Rumıniya gəncləri Azərbaycan gənclərinə həmişə dəstək verməyə hazırdırlar
27.07.2011 [10:21]
- Azərbaycana gəlişinizin məqsədi barədə məlumat verərdiniz...
Andrey Florea (Rumıniyanın hakim Liberal-Demokrat Partiyasının (PDL) Gənclər Təşkilatının sədr müavini):
- ölkənizə həmkarlarımız-Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) dəvəti ilə gəlmişik. Bəri başdan qeyd edim ki, Azərbaycan kimi belə gözəl bir ölkədə olmaqdan çox məmnunuq. Bu bizim cavab səfərimizdir. Bildiyiniz kimi, bir qədər əvvəl YAP GB-nin sədri Seymur Orucovun rəhbərlik etdiyi 10 nəfərdən ibarət gənc Rumıniyada səfərdə oldu. Onlar Buxarestdə bir sıra görüşlərdə iştirak etdilər. Eyni zamanda, səfər çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. İndi növbə bizimdir. Və biz də Azərbaycana bir dost ölkə olaraq gəlmişik. Burada, dost ölkədə olmaqdan çox şadıq və özümüzü doğma vətənimizdəki kimi hiss edirik. Sizin xalqınızın qonaqpərvərliyinə, sadəcə, valeh olmuşuq. Bizi hər yerdə çox mehribanlıqla qarşılayırlar və bundan çox qürur duyuruq. Sevinirik ki, dövlətlərimiz arasındakı bu dostluq münasibətləri xalqlarımıza da sirayət etmişdir. Eyni zamanda, bu münasibətlər iki ölkənin gənclər təşkilatları tərəfindən də dəstəklənir və inkişaf etdirilir.
Andrada Dinu (PDL-in bölgə təşkilatının sədri):
- Mən PDL GT-nin bölgə təşkilatına rəhbərlik edirəm. Azərbaycana gəlişimizdən çox məmnunam. Burada bizi çox mehribanlıqla qarşıladılar. Qeyd etmək istərdim ki, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədə qurulub. Bu hər şeydən əvvəl, dövlət başçılarımız - cənab İlham Əliyev və Troyan Besesku arasındakı dostluq münasibətlərindən irəli gəlir. Bundan əlavə, ölkələrimiz arasındakı əlaqələrin inkişafında Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun da çox böyük xidmətləri var. Fürsətdən istifadə edərək, cənab səfirə, eləcə də, bizim səfərimizin təşkilində əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Biz, gənclər təşkilatı olaraq, çox istəyirik ki, təkcə paytaxtlardakı gənclər təşkilatları deyil, eyni zamanda, hər iki ölkənin regionlarındakı gənclər təşkilatları arasında da əməkdaşlıq əlaqələri inkişaf etsin, güclənsin, gənclərimiz bir-birini daha yaxşı tanıya bilsinlər. Başa düşürük ki, bu mənada, bizim üzərimizə çox böyük məsuliyyət düşür. Odur ki, qarşıya qoyduğumuz məqsədlərə nail olmaq, birgə layihələri həyata keçirmək üçün var qüvvəmizlə çalışırıq.
- Azərbaycandan əlavə, PDL GT region ölkələri gənclər təşkilatları ilə əlaqələr qurubmu?
- A.Florea: Yox, Azərbaycan, bizim Qafqaz regionunda əməkdaşlıq etdiyimiz ilk ölkədir. Və biz bu əməkdaşlıqdan çox məmnunuq.
A.Dinu: Biz YAP GB ilə əməkdaşlığa çox böyük ümidlər bəsləyirik və hesab edirik ki, qarşıda bizi çoxlu böyük işlər, birgə layihələr gözləyir.
- Azərbaycana gəlməzdən əvvəl, bizim gənclərimiz haqda nə kimi təsəvvürləriniz var idi və burada gördükləriniz sizdə hansı fikirlər yaratdı?
- A.Florea: Düzü, Azərbaycan gəncləri, onların cəmiyyətə inteqrasiyası haqda əvvəllər çox az təsəvvürüm var idi. Lakin YAP GB nümayəndə heyətinin Buxarestə səfərindən sonra, gördüm ki, sizin gənclər də müasirdirlər, bir neçə dil bilirlər, Avropa yönümlüdürlər. Bu məndə çox xoş təəssüratlar oyatdı.
A.Dinu: Yeri gəlmişkən, qeyd edim ki, Rumıniya və Azərbaycan dost ölkələr olduqları üçün, bəzi məlumatlara malik idim. Bilirdim ki, buradakı gənclər də çox aktivdirlər, cəmiyyətə inteqrasiya prosesində fəal iştirak edirlər. Odur ki, qarşılıqlı münasibətlərimizdə problemlər yaşanmadı, tez dostlaşa bildik.
- Bəs bizim gənclər təşkilatları ilə birgə layihələr həyata keçirməyi planlaşdırırsınızmı?
- A.Dinu: Biz həm Buxarestdə, həm də Bakıdakı görüşlərimizdə bir sıra birgə layihələri müzakirə etmişik. Xatırladım ki, Azərbaycanın Rumıniyadakı səfirliyi də gənclərlə əməkdaşlığa böyük əhəmiyyət verir. Hesab edirəm ki, biz birlikdə bir sıra uğurlu layihələr həyata keçirə biləcəyik.
- Səfər çərçivəsində həm paytaxtda oldunuz, həm də regionlarımızı gəzdiniz. Azərbaycandakı inkişafı necə qiymətləndirirsiniz?
- A.Florea: Birmənalı olaraq qeyd edim ki, Azərbaycanda çox möhtəşəm bir inkişaf başlayıb. Hətta, mən Bakıdakı bu inkişafı BƏƏ-nin Dubay şəhəri ilə eyniləşdirərdim. Böyük binalar, göz oxşayan yeni-yeni tikililər, müasir park və xiyabanlar adamı heyran edir. Təbii ki, regionlarda da inkişaf gedir, müasir infrastrukturlar yaradılır. Əminəm ki, tezliklə regionlarınız da paytaxt Bakıdan heç də geri qalmayacaq.
A.Dinu: Bakı mənim o qədər xoşuma gəlir ki, ölkəmə qayıtdıqdan sonra bütün dostlarıma bu möcüzələr şəhəri haqda danışacağam. Onlardan gəlib buradakı gözəllikləri öz gözləri ilə görmələrini istəyəcəyəm. Dostlarıma öz tətillərini Bakıda keçirməyi məsləhət görəcəyəm.
- Artıq bir neçə gündür ki, Azərbaycandasınız. Burada sizə daha çox xoş gələn nə oldu, Azərbaycan nə ilə sizi özünə cəlb edə bildi?
A.Dinu: Onu deyə bilərəm ki, bir qadın olaraq, burada çox qalmaq mümkün deyil (gülür). Həddən artıq çeşiddə və bir-birindən ləzzətli milli yeməkləriniz var. Adam baxanda öz nəfsini saxlaya bilmir və yemək istəyirsən. Artıq kökəlməyə başlamışam. çox gözəl mədəniyyətiniz və insanlarınız var. Siz qonaqpərvərlikdə daha fərqlisiniz.
A.Florea: Təkrar da olsa, qeyd etmək istəyirəm ki, insanlarınız başqadırlar. Odur ki, burada diqqətçəkən ilk məqam da elə qonaqpərvərliyinizdir.
- Qonaqpərvərliyimizdən danışırsız. Amma dünən bizim gənclər futbol yarışında bunu nümayiş etdirmədilər. Sizə qalib gəldilər...
A.Florea: (Gülür)... Biz bundan heç incimirik də. çünki onlar Rumıniyada olarkən, mini-futbol yarışında biz qalib gəlmişdik. İndi iki görüşün nəticəsinə görə, ümumi hesabda heç-heçə alındı.
A.Dinu: Odur ki, qalibi müəyyən etmək üçün daha bir final oyunu keçirilməlidir (gülür).
- Son olaraq, Azərbaycan gənclərinə nələri arzu edərdiniz?
A.Florea: Bir daha qeyd etmək istərdim ki, biz iki dost ölkənin gənclər təşkilatlarıyıq. Digər tərəfdən isə, Rumıniya Azərbaycanın Avropaya açılan qapısıdır, Şərqi Avropadakı ən böyük dəstəyidir. Biz istəyirik ki, burada hamı əmin olsun ki, istər Rumıniya dövləti, istərsə də rumın gəncləri hər zaman Azərbaycana dəstək olacaq. Rumıniya öz niyyətində həmişə sadiq bir ölkədir və güvəniləcək bir partnyordur. Biz Azərbaycan həqiqətlərinin Avropaya çatdırılmasında Azərbaycana, onun gənclər təşkilatlarına həmişə dəstək verməyə hazırıq. Əmin ola bilərsiniz ki, rumın gənclərinin simasında sizin Avropada bir lobbiniz yetişməkdədir. Və biz hər zaman Azərbaycanı dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.
A.Dinu: ölkələrimiz arasında əlaqələr elə bir mərhələyə yüksəlib ki, nəinki rumın gəncləri, bütün rumın xalqı sizə lobbiçilik etməyə hazırdır. Biz, eyni zamanda, YAP GB-nin Avropa strukturlarına üzvlük məsələlərində də dəstəkləyirik. Bir qədər əvvəl YAP GB-nin Avropa Tələbələr Birliyinə, Avropa Xalq Partiyasının GB-nə üzvlük məsələsində dəstək verdik. Əminliklə deyə bilərəm ki, bizim təşkilat Avropanın hansı strukturunda təmsil olunursa, orda Azərbaycana həmişə dəstək verəcəyik. Bu, bizim dostluq və qardaşlıq borcumuzdur.
A.Florea: Fürsətdən istifadə edərək, sizin xalqınıza, o cümlədən, bütün gənclərə xoşbəxtlik arzulayırıq.
- Səmimi söhbət üçün təşəkkür edirik.
Səlim Loğmanoğlu,
Oğuz
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22

