"Psevdovətənpərvər" hüquq müdafiəçisinin absurd iddiaları...
05.07.2011 [09:59]
özlərini hüquq müdafiəçisi, vətənpərvər, media təəssübkeşi adlandıran bir qrup insanın əslində, milli maraqlarımıza, dövlətimizin mənafeyinə, hətta ən adi hüquqlara belə zidd fəaliyyəti ilə bağlı dəfələrlə yazmışıq. Bu qrupdan olan insanların xaricdən aldıqları müəyyən maliyyə dəstəyinin hesabına Azərbaycan dövlətçiliyinə, həmrəyliyimizə qarşı fəaliyyəti, xarici beynəlxalq maraq qruplarının əlində alətə çevrilərək xalqımızın birliyinə zərbə vurulmasına yönəlmiş xidmətləri haqqında qəzetimizin müxtəlif saylarında məqalələr işıq üzü görüb. Hər fürsətdə insan haqlarından, söz azadlığından ağızdolusu danışan bu şəxslər özləri min oyundan çıxır, mənbəyi bəlli olmayan gəlir əldə edir, onların rəhbərlikləri altında çalışan sıravi işçilərin isə ən adi hüquqlarını belə pozurlar. Belə “hüquq müdafiəçiləri”ndən biri də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovdur. Emin Hüseynov hər gün bir xarici təşkilata məktub yazaraq, bəyanat verərək Azərbaycanı ləkələyir, guya ölkəmizdə söz azadlığının olmadığını iddia edir. O, müxtəlif tədbirlərə qatılaraq öz ibtidai təfəkkürü və məntiqsiz nitqləri ilə bəzi absurd iddialar irəli sürür. Amma onun bu iddiaları, hətta xarici nümayəndələr tərəfindən belə inandırıcı qəbul olunmur, onu gülüş hədəfinə çevirir.
E.Hüseynovun “Yeni Azərbaycan” qəzetinə peşəkarlıq dərsi keçməsi ən azı absurddur
Bir müddət əvvəl E.Hüseynov barəsində qəzetimizdə dərc olunan məqalə RATİ sədrini təkzibolunmaz faktlar qarşısında qoyub ki, o, bu faktlara münasibət bildirmək və faktları təkzib edəcək materiallar (əgər varsa) təqdim etməkdənsə, başqa yollara əl atmağa qərar verib. Təbii ki, bütün oxucular, o cümlədən, ictimaiyyət “Yeni Azərbaycan” qəzetində dərc olunan məqalədə əksini tapan faktları kifayət qədər ciddi qəbul edərək, Emin Hüseynovun fəaliyyətinin əsl mahiyyəti haqqında yetərli bilgi sahibi olublar. O özü də bu faktların nə qədər doğru olduğunu dərk edərək, məsələyə aydınlıq gətirmək yerinə, qəzetimizə qarşı qeyri-hüquqi müstəvidə və bizim hüquqlarımızı təhdid edən tərzdə mübarizə aparmaq yolunu seçib. Bu isə insan hüquqları və azadlıqlarından dəm vuran birisinin hüquq və azadlıq məsələlərinə münasibətinin göstəricisidir. Açığı bu göstəricinin səviyyəsi qeyri-məqbuldur.
Emin Hüseynov bəzi mətbuat orqanlarına
açıqlamasında “Yeni Azərbaycan” qəzetini qeyri-peşəkarlıqda ittiham edir. Təbii ki, peşəkarlıqdan xəbəri olmayan birisinin bu gün Azərbaycanın mətbu məkanında, öz dəst-xətti, mövzu rəngarəngliyi ilə oxucu rəğbəti qazanan bir qəzetə qarşı belə bir absurd ittiham irəli sürməsinin özü ikrah hissi oyatmaqla yanaşı, həmin şəxsin özünün səviyyəsini ortaya qoyur. “Yeni Azərbaycan” qəzeti fəaliyyət göstərdiyi bütün dövrlərdə öz peşəkarlığı, jurnalistika etikası prinsiplərinə sadiqliyi ilə seçilib. Əgər belə olmasaydı, bu gün qəzetimizin minlərlə oxucuları hər gün obyektiv və doğru xəbərləri “Yeni Azərbaycan” qəzetindən almağa çalışmazdı. Jurnalistikanın dəyişməz prinsiplərinə və dövlətçiliyə, xalqımızın milli maraqlarına sadiqliyimizin göstəricisidir ki, siyasi əqidəsindən və baxışlarından asılı olmayaraq, ictimaiyyətin bütün kəsimlərindən olan vətəndaşlar “Yeni Azərbaycan” qəzetinə hörmətlə yanaşır, fəaliyyətimizi yüksək qiymətləndirir, qəzetimizdə dərc olunan materiallar cəmiyyətdə haqlı rezonans doğurur. “Yeni Azərbaycan” qəzeti bəzilərindən fərqli olaraq, peşəkarlığı xarici maraq qruplarından pul alıb, dövlətimizin maraqlarını satmaqda görmür, əksinə, cəmiyyəti imperialist güclərin və onların yaratdığı ölkədaxili təzyiq qruplarının informasiya torundan qorumaq üçün əlindən gələni edir. Qəzetimiz heç bir halda öz prinsipiallığını heç bir qrupun maraqlarına, heç bir maraqlı xarici dairələrin tələblərinə və onların istəklərinə güzəştə getməyib. Ona görə də, bu gün Emin Hüseynov kimilərinin “Yeni Azərbaycan” qəzetini qeyri-peşəkarlıqda ittiham etməsi olduqca absurddur.
Emin Hüseynov, səncə, fakt nədir?
Başqa bir açıqlamasında isə E.Hüseynov deyib ki, məqalədə fakt yoxdur. Maraqlıdır, görəsən, E.Hüseynov və onu bu xalqın üstünə qaldıran qüvvələr üçün fakt anlayışı nəyi ifadə edir? Bəyəm, Beynəlxalq Jurnalistlər Federasiyasının rəhbəri Aydan Uaytın və Beynəlxalq Mətbuat İnstitutunun sədri Yoxan Fritsin iştirakı ilə təşkil olunmuş beynəlxalq konfransda yüzlərlə qonağın gözü qarşısında cənab Uaytın RATİ rəhbərini yalançılıqda günahlandırması fakt deyilmi? Ya da, bir vaxtlar Emin Hüseynovla birgə çalışmış, onunla işbirliyində olmuş insanlar tərəfindən səsləndirilən fikirlər bu insanın fəaliyyətinə nəzər salmaq üçün yetərli arqumentlər hesab oluna bilməzmi?
Təbii ki, E.Hüseynovun nəyi necə qəbul etməsindən asılı olmayaraq, aldığı informasiyanı düzgün dəyərləndirmə qabiliyyətinə malik olan hər bir oxucu üçün bu faktlar RATİ-nin psevdovətənpərvər sədrinin fəaliyyətinin qaranlıq məqamlarını, hüquq müdafiəçisi olduğunu iddia edən bu şəxsin hüquqa zidd fəaliyyətini, işçilərinin hüquqlarını necə pozması və yüzminlərlə vəsaiti mənimsəməsini ortaya qoyan yetərli mənbə sayılır. Qeyd edək ki, E.Hüseynovu həyəcanlandıran və onun psixoloji böhran keçirməsinə səbəb olan həmin yazıda bir vaxtlar E.Hüseynovla birgə çalışan insanların fikirlərinə istinadən bu media “təəssübkeşi”nin fəaliyyəti haqqında ətraflı məlumat verilmişdi. Belə ki, məqalədə göstərilir ki, 2009-cu ildən Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və 360 min avro dəyərində olan “Azad dalğalar” layihəsinin icraçılarından olan jurnalist Aynur Elgünəş, Ceyhun Nağı adlı jurnalistlər öz yazılarında vurğulayıblar ki, reportyorların hüquqlarını qoruyan RATİ-də bir və ya iki nəfər tapmaq olar ki, ümumiyyətlə, media ilə bağlı anlayışı olsun. üstəlik, əksəriyyətinin heç ali savadı yoxdur. Bütün bunlar bir yana, qurumun rəhbəri Emin Hüseynov üçün bura sadəcə biznes mərkəzidir. Və bu biznes mərkəzində E.Hüseynovun hansı maxinasiyalara imza atdığı açıq - aşkar faktlarla sübuta yetirilir. Amma bizə peşəkarlıq dərsi keçmək iddiasında olan bir insan jurnalistikada kifayət qədər ciddi qəbul olunacaq bu faktları fakt saymır. Hər halda bu da onun nə qədər “peşəkar” olmasından xəbər verir.
Zaman E.Hüseynovun sıralamadakı yerini müəyyənləşdirəcək
Onu da vurğulayaq ki, ötən yazımızda E.Hüseynovun fəaliyyəti barədə sadəcə bir neçə faktı qələmə almışdıq. Açığı gözləyirdik ki, bu qədər iddiası potensialından böyük bir insanın əgər bu faktlarla bağlı ən xırda etirazı varsa, yanlış hesab etdiyi bir fakta rast gəlibsə, bunu ifadə edərdi, təkzib verərdi. Amma o, bunu etmədi və başqa yolu seçdi. İndi bir daha demək istəyirik ki, əgər bu faktlar yalandırsa, buyursun, təkzib versin. Əgər, hətta bu məlumatları yetərli görmürsə, biz Emin Hüseynovun özünə və ictimai auditoriyaya yeni faktları da təqdim etməyə hazırıq. Amma yəqin ki, buna ehtiyac yoxdur. çünki onsuz da, Azərbaycan xalqı “vətənpərvərlik” cildinə girərək milli maraqlarımızı satmaqla məşğul olan bu şəxsin əsil niyyətini çox gözəl dərk edir. Və medianın özünün içərisində apardığı təmizlənmə prosesi başa çatdıqdan sonra Emin Hüseynov kimi psevdovətənpərvərlər bu ölkənin jurnalistikası, mediası haqqında danışmaq cəsarətindən məhrum olacaqlar. Hər halda özünə hörmət qoyan istənilən reportyor üçün bir-iki işbazın onun adından istifadə edərək öz maraqlarını həyata keçirməsi yolverilməzdir.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19

