində Ermənistanın müharibə hazırlıqları planlarını faş edir. Ermənilərin Zod yatağında və bu istehsalat zonasının yaxınlığında istehkamlar qurduqlarına dair məlumatlar var. Ermənistan hakimiyyəti Azərbaycanla sərhədlərin yaxınlığında yerləşən yaşayış məntəqələrində istehkamlar qurulduğunu hər vəchlə gizli saxlamağa çalışır. Ancaq bununla bağlı sosial şəbəkələrin erməni seqmentində çoxlu məlumatlar yayılıb. Erməni gəncləri fərqinə varmadan həmin istehkamların fonunda fəxrlə selife fotolar paylaşırlar. Bütövlükdə, Ermənistan hakimiyyətinin bütün erməni cəmiyyətini revanşizm əhval-ruhiyyəsinə kökləməyə çalışdığı fikrini qətiyyətlə ifadə edə bilərik. Ermənistan bir tərəfdən Hindistandan, İrandan müxtəlif silahlar alır, digər tərəfdən isə erməni cəmiyyətində Azərbaycanafobiya təbliğatı gücləndirilir. Böyük ehtimalla Zod yatağında “təxliyyə” olunan əməkdaşlar elə burada istehkamlar qazan hərbiçilər olublar. Yeri gəlmişkən, sosial şəbəkələrin erməni seqmentində Gorus-Laçın istiqamətində baş verən son insidentlə bağlı paylaşımlar edilib. Həmin paylaşımlarda erməni hərbiçilər məhz istehkamlar qazmaqla məşğuldurlar. Belə görünür ki, istehkamlar yaratmaq ermənilərin müharibə hazırlıqlarının ən populyar bir vasitəsidir. Ancaq bu istehkamlar nə qədər çox və dərin qazılacaqsa, orada erməni hərbiçiləri bir o qədər çox sayda və daha dərin basdırılacaqlar. Buna heç bir şübhə yoxdur!
Xəbər lenti
Hamısına baxDünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30

