136 illik inkişaf yolu...
22.07.2011 [01:30]
Bu gün 136 yaşı tamam olan Azərbaycan mətbuatı inkişafının yeni mərhələsini yaşamaqdadır. Bununla belə, arxada qalan 136 il böyük bir məsafədir və bu məsafədə görülən işlər, atılan addımlar, verilən qərarlar müasir mətbuatımızın bugünkü simasını müəyyənləşdirib. Dördüncü hakimiyyət hesab olunan mətbuatın inkişafı, bugünkü durumu və problemləri ilə bağlı bir neçə qəzet baş redaktorunun fikirlərini öyrəndik.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ötən 136 ildə Azərbaycan mətbuatının yüksək inkişaf yolu keçdiyini bildirib. Baş redaktor qeyd edib ki, 1875-ci ildə “Əkinçi” qəzeti ilə əsası qoyulan bu yolda bütün dövrlərdə peşəkar qələm sahibləri, jurnalistlər, publisistlər yetişib: “Bu gün 136 illiyini qeyd etdiyimiz Azərbaycan mətbuatı ötən əsrin 70-ci illərindən sonra daha yüksək inkişaf tempi qazandı. Ulu öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbər seçilməsi bu sahədə yeniliklərə imza atılmasına zəmin yaratdı. Müstəqil mətbuatımız isə 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən formalaşmağa başladı. İlk dövrlərdə çətinliklər böyük olsa da, 90-cı illərin ortalarında proses sürətləndi. Həmin vaxtlarda senzuranın mövcudluğu və digər çətinliklər inkişafın qarşısında maneə idi. ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi ilə mətbuatın inkişafında yeni mərhələ başlandı. İstər KİV haqqında qanunun qəbulu və təkmilləşdirilməsi, istərsə də söz, fikir azadlığının qarşısını alan hərbi senzuranın ləğvi müstəqil Azərbaycan mətbuatının inkişafında əhəmiyyətli rol oynadı. Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dondurulması və bir müddətdən sonra həmin borcların silinməsi ölkə hakimiyyətinin müstəqil mətbuatın, söz azadlığının və demokratiyanın inkişafında maraqlı olduğunun göstəriciləri idi. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu ənənə, siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mətbuatımızın 130 və 135 illik yubileylərində ölkə başçısı bir sıra jurnalistlərə fəxri adların verilməsi haqda sərəncamlar imzaladı, qəzetlərə yardım göstərilməsi ilə bağlı tədbirlər həyata keçirildi, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Sərəncam verildi. Bütün bunlar müasir jurnalistikanın daha da populyarlıq qazanmasına, bu sahədə fəaliyyət göstərən insanların mətbuatın inkişafı istiqamətində daha əzmlə çalışmasına zəmin yaradır. Mən bütün qələm sahiblərini, jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edirəm”.
“Səs” qəzetinin baş redaktoru və “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev Həsən bəy Zərdabinin başlatdığı və sonrakı dövrdə Cəlil Məmmədquluzadə, üzeyir Hacıbəyli və başqa böyük fikir adamlarının davam etdirdiyi bu müqəddəs yolun-mətbuatımızın inkişafının cəmiyyətimiz üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, milli mətbuatın inkişafı konkret olaraq Ulu öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan sonra müşahidə olunub: “Azərbaycan jurnalistikası qısa dövr ərzində böyük yol keçib, nəticələr qənaətbəxş sayıla bilər. KİVDF-nin yaranması, mətbu nəşrlərə yardımların göstərilməsi, jurnalistlərə fəxri adların verilməsi, o cümlədən, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məsələləri cənab Prezidentimiz, möhtərəm İlham Əliyevin bu sahəyə diqqət və qayğısının göstəricisidir. Ayrılan maddi yardımlar qəzetlərin maddi-texniki bazasının genişləndirilməsinə kömək göstərir. İnanıram ki, gələcək illərdə oxucularımızın da sayı günbəgün artacaq, qəzetlərin tirajı daha da çoxalacaq. Bunun üçünsə biz qəzetçilər, jurnalistlər öz peşəmizə yüksək peşəkarlıqla yanaşmalı, işimizi yüksək səviyyədə qurmalıyıq. Mən öz növbəmdə bütün jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edirəm”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ötən dövr ərzində jurnalistikanın inkişafı üçün dövlət tərəfindən mühüm işlərin görüldüyünü diqqətə çatdırıb: “90-cı illərdə müstəqillik əldə olunduqdan sonra heç şübhəsiz ki, həm də iqtisadi baxımdan sıxıntı yaşayan media yalnız ümummilli liderimiz Heydər Əliyevin dəstəyi nəticəsində ayaqda durdu. Yadımdadır ki, 1999-cu ildə Ulu öndərlə böyük bir tərkibdə media təmsilçisinin görüşü keçirildi. Məhz bu görüşdən sonra Ulu öndər medianın problemləri ilə daha yaxından tanış oldu. Həmin görüşün nəticəsi idi ki, nəşriyyata olan borclar donduruldu. Mən bu fikri hər zaman təkrarlayıram ki, Ulu öndər Heydər Əliyev Azərbaycan mediasını xilas etdi. Azərbaycan mətbuatı da ümummilli liderimizin bu addımlarını dəyərləndirdi və Ulu öndər Heydər Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Həqiqətən də, mediaya, mətbuat nümayəndələrinə, baş redaktorlara, jurnalistlərə, ümumiyyətlə, KİV nümayəndələrinə bu cür münasibətin nəticəsi idi ki, mətbuat özünü cəmiyyətdə güclü sosial institut kimi hiss etdi. Bu səbəbdən hesab edirəm ki, qısa müstəqillik tariximizdə həmin dövr biz jurnalistlər üçün həm uğurlu, həm də dönüş nöqtəsi olub. Ulu öndər Heydər Əliyev mətbuata çox böyük önəm verən insan idi. Heydər Əliyev mətbuatın mövcud durumunu yaxşılaşdırmaqla yanaşı, gələcəyini də fikirləşirdi. Məhz bunun nəticəsi idi ki, Azərbaycanda yazılı mətbuat yaşadı, inkişaf etdi. Bu gün Prezidentimiz İlham Əliyev cənabları bu yolu uğurla davam etdirir. Jurnalistlərə, qəzetlərə göstərilən qayğı olduqca böyükmiqyaslıdır. Düzdür, problemlər hər zaman olub, var və olacaq. Ən əsas problem iqtisadi sferadadır. KİV-ə Dövlət Dəstəyi haqqında Konsepsiyanın hazırlanması, həmçinin, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə bağlı sərəncamlar bu problemlərin qarşısını almağa yaxından kömək göstərir. Mən bundan sonrakı dövrdə də hər bir qəzetə yalnız uğurlar, hər bir jurnalistə daha yüksək peşəkarlıq arzu edirəm”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də Azərbaycan mətbuatının öz inkişaf dövrünü yaşadığını bildirib. Baş redaktor qeyd edib ki, ölkəmiz müasir, dünyaya açıq, güclü, iqtisadi cəhətdən yüksək potensiala malik bir dövlətdir. Bu, mətbuatın inkişafına yaradılan zəmində də özünü göstərir: “ümumiyyətlə, cəmiyyətlə mətbuatın inkişafı düz mütənasibdir. Cəmiyyət inkişaf etdikcə, paralel olaraq mətbuat da inkişaf edir. Təbii ki, bugünkü mətbuatı ötən illərlə müqayisə etmək çətindir. Mən bir məqama toxunmaq istəyirəm ki, Azərbaycanda fəaliyyət göstərən jurnalistlər həddindən artıq istedadlı və peşəkardırlar. Hətta mən deyərdim ki, poliqrafiya məsələlərini buraya qatmamaqla Azərbaycan mətbuatı artıq Avropa standartlarına uyğun mətbuata çevrilib. Dövlət qayğısı bu mənada müsbət cəhətdən özünü tam göstərir. Əminəm ki, qarşıdan gələn illərdə ölkə mətbuatı daha da inkişaf edəcək”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

