/ / Rumıniya Demokrat Liberal Partiyasının nümayəndə heyəti Qobustan Milli Tarix-Bədii Qoruğunda olub
Rumıniya Demokrat Liberal Partiyasının nümayəndə heyəti Qobustan Milli Tarix-Bədii Qoruğunda olub
16.07.2011 [14:58]
Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə Azərbaycanda səfərdə olan Buxarest şəhərinin ikinci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyası sədrinin müavini Nekulay Ontsanunun başçılıq etdiyi hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti dünən Qobustan Milli Tarix-Bədii Qoruğunda olub. Qonaqlara məlumat verilib ki, Bakıdan 65 kilometr məsafədə yerləşən Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin üst paleolit və mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınıb. Burada 40-dan artıq kurqan aşkar olunub və 105 mindən çox maddi mədəniyyət nümunəsi tapılıb. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilib. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir. Diqqətə çatdırılıb ki, buradakı qavaldaş daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın “Yallı” rəqs səhnələri təsvir olunub. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğu vurğulanıb. Qayalardakı Roma yazısı eramızın 81-96-cı illərinə aiddir və altı sətirdən ibarətdir. Bu, Roma imperatoru Domisianın dövründə 12-ci Roma legionunun burada olduğunu göstərir.
Rumıniyalı qonaqların diqqətinə çatdırılıb ki, 4 min hektardan artıq ərazidə yerləşən, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə YUNESKO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. Qeyd edilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyev martın 4-də qoruq muzeyinin yeni binasının tikilməsi üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayrılması ilə bağlı Sərəncam imzalayıb.
Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan rumıniyalı qonaqlar ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla maraqlanıblar.
Nümayəndə heyətinin üzvü, Rumıniya Milli Teatrının aktyoru Eugen Cristea qeyd edib ki, Azərbaycan özünün zəngin tarixi irsi ilə seçilir: “Biz tanış olduğumuz mədəniyyət nümunələri və tarixi abidələri çox maraqla qarşıladıq. Bu qənaətə gəldik ki, Azərbaycan zəngin tarixi irsə malikdir və bu irs ölkənin mədəniyyət nümunələrində, tarixi abidələrində öz əksini tapmışdır. Ona görə də, deyə bilərəm ki, səfər çərçivəsində gördüklərimiz, müşahidə etdiklərimiz bizə çox xoş təəssürat bağışladı. Müşahidə etdiklərimiz unikal səciyyə daşıyır və dünya mədəniyyət tarixinin xüsusi önəmli tərkib hissəsi kimi dəyərləndirilməlidir”.
E.Cristea deyib ki, Azərbaycanda elm, mədəniyyət, təhsil sahələrində çox əhəmiyyətli işlər görülüb və əldə edilən inkişaf meyilləri bu tədbirlərin qanunauyğun nəticəsidir: “Biz Azərbaycanda elm, mədəniyyət, təhsil sahələrində görülən işləri çox yüksək qiymətləndiririk. Bütün bu uğurlar Azərbaycanın uğurlarını təmin edir və inkişafı daha da sürətləndirir”.
Rumıniya İnşaat Universitetinin dekanı Voykulesko Mixay isə deyib ki, Azərbaycan zəngin tarixi və mədəni irsə malikdir: “Deyə bilərəm ki, müşahidə etdiklərimiz bizi təəccübləndirməklə yanaşı, olduqca məmnun etdi. Biz Azərbaycanda unikal tarixi, mədəni nümunələri ilə tanış olduq. Rumıniyaya qayıtdıqda gördüklərimiz unikal nümunələrdən öz həmkarlarımıza bəhs edəcəyik. ümidvaram ki, biz yenə Azərbaycanda səfərdə olacağıq. çünki Azərbaycanda müşahidə edilməli olan çox dəyərli nümunələr mövcuddur”.
Rumıniyada nəşr edilən “Kultura” jurnalının təsisçisi və baş redaktoru Ancela Martin isə bildirib ki, Azərbaycan çox yüksək mədəni dəyərlərə və unikal mədəniyyət nümunələrinə sahibdir: “Rastlaşdığımız hər bir nümunə özünün spesifikliyi ilə fərqlənir. Eyni zamanda, Azərbaycanda mədəniyyət sahəsinin inkişafına xüsusi diqqət göstərilir ki, bu da mövcud inkişafı daha da sürətləndirir. Yekun olaraq deyə bilərəm ki, ölkənizə etdiyimiz səfərdən çox məmnun qaldıq və bizdə xoş təəssüratlar formalaşdı”.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10

