İncəsənət nümayəndələrinin seçimi Yeni Azərbaycan Partiyasıdır
19.07.2011 [14:29]
Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycanın daha bir qrup tanınmış mədəniyyət və incəsənət nümayəndəsi Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qoşulub. Bu münasibətlə partiyanın mərkəzi qərargahında onlara YAP-ın üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib. Əlbəttə ki, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan və yalnız dövlətçiliyimizə xidmət edən YAP-ın öz fəaliyyətində xalqın maraqları mövqeyindən çıxış etməsi Azərbaycanın sənət adamlarını, mədəniyyət və incəsənət nümayəndələrini də bu partiyanın sıralarına qoşulmağa sövq edir. Partiya sıralarına qəbul olunmuş tanınmış incəsənət adamlarından biri də Rəşad İlyasovdur.
Rəşad İlyasov 1974-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. 1981-ci ildən 20 nömrəli orta məktəbdə təhsil almağa başlayıb. Atasının ixtisasca mühəndis, anasının isə jurnalist olmasına baxmayaraq, Rəşad İlyasov hələ uşaqlıqdan musiqiyə böyük maraq göstərib.
Mən özümü çoxdan YAP-ın sıralarında hiss edirəm
Söhbətimizə “ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən hadisələri bir vətəndaş kimi mən də izləyirdim. Və istər-istəməz mənim də mövqeyim, siyasi əqidəm formalaşırdı. Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmağıma gəlincə, bildirmək istəyirəm ki, əslində, mən özümü çoxdan hakim partiyanın sıralarında hiss edirəm” sözləri ilə başlayan tanınmış sənətçi daha sonra aşağıdakıları əlavə edib: “2002-ci ildə partiyanın 10 illik yubileyi münasibətilə keçirilən möhtəşəm konsertdə iştirak etdim. Elə həmin vaxtdan etibarən, həmçinin, 2003-cü ildə Prezident İlham Əliyevin dövlət başçısı seçilməsi münasibətilə əksər rayonlarımızda keçirilən konsert proqramlarında və digər tədbirlərdə vətəndaşlıq borcumdan irəli gələrək müntəzəm şəkildə çıxışlar edirdim. 2003-2005-ci illərdə parlament seçkilərindən sonra YAP sıralarından millət vəkillərinin seçilməsi ilə əlaqədar keçirilən konsertlərdə də çıxış etdim. 2008-ci il prezident seçkiləri dövründə həm televiziya, həm də konsert proqramları ilə əlaqədar olaraq iş rejimimiz olduqca gərgin idi. Həmin dövrdə mənim üçün ən böyük mənəvi dəstək xalqın sevgisi, marağı idi. Qeyd etdiyim kimi, YAP-ın təşkil etdiyi konsertlərdə daim iştirak etməklə mən, əslində, özümü partiyanın çoxdankı üzvü hesab edirəm. Partiya biletini almaqla isə faktiki üzvlüyüm rəsmiləşdi”.
ümumi düşmənimiz Ermənistana qarşı effektiv mübarizənin xalqın birliyindən keçdiyini deyən müğənni hesab edir ki, birliyin ən gözəl forması, məhz, hakim partiyadır: “Hesab edirəm ki, biz bir-birimizi dəstəkləməliyik, milli, dövlətçilik maraqlarımızın müdafiəsi naminə daim bir olmalıyıq. Biz bilirik ki, Azərbaycanı beynəlxalq aləmdə təkləməyə çalışan düşmənlərimiz var. Onlarla mübarizədə bizim gücümüzü təmin edən əsas məsələ azərbaycanlıların birliyidir. YAP bu birliyi təmin etməyə qadirdir və xalqı ətrafında ən sıx birləşdirən partiyadır. çox şadam ki, bu gün bu partiyanın üzvü kimi çıxış edirəm. Zənnimcə, həkim, müğənni, mühəndis, ziyalı olmasından asılı olmayaraq, hər birimiz həm partiyamızı daha da gücləndirəcəyik, həm də Azərbaycanın haqq səsini ucaldacağıq. Bunu etmək üçün təkcə ölkə miqyasında görülən işlərlə kifayətlənmək olmaz. ölkəmizi dünyada tanıtmaq, idman, mədəniyyət sahəsində uğurlarımızı artırmaq lazımdır. Bu baxımdan, “Eurovision” müsabiqəsindəki qələbəmiz xüsusi olaraq vurğulanmalıdır”.
“Bəzi qüvvələrin “sənət adamları partiyaya üzv olmamalıdır. Əgər üzv olurlarsa, bu, onların müəyyən maraq güdməsindən irəli gəlir” şəklindəki fikirlərinə münasibətiniz necədir” sualını isə Rəşad İlyasov belə cavablandırıb: “Biz onsuz da Yeni Azərbaycan Partiyasında idik. Sadəcə olaraq, bu, rəsmiləşdi. Yəni, onların bu cür sözlər söyləməsinin heç bir mənası yoxdur. Biz YAP-ın tədbirlərində, konsertlərində çıxış edəndə də, onlar belə deyərdilər. Həmin qüvvələrə isə cavabım budur ki, hər kəsin öz fikri, öz əqidəsi var. Mən də öz yolumu seçmişəm və bu yolda irəliləyirəm. YAP-a üzv olmağımın səbəbi ölkədəki inkişafdır, müsbətə doğru dəyişikliklərdir. Bu inkişafı görməmək mümkün deyil. YAP-ın ölkəmiz üçün gördüyü işlərə dəyər verən, bütün bunları müsbət qiymətləndirən bir insan kimi, mən hakim partiyaya üzv oldum. YAP-a üzv olmaqdan nə gözlədiyimə gəlincə isə, bəli, mənəvi dayaq gözləyirəm. çünki hər bir sənətçinin ən böyük dayağı tamaşaçı rəğbətidir. Partiyaya üzv olduqdan sonra burada da dostlarımın sayı artıb. Dostlarımın sayının artması və mənəvi dayağın güclənməsi məni daha da ruhlandırır”.
Musiqi sahəsinə gəlişim təsadüfi deyil
Yeri gəlmişkən, müsahibimiz deyir ki, onun musiqi aləminə gəlişi heç də təsadüfi olmayıb: “Valideynlərim ali təhsillidirlər və hər zaman elmə, təhsilə böyük önəm veriblər. Böyük dayım isə filoloq, çox gözəl şərqşünas idi, şərq dillərini bilirdi. Ailəm musiqiçi ailəsi olmasa da, incəsənətə genetik maraq olub. Belə ki, xalam Şəfiqə Eyvazova kaman ustası, Xalq artistidir. Dayım Yasəf Eyvazov isə ud ifaçısıdır. Atam tərəfdən də musiqiçilər var. Bütün bunlar isə mənim musiqiçi kimi formalaşmağıma təsir göstərib. Orta məktəbdə oxuduğum illərdə 16 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil almağa başladım. Mənim bir şəxsiyyət kimi formalaşmağa başladığım dövr isə Sovetlər Birliyinin dağılması ərəfəsinə təsadüf edir. Məlum olduğu kimi, 1980-ci illərin sonu millətin oyanış dövrü idi. Daha sonra Dağlıq Qarabağ münaqişəsi alovlandı. Mən uşaq vaxtlarımdan bu problemlərin içərisində oldum, həmin dövrün çətinliklərini yaşadım, gördüm. Sözügedən dövrə təsadüf edən yeniyetməlik illərimdə kanon musiqi alətində ifa etməyi öyrənmək qərarına gəldim. Daha sonra ürəyimdəki sözləri, hissləri dinləyicilərə çatdırmaq üçün müğənnilik fəaliyyətinə başladım. Artıq 20 ilə yaxındır ki, həm bir televiziya işçisi, həm də sənət adamı kimi televiziyada çalışıram”.
Dövlət tərəfindən sənət adamlarına xüsusi diqqət və qayğı göstərilir
Onu da deyək ki, Rəşad İlyasov tez-tez xarici səfərlərdə olur: “Keçən il Respublika Günü münasibətilə Norveçdə çox gözəl konsert təşkil edildi. Həmin konsertdə Azərbaycan muğamı, müasir və klassik musiqi tərənnüm olundu. Tədbir Azərbaycan-Norveç Gənclər Birliyi tərəfindən təşkil olunmuşdu. çox sevindim ki, bu təşkilatın bir neçə azərbaycanlı və türkiyəli gənc istisna olmaqla əksər üzvləri norveçlilər, almanlar və finlər idi. Bu, onların ölkəmizə olan marağını göstərir. Həmin gənclərin bir hissəsi Azərbaycan dilini bilir. Norveçdə ana dilimizin öyrədildiyi Azərbaycan məktəbləri fəaliyyət göstərir. Bununla yanaşı, keçən il Ankarada keçirilən Türkiyədə təhsil alan tələbələrin buraxılış gecəsinə dəvət olunmuşdum. Həmin tədbirdə həm Azərbaycan səfirliyinin, həm də Türkiyə diplomatik korpusunun nümayəndələri var idi. Türkiyə və Norveçlə yanaşı, Respublika Günü və Milli Qurtuluş Günü ilə bağlı Rusiyada keçirilən tədbirlərdə də iştirak etmişəm”.
Bizimlə söhbətində Türkiyəyə səfərilə bağlı da danışan R.İlyasov deyib ki, bu, Azərbaycanın muğam ifaçılarının Antalyada keçiriləcən konserti ilə bağlıdır: “Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva muğam sahəsinə xüsusi diqqət və qayğı göstərir. ümumiyyətlə, həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən, həm də ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən maddi və mənəvi mədəniyyətimizə göstərilən diqqət nəticəsində muğam sənətimiz, aşıq sənətimiz, milli xalçalarımız YUNESKO-nun Qeyri-maddi, mədəni irs siyahısına daxil edilib. Mədəniyyət sahəsində yaxın vaxtlarda əldə olunan uğurlardan biri də, təbii ki, “Eurovision”dakı qələbəmizdir. özüm estrada müğənnisi olduğuma görə, qədim musiqi sahələri ilə yanaşı, bu sahədə əldə olunan uğurlar da məni hədsiz dərəcədə sevindirir. Sevinirəm ki, təkcə muğam və aşıq sənəti ustaları deyil, müasir musiqimizin təmsilçiləri də Azərbaycanın adını zirvələrə ucaldır”.
Sənət adamlarına diqqət və qayğının göstərilməsinin çox vacib olduğunu deyən müsahibimizin sözlərinə görə, ölkəmiz bu sahədə xüsusilə fərqlənir: “Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan elm, mədəniyyət və incəsənət sahəsinə xüsusi dövlət dəstəyi siyasəti bu gün uğurla davam etdirilir. Prezident təqaüdlərinin verilməsi, incəsənət adamlarının evlə təmin olunması bu sahənin yaradıcı insanlarına göstərilən dövlət dəstəyinə bir örnəyidir. Mən başqa ölkələrdə olarkən Azərbaycanda dövlətin müğənnilərə ev verdiyini deyəndə onlar çox təəccüblənirlər. Xüsusi olaraq vurğulmaq yerinə düşər ki, dövlətin göstərdiyi dəstək təkcə maddi deyil, həm də mənəvi əhəmiyyət daşıyır. çünki dövlətdən yardım alan sənət adamı özünün ölkəsinə, Vətəninə daha lazımlı olduğunu hiss edir. Onu da deyim ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda sənət adamlarına qayğı daha yüksəkdir. Bu isə biz sənət adamlarını daha da ruhlandırır”.
Hülya MƏMMƏDLİ
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48

